A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

müxtəlif səviyyoli  icra orqanlarından və ictimai rəydən asılı 
olan bəzi məsələlər hələ də öz həllini  gözləməkdədir.
Bakının mərkəzi küçə və meydanlarındakı reklamlara nə­
zər  saldıqda  adam  bir  anlığa haradasa  Avropa  ölkələri  şə­
hərlərindən birində  olduğunu zənn edir.  Bizə  belə  gəlir ki, 
şəhərimizdə bütün lövhə və reklamlar əvvəlcə Azərbaycan
sonra  isə  ingilis  dilində  yazılmalıdır.  Bu  mülahizə  "Azər­
baycan  Respublikasında  dövlət  dili  haqqında"  Azərbaycan 
Respublikası  Qanununun  "Dövlət  dilinin  xidmət  sahə­
lərində,  reklam  və  elanlarda  işlənməsi"  adlanan  yeddinci 
maddəsində də öz əksini tapmışdır. Həmin maddənin birinci 
bəndində  deyilir:  "Azərbaycan  Respublikası  ərazisində 
bütün  xidmət  sahələrində,  reklam  və  elanlarda  dövlət  dili 
işlənilir.  Əcnəbilərə  xidmət  göstərilməsi  ilə  bağlı  müvafiq 
xidmət  sahələrində  dövlət  dili  ilə  yanaşı  digər  dillər  də 
tətbiq  oluna  bilər.  Lakin  onlann  tutduğu  sahə  Azərbaycan 
dilindəki  qarşılığının  tutduğu  sahədən  böyük  olmamalı  və 
Azərbaycan dilindəki  yazıdan sonra gəlməlidir".
Gəlin bir anlığa küçə  və meydanlardakı reklamlara, ayrı- 
ayrı  şirkətlərin  adı  yazılmış  divar  lövhələrinə,  mədəniyyət 
və  istirahət  bağlarının  -  parkların  adına  nəzər  salaq...  Bakı 
şəhərində  gördüyümüz  mənzərədən  aldığımız  təəssüratın 
ümumi nəticəsi belə olacaq:
Ayrı-ayrı  təşkilatların  rəhbərləri  mətbuatın  və  ictimai 
rəyiin  etirazlanna  məhəl  qoymur,  "Azərbaycan  Respubli­
kasında  dövlət  dili  haqqında"  Azərbaycan  Respublikası 
Qanununun  tələblərinə  biganəlik  göstərir,  öz  vəzifə  funk­
siyalarına, dilimizə və mədəniyyətimizə etinasız yanaşırlar.
200
Heç  şübhəsiz  ki,  öz  vəzifə  borclarına  biganə  qalanları, 
müasir  dövlətçiliyimizin  idarəetmə  prinsipləri  ilə  ayaqlaşa 
bilməyənləri  respublikamızda  baş  verən  güclü  inkişaf  və 
tərəqqi axını bir gün kənara atacaqdır.
Şəhərin  küçə  və  meydanlanndakı  reklamların  bir  ço­
xunda reklamların  dövlət dilində tərtib  olunmasına dair qa­
nunun  tələlərinə  riayət  olunmamasıdır.  Kim  hansı  dildə 
istəyirsə,  həmin  dildə  də  reklamlarını  tərtib  etdirir.  Bu  da, 
təbii  olaraq,  əhalinin  narazılığına  səbəb  olur.  Əlaqədar 
təşkilatlar isə buna hələ də göz yumurlar.
"Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında" 
Azərbaycan  Respublikasının  Qanununun  "Dövlət  dilinin 
dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının 
hüquqi  şəxslərin,  onların  nümayəndələrinin  və  filiallarının 
idarələrində  işlənməsi"  adlanan  17-ci  maddəsində  deyilir: 
"Azərbaycan  Respublikasının  dövlət  hakimiyyəti  və  yerli 
özünüidarəetmə  orqanlarının,  hüquqi  şəxslərin,  onlann  nü­
mayəndələrinin  və  filiallarının,  idarələrinin  adları  Azər­
baycan  dilinin  normalarına  uyğun  olaraq  yazılır.  Göstərilən 
təsisatlann  adlanın  əks etdirən lövhələr,  blanklar, möhürlər 
və  kargüzarlıqla  bağlı  rəsmi  xarakterli  bütün  digər  ləvazi­
matlar  dövlət  dilində  tərtib  olunur".  Lakin  nədənsə,  Azər­
baycan dövlət dili ilə əlanqədar olan bu qanuna şəhərimizdə 
hələ də biganəlik göstərənlər tapılır...
Yaxşı  məlumdur  ki,  doğma  Bakımızda  on  gözəl  bağ­
lardan  biri  Xətai  rayonu  ərazisində  yerləşən  Nizami  adına 
Mədəniyyət və  İstirahət Parkıdır.  Yəqin ki, şəhərimizin  sa­
201


kinləri bu parkın yanından keçəndə, ya da həmin parkda isti­
rahət  edəndə  parkın  giriş  hissəsinini  fasad  dirəklərinin  üs­
tündəki  yazmı  oxuyublar.  Aşağıda lövhə üzərində  "Nizami 
adına Mədəniyyət və İstirahət Parkı", fasadın lap yuxan his­
səsində  isə qeyri-dövlət dilində iri hərflərlə "Lunapark" ya­
zılıb.  "Lunapark"  sözü  elə  böyük  hərflərlə  yazılıb  ki,  onu 
təxminən  300-400  metr məsafədən  də  oxumaq  olur.  Belə­
liklə  də,  "Lunapark"  sözü  elə  ilk  andan  hamının  diqqətini 
çəkir və bununla da adı kiçik hərflərlə yazılmış dünya şöh­
rətli  Nizaminin adma kölgə salır.
Görəsən,  bu  parka  nəzarət  edən,  onun  işinə  rəhbərlik 
edənlərin "Azərbaycan Respublikasında dövlət dili  haqqın­
da Azərbaycan Respublikasının Qanunu"ndan xəbərləri var­
ını?  Əgər  onların  dövlət  dilimiz  haqqında  qanundan  xə­
bərləri varsa, bəs onda qanuna niyə riayət etmirlər?
Bir anlığa tutaq  ki,  Nizaminin adını  daşıyan  mədəniyyət 
və  istirahət  parkına  əlaqədar  təşkilatlann  məmurları  bi­
ganəlik  göstərir.  Bəs,  çoxminli  mətuat,  radio  və  televiziya 
jurnalistləri haraya baxır? Görəsən, jurnalistlər bu barədə nə 
düşünürlər?  Onu  bilirəm  ki,  bəzi  telekanallar  hətta  Niza­
minin  adını  daşıyan  parkın  rəsmi  adını  unudaraq  -  "Luna- 
park"a gəlin!", - deyə parkı reklam edirlər. Görəsən, bu tele­
viziya  əməkdaşına parkın  dövlət tərəfindən verilmiş  rəsmi 
adının  əvəzinə onu qondarma "Lunapark"  adı ilə tanıtmağa 
kim ixtiyar verib'/
Vaxtilə  mətbuatda  çap  olunmuş  bir  məqaləmizdə  yaz­
mışdıq:  "Zığ kəndinin yaxınlığındakı Bakı Ali  Hərbi Dəniz­
çilik məktəbi yerləşən küçəni Naximov küçəsi adlandırırlar.
202
Kimdir Naximov? Naximov türklərin qatı düşməni  olan rus 
admiralıdır.  Görəsən,  əlaqədar təşkilatlar bu barədə nə  dü­
şünür?"...
Təəssüf ki,  həmin  küçənin  adı bu  günə  qədər də  dəyiş- 
diriliməyib.  Necə  ola bilər ki,  ümummilli  liderimizin  şərə­
fmə  verilmiş  Heydər  Əliyev  adma  Azərbaycan  Ali  Hərbi 
Məktəbi Naximovun adını daşıyan küçədə yerləşmiş olsun? 
Deməli,  hərbi  məktəbə  gələn  zərfdə  əvvəlcə  Naximovun, 
aşağıdakı  sətirdə  isə  Heydər  Əliyevin  adı  yazılsın.  Elə 
buradaca yada düşür ki, Azərbaycan hökumətinin yerləşdiyi 
ünvan da M.Lermontov küçəsi adlanır...
Şəhərimizin  bəzi  şadlaq  saraylan  və  restoranlarının,  gö­
zəllik  salonlarının,  ticarət  mərkəzi  və  dükanların,  müxtəlif 
təşkilat  və  idarələrin  bərli-bəzəkli  əcnəbi  adlarını  oxuyub 
başa düşmədikdə bir anlığa təəssüf hissi keçirir və öz-özünə 
belə  sual  verirsən:  Görəsən, mən hansı şəhərdəyəm?
Məlumdur  ki,  mətbuat  orqanları  xalqı  -  gənc  nəsli  həm 
mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda 
tərbiyə  etməli,  həm  də  müasir təhsilin,  elmin  və  mədəniy­
yətin  son  nailiyyətlərini,  ictimai-siyasi  həyatda  baş  verən 
hadisələrin  əsas  məğzini  şərh  etməklə  maarifləndirməyə 
köməklik  göstərməlidir.  Bizim  hamımızın  müqəddəs  vəzi­
fəmiz  müstəqil  dövlətimizin  rəsmi  dövlət  dilini,  ana  dili­
mizi,  xalqımızın  milli  sərvətini  göz  bəbəyi  kimi  qorumaq­
dan ibarət olmalıdır.
Qeyd.  Bu ya zı  “X alq q əzeti ”nin 
2 4  dekabr2005-ci i l  tarixli sayında dərc olunub.
203


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə