A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V


"Elə adamlar axtarın ki,  onlarla söh­



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

"Elə adamlar axtarın ki,  onlarla söh­
b ət yaxşı  kitaba  bərabər  olsun,  elə  k i­
tablar  da  axtarın  ki,  m ütaliəsi filosof­
larla söhbətə dəysin".
Ə.H. Bəhmənyar.
12.  MƏTBUATIMIZIN DİLİ HAQQINDA 
QEYDLƏR
Ədəbi  dilimizin  təkmilləşməsində  və  gıındən-günə  zən­
ginləşməsində  kütləvi  məlıımat  vasitələrinin,  o  cümlədən  dövri 
mətbuatm-qəzet  və  jurnalların  böyük  rolu  vardır.  Çünki  dövri 
mətbuat  işçiləri  hər  vaxt xalqla  ünsiyyətdə  olur  və  bu  ünsiyyət 
zamanı  ayrı-ayn  bölgələrdən  istər-istəməz  iqtisadiyyat,  siyasət, 
mədəniyyət  və  məişətlə  əlaqədar  olan  bir  sıra  sözləri  öz  yazı­
larında,  reportaj  və  oçerklərində  işlədir  və  beləliklə  də,  həmin 
sözləri ədəbi dilimizə gətirirlər.  Əlbəttə, ləhcələrdən  alınmış bir 
qrup  sözlər,  ifadələr,  termin  səciyyəli  və  yaxud  lüğəvi  xarakter 
daşıyan  yeni  sözlər  kor-koranə  yox,  həm  şifahi,  həm  də  yazılı 
ədəbi  dilimizin  normalarına  uyğunlaşdırılaraq  mətbuat  səhifə­
lərinə yol tapmalıdır.  Şübhəsiz ki, bu sahədə jurnalistlərdən usta­
lıq  və  bacanq  tələb  olunur.  Odur  ki,  hər  bir jurnalist  dilimizin 
həm orfoepik, həm də orfoqrafik normalarını dərindən bilməlidir. 
Bu  baxımdan yanaşıldıqda son  onilliklərdə  əvvəlki dövrlərə nis­
bətən dövri mətbuatımızın dili xeyli dərəcədə  inkişaf etmiş, tək­
milləşmiş  və  səlisləşmişdir.  İndi,  demək  olar  ki,  ədəbi  dilüniz 
kimi kütləvi məlumat vasitələrinin-qəzet və jurnalların dili də, ən 
sadə fikirləri də,  ən  mürəkkəb  mətləbləri  də ifadə  etmək  səviy­
yəsinə yüksəlməlidir.
204
Mətbuatın  dilində  isə  yazılı  ədəbi  dil  üçün  səciyyəvi  olan 
orfoqrafıya və yaxud düzgün yazı qaydalan, üslubi və leksik nor­
malar,  mətndə  öz  əksini  tapan  və  məzmuna daha münasib  olan 
terminlərdən,  termin  səciyyəli  və  ümumişlək  sözlərdən  lazımi 
çəviyyədə  istifadə  edilməsi  vacibdir.  Başqa  sözlə  desək,  mət­
buatda dərc olunan mətnin məzmununun müasirliyi  və aktuallığı 
onun dilində də öz əksini tapmalıdır. Bu baxımdan mətbuatın dili 
də hamı  üçün  adi  kəndli və  fəhlə,  az  savadlı  və  ortasavadlı,  ali 
təhsilli  mütəxəssis  və  alim  üçün  eyni  dərəcədə  başa  düşülən, 
anlaşılan  bir  kütləvi  üslubda  olmalıdır.  Təssüf ki,  bəzən  belə- 
olmur.  Bəzi  qəzet  və jurnalların  səhifələrində  elə  yazılara  rast 
gəlirik ki,  onlar nə  üslubi, nə də lüğət tərkibi etiban  ilə başa dü­
şülən olur. Məsələn, qəzetlərin səhifələrində "istehsal birliyi" və 
"istehsalat birliyi"  kimi  ifadələrə tez-tez rast gəlirik.  Bu  ifadələr 
əksər  hallarda  bir-birinin  sinonimi  və  ya  paraleli  kimi  işlədil- 
mişdir.Hətta,  bir  yazının  özündə  belə  bu  ifadələr  beş  altı  dəfə 
təkrarən  bir-birinin  eyni  kimi  işlədildiyini  müşahidə  etmişik. 
Əlbəttə,  "istehsal  birliyi"  və  "istehsalat  birliyi"  ifadələrinin  bir- 
birinin sinonimi və ya paraleli kimi işlədilməsi nə məzmun, nə də 
məntiqi baxımdan düzgündür. Çünki, "istehsal-hasil etmə", hazır­
lama,  əldə  etmə;  "istehsalat-sənaye  müəssisəsi,  fabrik,  zavod, 
karxana"  və  s.  mənalarında  işlədilir.  /Bax:  Azərbaycan  dilinin 
izahlı  lüğəti,  II  cild,  Bakı,  1980,  səh.428/.  Başqa  sözlə  desək, 
istehsal  məhsul  hasil  etmək  prosesi  mənalarını  bildirir.  Mətndə 
isə  söhbət açmaq  olar.  Yəni,  daha  dəqiq  desək,  istehsalat  sahə­
lərinin  -  zavodların,  fabriklərin  və  s.  birliyindən  başqa  sözlə, 
məhsul hazırlayan, məhsul buraxan müxtəlif müəssisələrin və ya 
obyektlərin  birliyindən  danışmaq  olar.  Deməli,  "birlik  sözü 
istehsala"  yox  "istehsalata"  aid  edilə  bilər.Bu  mənada  “istehsal 
birliyi”  yox,  "istehsalat birliyi"  ifadəsinin işlədilməsi  dəqiqdir.
Yaxud qəzetlərin birində oxuyuruq:  "Burada iki bir bloklu bir 
bina tikiləcəkdir".  Qəzet səhifələrindən götürdüyümüz bu cümlə
205


də  üslubi  baxımdan  qüsurludur.  Birincisi,  dilimizdə  miqdar 
saylan  bildirən  "iki  və  bir"  sözlərinin  yanaşı  işlədilməsi  qeyri 
mümkündür.  İkincisi,  dilimizdə təyin,  təyin  etdiyi  sözdən  ə w ə l 
gəlir.  Bu  cümlədə 
isə  təyin  təyin  etdiyi  sözün  əvvəlində 
gəlməmişdir.  Yəni,  "iki"  sözü  bina sözünün  əvvəlində yox,  "bir 
sözünün əvvəlində işlənmişdir.  Üçüncüsü, dilimizin sintaktik qa­
nunlarına görə,  miqdar  sayı  bildirən  sözlər bir-birinin təyini  ola 
bilməz. Bu cümlədə isə "iki" sözü "bir" sözünün təyini vəzifəsin­
də  verilmişdir.  Dördüncüsü,  bu  cümlədəki  "iki"  sözü  "bir"  sözü 
ilə yox, bina sözü ilə əlaqədardır. Buna görə də, bu cümlədə "iki" 
sözü  "bina"  sözündən ə w ə l gəlməli və  onu təyin etməlidir.  De­
məli, yuxarıda qeyd edilən cümlə əsimdə belə olmalıdır: "Burada 
hərəsi bir bloklu iki bina tikiləcəkdir".
Müasir  dövri  mətbuatın  əməkdaşlarının  mükəmməl jurnalis­
tika təhsili olmadığı  üçün,  onların nəşr etdikləri  qəzet və jurnal­
ların səhifələrində istər məzmunca, istər üslubi cəhətdən, istərsə 
də orfoqrafıya və poliqrafiya mədəniyyəti baxımından böyük qü­
surlara  yol  verilir.  Mosələn,  "Millət"  qəzetində  belə  bir  cümlə 
verilmişdir:  "E.Memmədov gürcü məntiqlə danışır..." Məlumdur 
ki,  məntiq heç bir etnik  və ya milli  xarakter daşımır.  Deməli bu 
cümlədə  "gürcü"  sözü əvəzinə  "güclü sözü" olmalı imiş.
Bir  neçə  kəlmə  də  qəzetlər  haqqmda.  Bəzi  qəzetlər  digər-' 
lərinə  nisbətən  oxunaqlığı,  auditoriyası,  poliqrafik  mədəniyyəti 
ilə  fərqlənsə  də,  qəzetin  səhifələrində  çap  olunan materiallarda 
məntiqi,  üslubi,  faktiki  orfoqrafik  baxımdan  xətalardan  xali 
deyildir.  Məsələn,  "Spiker  Murtuz  Ələsgərov  dünənki  iclasda 
parlamentdəki  hüquqşünas  qıtlığından  söhbət  açıb  (“Femida"). 
Bu  cümlə  məntiqi  və  faktiki  baxımdan  qüsurludur.  Birincisi, 
"Azərbaycan Respublikasının Konstitusiyası"nın  88  maddəsinin 
üçüncü bəndində  müəyyən  edilmişdir ki,  Azərbaycan Respubli­
kasının  Milli  Məclisinə  onun  sədri  rəhbərlik edir.  Biz hamımız, 
xüsusilə jurnalistlər,  kütləvi  informasiya  vasitələrinin əməkdaş-
206
lan ölkəmizin Ali Qanununa "Azərbaycan Respublikasının Kon­
stitusiyasına  hörmətlə  yanaşmalı  və  onun  tələblərinin  həyatda 
düzgün  icra  olunmasına  daim  diqqət  yetirməliyik.  Deməli,  qə­
zetin  səhifələrində  əsrlərlə  dilimizdə  işlənmiş  və  sabitləşmiş 
"Sədr"  sözü  ola-ola,  həm  də  bu  sözün  Konstitusiyada  daşıdığı 
funksiyası  qanunla  müəyyən  edildiyi  halda,  onun  əvəzinə  "Spi­
ker" sözünün işlədilməsi Konstitusiyanın aliliyinə və onun həyati' 
tələblərinə biganəlik kimi qarşılanılır.Digər tərəfdən də, mətbuat 
işçiləri  müəyyən  bir fikri  ifadə  etmək üçün hər hansı  bir dildən 
müəyyən  termin və  ya  söz almaq  dalısınca qaçmamalı,  hər şey­
dən ə w ə l, özünün  fikir və mülahizələrini dilimizin öz daxili im­
kanları-lüğət  fondu  hesabına  ifadə  etməyi  bacarmalı,  dilimizin 
səlisləşdirilmosi,  təkmilləşdirilməsi  məsələsini  daim  diqqət 
mərkəzində saxlamalıdır. Yaxud həmin qəzetin səhifələrində çap 
olunmuş başqa bir nümunəyə nəzər salaq:
"Azərbaycan  Demokratik  Partiyasının  həmsədri,  eks-shiker 
Rəsul  Quliyev  barəsində  ABŞ-da  cinayət  işi  açılıb".  Əsrlərlə 
dilimizin  lüğət fondunda fəal surətdə  işlənmiş, hətta,  ümumişlək 
hüququ qazanmış "sabiq sədr" ola-ola “eks-spiker” ifadəsini işlət­
məyin nə mənası vardır?...
"Bunu  həm  Türkiyə,  hom  də  Azərbaycandakı  "politoloqlar" 
söyləyir.  Fransadan  az  450-500  erməni  yaşadığını  söyləyirlər.. 
Kökündən yanlış bir düşüncə..."
Fransada cəmi 283.400 min erməni yaşayır” (“Femida”).
Cəmisi  dörd  sadə  cümlədən  ibarət  olan  yuxarıdakı  mətn  bir 
neçə  cəhətdən  qüsurludur.  Birincisi,  "Fransada  az  450-500  er­
məni  yaşadığım  söyləyirlər"  cümləsi  həm  üslubi,  həm  də  fakt 
baxımından  qüsurludur.  Yəni  ermənilərin  harada  çox,  harada az 
yaşaması  məlum  olmur.  Dilimizin  iislubi  qaydalarına göro,  "az" 
sözü  burada  450-500  ədədindən  sonra  işlənməli  idi.  Həm  do 
dilimizin nonnativ qaydalarına görə, insan cəmiyyəti ilə bu və ya 
digor  cəhətdən  yaxından  bağlı  olan  rəqomJordon-ədodlordoıı
207


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə