A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   56   57   58   59   60   61   62   63   64

bildirir.  Deməli,  gənclər  üçün  səciyyəvi  olan  bu  münasi­
bətləri  kor-təbii olaraq, başqalanna aid etmək olmaz.  Yəni, 
birinin  "sevgi"si başqalan tərəfindən sevilə bilməz.
İkincisi,  bu  misradakı  "sevgi"  ifadəsi  başqalarının  ülvi 
məhəbbət  hislərinə  sadiq  qalmağı  və  bu  hislərə  sadiq 
qalanların  mərd  olacağı  kimi,  əxlaqi  və  etik  keyfiyyətli 
tərbiyə hislərini  bildirir.  Deməli,  ədəbi  dilimiz üçün  səciy­
yəvi  olan  "sev  ki"  ifadəsi  müğənnilərin  ifasında  təhrif olu­
naraq,  "sevgi"  anlamında ifa olunur.  Əlbəttə,  belə  təhrifləri 
heç  bir müğənniyə və xanəndəyə bağışlamaq olmaz.
Əvvələn,  yeri  gəlmişkən,  bir  neçə  kəlmə  də  radio  və 
televizya  yayımlarının  musiqi  və  konsert  proqramları  haq­
qında danışmaq da məqsədyönlü olardı. Evdə və ya işdə ra­
dio və ya televiziyanın musiqi və konsert proqramlarım  din­
ləməyə  başlayırsan,  bir  də  görürsən ki,  bir-iki  Azərbaycan 
mahnısından  sonra,  xalq  arasında  deyildiyi  kimi,  konsert 
"kərdiyar"  (başqa  xalqlann  mahnılarını  oxuyurlar;  belə 
hallarda türk xalqlarının mahnılarını oxumaq, bəlkə də, daha 
münasib  olardı),  yəni  qarışıq  mahnılar  konsertinə  çevrildi. 
Xarici  mahnıların  Azərbaycan  mahnılarının  "gözünə  qatıl­
ması" dinləyicini əsəbiləşdirir və kanalı dəyişməyə məcbur 
edir.  Bu,  heç  də,  təsadüfi  deyil.  Çünki  xalq  özünün  qədim 
tarixə və köklərə malik olan öz mahnılarını dinləmək, ondan 
zövq almaq  istəyir.  Belə hallar xalq arasında çox narazılıqla 
qarşılanır.  Çünki,  belə  "kərdiyar"  mahnılar  və  musiqi  dün­
yada  özünün  qədimliyi,  zənginliyi,  ahəngdarlığı,  ritimliyi, 
cəlbediciliyi  və  başqa  xalqların  musiqisinə  təsiri  ilə
248
fərqlənən  milli  mahnılarımıza  və  musiqimizə,  az  da  olsa, 
“kölgə”  salır.  Həm  də  belə  hallar  gənclərimizin  azər- 
baycançılıq  ruhunda  tərbiyə  edilməsinə,  az  da  olsa,  mənfi 
təsir göstərə bilər.
Bizim  mülahizəmizə  görə,  bundan  sonra  yuxarıda  qeyd 
olunanlar radio  və  televiziya şirkətlərinin müvafiq  şöbəlori 
tərəfindən nəzərə alınacaqdır.
Üçüncüsü,  xalqımızı  narahat  edən  sahələrdən  biri  də 
qədim tarixə malik olan Azərbaycan xalq mahnılarının ayrı- 
ayrı  xalqların  mahnıları  ilə  "sintez  edilməsi",  daha  dəqiq 
desək, hibridləşdirilməsi-qanşdırılması xalqımızın musiqisi­
nin və  mahnılarının milli  təravətini və  ahəngini  itirməsi ilə 
nəticələnir.  Bu  da,  şübhəsiz  ki,  musiqimizin  və  mahnıları­
mızın başqa xalqlann musiqisi daxilində “əridilib” yox edilə 
bilər.  Diger tərəfdən  isə,  Azərbaycan  musiqisi  sintez  olun­
duğu  musiqinin  daşıyıcısı  olan  xalq  tərəfindən  mənim­
sənilər və ya özününküləşdirilə bilər. Artıq, ayn-ayrı xalqlar 
arasında  o  cümlədən  bədxah  "qonşularımız"  olan  haylar, 
nəinki,  Azərbaycan  xalq  mahmlannı,  hətta,  dünya  şöhrətli 
bəstəkanmız  Qara  Qarayevi  də  erməni  kimi  qələmə  verib, 
onun  əsərlərini  də  mənimsəmək  istəmişlər.  Məhz  buna 
görə də, haylar tarix boyu Azərbaycan musiqisini  öyrənmiş 
və oxumuşlar...  Gürcü qızının Azərbaycan mahnılarını  oxu­
ması  və oyun havalarına rəqs etməsi  də gələcəkdə gürcülər 
tərəfindən  “mənimsənilməsi  qorxusu” törədə bilər.  Onu da 
qeyd  edək  ki,  musiqimizi  başqa  xalqların  musiqisi  ilə  "sin­
tez"  edənlərin  əksəriyyəti  musiqimizin  gələcək  taleyinin
249


yox,  fərdi  mənafelərini  ön  plana  çəkərək,  tamaşaçı  və  ya 
dinləyici toplamaq məqsədini güdürlər...
Azərbaycanın  ayrı-ayn  televiziya  və  radio  şirkətlərinin 
musiqi  proqramlan  üzrə  "İlin  müğənnisi"  nominasiyası  ke­
çirilməsi  yaxşı  haldır.  Belə  təşəbbüslər  alqışa  layiqdir. 
Bizim mülahizəmizə görə,  "İlin müğənnisi" nominasiyasını 
müəyyən  etmək  məqsədilə  incəsənət  ustalarından-bəstə­
karlardan,  müğənni  və  xanəndələrdən  ibarət  Nominasiya 
komissiyasının  yaradılması  məqsədyönlü  olardı.  Həmin 
komissiyaya  "İlin  müğənnisi"  nominasiyasını  müəyyən 
etmək  səlahiyyəti  verilməlidir.  Lakin  "İlin  müğənnisi"  no­
minasiyasının  keçirilməsi prosesində  "SMS"lərdən  istifadə 
edilməsinə  yol  verilməməlidir.  Çünki  "SMS'İər  göndə­
rilənlərin  əksəriyyəti  musiqinin  və  mahnının  mahiyyətini 
anlamayanlar-musiqi  təhsili  olmayanlardan  ibarətdir.  Belə 
olan halda "SMS"lər qeyri-peşəkar adamın "İlin müğənnisi" 
nominasiyasını  qazanması  iki  cəhətdən  ədalət  prinsipini 
pozur. Birincisi, qeyri-peşəkar adamın "İlin müğənnisi" elan 
edilməsi  ilə  o,  "peşəkar  müğənni"  səviyyəsinə  qaldırılır; 
ikincisi,  xalq  arasında  tanınmış,  şöhrət  tapmış  "peşəkar 
müğənni" isə, "SMS"lə "İlin müğənnisi" səviyyəsindən aşa­
ğı  endirilir.  Bu  da  incəsənət  sahəsində  ədalət  prinsipinin 
pozulması  deməkdir.  Bizim  mülahizəmizə  görə,  ictimai 
həyatımızın  heç  bir  sahəsində,  eləcə  də,  incəsənət  sahə­
sində ədaləət prinsipinə  qayğı göstərilməlidir.
2005 və 2007-ci  illərdə Azərbaycan Televiziya və Radio 
yayımları Qapalı Səhimdar Cəmiyyətinin keçirdiyi "Muğam 
televiziya  müsabiqəsi"  təqdirə  layiqdir.  Bu  müsabiqə,  əsl
250
mənada,  qədim tarixə  malik  olan ecazkar  ahəngli  muğam­
larımızın  üzərində  xalqımızın  möhürünü  yenidən  vurdu  və 
dünya  miqyasında  muğamın  əsl  müəllifinin  Azərbaycan 
türklərinin  olduğunu  sənədləşdirdi.  Lakin  efirdə  səslənən 
"Muğam  teliviziya  müsabiqəsi"  ifadəsi  üslubi  baxımdan 
dəqiq  deyil.  Bu  ifadə  əslində  "Televiziya  muğam  müsabi­
qəsi" olmalıdır. Çünki müsabiqə televiziyanın yox, "Muğam 
ifaçılarının müsabiqəsi"dir.
Burada son vaxtlarda xalq mahnıları ilə əlaqədar olan bir 
məsələyə də toxunmaq  yerinə düşərdi. Son illərdə xüsusilə, 
XX  əsrin  ortalarından,  bəlkə  də,  daha  əvvəllərdən  folk­
lorumuzun  bir  sahəsini  təşkil  edən  və  xalqımız  arasında, 
həm də xalqımıızm məskunlaşdığı bütün bölgələrdə onlarla, 
bəlkə də,  yüzlərlə  xalq  musiqisi,  xalq mahnıları,  xalq rəqs­
ləri  və  xalq  ritimləri  geniş  yayılmış  və  indi  də  yayılmaq­
dadır.  Xalq  özünün  ümumi  təfəkkürü  ilə  yaradılan  musi­
qisini  də,  mahnısını  da,  rəqslərini  də,  ritimlərini  də  yaxşı 
tanıyır,  həmişə olduğu  kimi,  indi  də,  onun  keşiyində  durur, 
təkmilləşdirir  və  zənginləşdirir.  Lakin  son  illərdə,  bir  də 
eşidirsən ki, kimsə ya xalq musiqisinə, ya xalq mahnısına, ya 
xalq  rəqsinə,  ya  da  xalq  ritimlərinə  sahib  çıxır  və  özlərini 
müəllif kimi  qələmə  verirlər.  Bununla  əlaqədar olaraq,  bir 
məsələni  də  qeyd etmək yerinə  düşərdi.  Ola  bilsin  ki,  xalq 
musiqisinə,  mahnısına,  rəqsinə  və  ritmlərinə  müəllif kimi 
sahib çıxanlar xalq  musiqisini,  mahnısını,  rəqsini  və  ritmini 
nota köçürürlər, lakin hər hansı bir musiqini, mahnını,  rəqsi, 
ritmi  nota  köçürən  müəllif  yox,  tərtibçi  və  ya  toplayıcı 
adlanır.
251


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə