A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V


sonra mütləq  "nəfər"  numerativ  sözü  işlənməli  idi.  Yəni,  "450-



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

sonra mütləq  "nəfər"  numerativ  sözü  işlənməli  idi.  Yəni,  "450- 
500 nəfərdən az erməni yaşadığını söyləyirlər" kimi olmalı  idi.
Yuxarıdakı mətndə kobud faktik səhvlərə də yol verilib.  Yəni 
"283.400.000".Bu  rəqəmin  ifadə  etdiyi  məzmun  isə  Fransanın 
indiki  əhalisinin  ümumi  sayından  təxminən  5,5  dəfə  çox 
edir.Deməli  Fransada  yaşayan  ernıənilərin  sayı  milyonla  yox, 
minlərlə hesablanmalı idi.
Yəni bu cümlə  "Fransada cəmi 283.400 nəfər erməni yaşayır 
kimi  olmalı idi.
Həmin  qəzetin  səhifələrində  oxuyuruq:  ...türkdillilər...  bu 
minvalla  ermonı  seçicilərin  təsir  gücünü  dezavuasiya  etməlidir. 
Əminom-Fransada səsvermə hüququna malik 400-500 min türk­
dilli olarsa,  "erməni soyqrmV'm tanıyan fransız parlamentarlar az 
sonra "ermənilərin türklərə qarşı  soyqrımı"  faktını  ən  üst düzəy- 
də  rəsmən  tanıyacaqlar.  Bu  cümlədə  xarici  dillərdən  alınma 
"dezavuasiya"  sözünün  əvəzinə  doğma  dilimizin  ümumişlək 
xarakterli "azaltmalı; etibarsız və rədd" sözlərinin işlədilməsi da­
ha münasib olardı. İkincisi bu cümlədəki "ən üst düzəydə" ifadəsi 
do  həm  üslubi,  həm  də  məzmun  etibarı  cəhətdən  dəqiqliyi  ilə 
yerinə  düşməmişdir.  Həmin  ifadənin  əvəzino,  bəlkə  də,  "ilk 
gündən,  ilk  tanışlıqdan"  ifadəsinin  işlədilməsi  məqsədyönlü 
olardı. Çünki dilimizdə hələlik "ən üst düzəydə" ifadəsi tərkibinə 
və məzmununa görə fonnalaşmayıbdır.
Sırağagün BMT-nin İnsan  hüquqları  üzrə  Komissarlığının  və 
Cenevrədə  yerləşən  insan  hüquqları  üzrə  Beynəlxalq  Liqanın 
ekspertləri  Azərbaycana  səfərə  gəliblər"  (“Palitra”  qəzeti).  Bu 
cümlə  üslub və  məzmununa görə qüsurludur.  Birincisi,  bir cüm­
lədə  "üzrə" qoşmasına ehtiyac yox idi. İkincisi, dilimizdə "səfərə 
çıxmaq" və yaxud "səfər etmək ifadələri" lap qədim zamanlardan 
təşəkkül tapmışdır.  Dilimizdə  "səfər" sözü tarixən "çıxmaq və ya 
"səfər  etmək"  ifadələri  birinci  şəxsin  dilindən  söylənilir  və 
məkan etibarı  ilə səfərin çıxış və başlanğıc məntəqəsini bildirir.
208
Onun  ifadə  etdiyi  məna  çalarında  isə  səfər  edilən  bölgənin- 
məkanın  son  məntəqəsi  ifadə  olunmur.Odur  ki,  yuxarıdakı 
cümlədə "səfərə gəliblər"  ifadəsi yerinə düşməmişdir.
"Bu mənada  hesab  edirəm  ki,  ayrı-ayrı partiyaların  fəaliyyə­
tində  deskruktiv  elementlər,  qeyriqanuni  hakimiyyət  mübarizə­
ləri  qalmaqdadır.”  ("Palitra”  qəzeti).  Dilimizin  müasir  tələbləri, 
baxımından bu  cümlə  də  qüsurlardan  xali  deyildir.  Birincisi,  bu 
cümlədə  "destruktiv elementlər"  əvəzinə dilimizdə əsrlərlə  işlə­
nə-işlənə gələn və indi fəal şəkildə işlənməkdə olan "dağıdıcılıq 
ünsürləri,  pozuculuq  ünsürləri"  ifadələrinin  işlədilməsi  daha 
münasib  olardı.  İkincisi,  bu  cümlədəki  "bu"  əvəzliyindən  sonra 
vergül  işarəsi  qoyulmalı  idi.  Çünki  yazılı  nitqdə  durğu  işarələri; 
şifahi nitqdə isə vurğu və ya məntiqi vurğu yerində işlədilmədik- 
də cümlədə və ya nitqdə ifadə olunan məna çaları təhrif edilir.
Yaxud  "...buna  paralel  olaraqsa  məhz  nədənsə..."  ifadəsinə 
nəzər salaq. Məlumdur ki, ədəbi dilimizin qrammatik quruluşuna 
görə,  feli  bağlamalardan  sonra  heç  bir  şərt  şəkilçisi  işlədilmir. 
Lakin yuxarıdakı  ifadədə  "-araq"  feli bağlamasından  sonra  "-sa" 
şərt  şəkilçisinin  işlədilməsi  üslubi  xətanm  yaranmasına  səbəb 
olmuşdur.
"AXSP  daxilində  "islahatçılari'la  "mühafizəkarlar"  arasında 
gedən  çəkişmələr  hər  gün  ötən  günə  nisbətən  daha  da  gərgin­
ləşir”  (“Səs”  qəzeti).  Bu  cümlənin tərkibindəki üslubi cəhətdən 
ağırlıq törədən  "hər gün ötən  günə nisbətən"  ifadəsinin  əvəzinə 
mahiyyətinə  görə  ədəbi  dilimizin  müasir  səviyyəsi  ilə  səsləşən 
"gündən-günə"  ifadəsi işlədilməli idi.
Yaxud  Sovet  imperiyasının  hakim  olduğu  bir  dövrdə rus  dili 
haqqında deyilən  "ikinci  ana dili",  böyük  rus  dili  ifadələrinə  də 
mətbuat səhifələrində tez-tez rast gəlirdik. Məntiqsizliyə bir bax! 
Məlumdur ki hər kəsin bir anası olduğu kimi bir də ana dili olur. 
Əlbəttə, hər hansı bir ailədə bir təsadüf və ya faciə (ölüm) nəticə­
sində  uşaqların  ögey  aııası  və  ya analığı  da  ola  bilər.  Xalq  ara­
209


sında deyildiyi kimi, "Analıq yamalıq" olur...Deməli yetmiş ildən 
çox bir dövrdə  "ikinci ana dili adlandırdığımız "rus dili" də bizim 
xalq  üçün  bir növ  yamalıq yamaqlıq rolunu  oynamış,  hətta dili­
mizin  müstəqil  və  sərbəst  inkşafinı  müəyyən  dərəcədə  ləngit­
mişdir.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  respublikada, 
demək olar ki,  bütün rəsmi  dairələrdə  və  rəsmi  sənədlərdə  ana 
dilimizin  əvəzinə  "ikinci  ana  dilimiz"  və  ya rus  dili  həm  şifahi, 
həm  də  yazılı  ünsiyyət  vasitəsi  olmuşdur  Burada  bir  cəhəti  də 
qeyd etmək yerinə düşərdi. Məlumdur ki, dövlətin əsas atributla­
rından biri də ordudur. Respubl Ucamızda isə orduya kadrlar hazır­
lamaq  üçün  ana  dilində  hərbi  məktəblər  yaradılmasına  imkan 
verilməmişdir (keçmiş  SSRİ-nin bütün hərbi məktəblərində təd­
ris  yalmz  rus  dilində  aparılırdı.)  Şübhəsiz  ki,  bu  da  hərbi  elmin 
qapılarını milli hərbi kadrların üzünə bağlamaq,  silahı xalqımızın 
şərəfli  övladlarına  etibar  etməməkdən  irəli  gəlirdi.Əlbəttə,  im­
periya siyasətinin bu acı nəticələri indi ordumuzda zabit kadrların 
çatışmamazlığında özünü büruzə verdi... rusca danışır, uşaqlarım 
rus  dilli  məktəbdə  oxudurdular.  Çünki  rus  dilini  bilməyən  soy­
daşlarımız  dövlət  vəzifələrinə  irəli  çəkilə  bilməzdi...  Bu  da  bu- 
tərəfdən  dilimizin  işlənmə  dairəsinin məhdudlaşdırılmasına;  di­
gər tərəfdən  isə  dilimizdə  müəyyən üslublann təkmilləşməsinə 
və  inkşafma (xüsusilə  rəsmi  üslubun)  və dildə termin yaradıcılı­
ğına "üstüörtülü"  şəkildə ağır zərbələr vurdu.
Bir neçə kəlmə də "böyük rus dili" ifadəsi haqqında. Əgər, biz 
"böyük  rus  dili"  ifadəsini  işlədiriksə,  onda  "kiçik  rus  dili"  ifa­
dəsini  də  işlədə  bilərik.  Ancaq  heç  bir dildə bu  və  ya  başqa bir 
dili  "böyük və ya kiçik"  ifadələri ilə yox,  "az yayılmış və ya çox 
yayılmış"  ifadələri  ilə  qiymət vermək olar:  az yayılmış  dil,  çox 
yayılmış  dil.  Bu  baxımdan  rus  dilini  də  çox  yayılmış  dil  adlan­
dırmaq olar.
Bəzən qəzetlərin səhifələrində elə başlıqlara, elə ifadələrə və 
cümlələrə  rast  gəlirsən  ki,  adam  öz  gözləri  ilə  oxuduğuna  belə
210
inanmır.  Məsələn, başlıqlara nəzər salm:  "Yalnız çeçenlərin  hə­
lak olması məni sevindirir.  (“Müsavat”, 31  yanvar 2001-ci li). Bu 
başlığın ümumi məzmununa nəzər salan oxucu qeyri ixtiyari ola­
raq,  həmin  məqalənin  müəllifinin  də  qəzet redaksiya  heyətinin 
də məkrli məqamlarının, Azərbaycan xalqı ilə dindaş çeçen xalqı 
arasında ixtilaf, nifaq salmaq, düşmənçilik toxumu səpmək məq­
sədini güdmələri nəticəsinə gəlir.  Axı bir xalqm hamılıqla həlak 
olmasım  istəmək  insani  humanizmdən  çox  uzaqdır.  Bu  həm 
məntiq, həm etnik həm də bəşəri ideyalar baxımından çox böyük 
səhvlərdir.  Axı,  hər hansı bir xalqı düşmən və ya pis xalq adlan­
dırmaq olmaz.  Doğrudur,  hər hansı bir xalqın arasından bir qrup 
terrorçu,  xalq demək deyildir.
Yaxud "Alternativ struktur yaradanlar zibil insanlardır" (“Səs” 
qəzeti).  Qəzetdə  belə  bir  başlığın  verilməsi  etik  baxımdan  çox 
gülünc  görünür.  Çünki  siyasətdə  və  idealogiyada  mümkün  olan 
iki  istiqamətdən  birini  seçən  adamları-ziyalıları  "zibil"  hesab  et­
mək  heç  bir etik  normaya uyğun gəlmir.  Xüsusilə, kütləvi  infar- 
masiya vasitələri  və  dövri  mətbuat orqanlarında belə  təhqiredici 
söz və ifadələrdən istifadə olunmasına qəti şəkildə yol vermək ol 
maz.  Çünki  həm  mətbuat  həm  də  kütləvi  infarmasiya vasitələ­
rinin  başlıca vəzifəsi,  hər şeydən  əvvəl,  xalqı  mənəvi  cəhətdən 
silahlandırmaq və tərbiyə etmək olmalıdır.
Yeri  gəlmişkən  bir məsələni  də  qeyd  etmək yerinə  düşərdi. 
Dövri  mətbuat  orqanlarının  səhifələrində  çap  olunan  mətlərin 
başlıqları öz sadəliyi, ahəngdarlığı, cəlbediciliyi və məzmunu eti­
barı ilə mətnin ümumi məzmununa uyğun olmalıdır. Odur ki, hər 
bir mətnin  başlışı  müasirliyi, elmiliyi, məntiqidiyi və sosial  məz­
munu  ilə  diqqəti  cəlb  etməlidir...
Müasir dövrün  "qəzet bolluğu  içində  üzdüyümüz"  bir dövrdə 
müxtəlif qəzetlərin  səhifələrində  adi  əxlaq  normalarına,  etikaya 
riayət  olunmayan  mətnlərə,  başlıqlarına  da  rast  gəlirik.O  cüm­
lədən  məqalə başlıqlarından  "Alternativ  struktur yaradanlar zibil
211


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə