A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

dən,  yazarlar  birliklərinin,  mədəniyyət  və  incəsənət  us­
talarının görüşləri, teatr və konsert ansambllarının qastrol­
ları,  folklor  festifallarının  (şifahi  ədəbiyyatın  müxtəlif 
janrlarının  inkişaf  etdirilməsinə  və  şifahi  ifasına  həsr 
olunmuş  tədbirlər,  musiqi  və  rəqs  truppalarının  çıxışları 
və s.) təşkil edilməsinin Vahid Mərkəzdən idarə olunması 
məqsədilə  Türk Xalqlarının Mənəvi-Mədəniyyət Mərkə­
zinin  yaradılması  vacibdir.  Türk  Xalqlarının  Mənəvi- 
M ədəniyyət  Mərkəzinin  Türk  dövlətlərindən  birinin 
paytaxtında,  o  cümlədən  Bakıda  yaradılması  məqsədə­
uyğun olardı.  Çünki Bakı özünün çoğrafı mövqeyinə görə, 
Şərqlə  Qərb,  Şimalla  Cənub  arasında  yerləşən  strateji 
körpü  kimi  Türk  dövlətləri  arasında  əlaqələndirm ə 
funksiyasını  daha yaxşı yerinə yetirə bilər.
Bizim  mülahizəmizə  görə,  Türk  Xalqlarının  Mənəvi- 
Mədəniyyət Mərkəzi  öz idarəetmə işini  elə qurmalıdır ki, 
onun həyata keçirdiyi tədbirlər həm ardıcıl, həm  davamlı, 
həm  də türk  xalqlarının qədim  mədəni  irsi  üzərində  yeni- 
yeni  m ədəniyyət  sahələrinin  birgə  yaradılmasına  və 
yayılmasına  geniş  dairədə  imkan  versin.  Həm  də  elə 
etmək  lazımdır  ki,  türk  xalqlarının  mənəvi-mədəniy­
yətinin  bütün  sahələri,  qabaqcadan  hazırlanmış  plan  üzrə 
ildə  bir  dəfə  ayrı-ayrı  müstəqil  Türk  dövlətlərində, 
həmçinin,  Rusiya  Federasiyasındakı  türk  xalqlarının 
muxtar  qurumlarında,  İranda  yaşayan  Azərbaycan 
türkləri,  İraqdakı  Kərkük  türkləri,  Əfqanıstandakı  Əfşar­
lar,  Çindəki  sarı  uyğurların  mədəniyyət  mərkəzlərində 
çıxış  etsinlər.  Belə  tədbirləri türk  xalqlarının  Mədəniyyət
96
ongünlüyü və ya aylığı adı altında keçirmək daha münasib 
olardı.  Əlbəttə,  belə  tədbirlərin  keçirilməsi  zamanı  digər 
xarici  ölkələrdə yığcam halda yaşayan  türklərin -  soydaş­
larımızın görüşünə getməyi də unutmaq olmaz.
3. 
XARİCİ  ÖLKƏLƏRDƏ  YIĞCAM  HALDA  YA­
ŞAYAN  TÜRKLƏR  -  SOYDAŞLARIMIZLA  ƏLAQƏ­
LƏR YARADILMASININ VACİBLİYİ.  Dünyada,  eləcə 
də,  Türk  dünyasında  baş  verən  ictimai-siyasi  hadisələrin 
törətdiyi  acnacaqlı  vəziyyət nəticəsində milyonlarla  türk­
lər öz dədə-baba torpaqlarından ya zorla qovulmuş,  başqa 
bölgələrə  köçürülmüş,  qaçqın  düşmüş  və  beləliklə  də, 
planetimizin  onlarla  ölkələrində  özlərinə  sığınacaq  tap­
mışdır.  Onların  müəyyən  hissəsi yaşadıqları  ölkələrin  və­
təndaşları  olmuşlar,  əksəriyyəti  isə  müvəqqəti  mühacirət 
həyatı  keçirmiş  və  indi  də  həmin  həyatı  davam  etdir­
məkdədirlər.  Lakin onların hamısı,  heç şübhəsiz ki,  vətən 
eşqi,  vətən  ruhu  ilə  yaşayır,  qəriblikdə  od-alov  olub  yan­
salar da,  özlərinin  Vətənini,  soyköklərini,  milli  adət-ənə­
nələrimizi unutmamışlar,  qərib  ölkələrdə  xalqımızın  tari­
xən  təşəkkül  tapmış  əlamətdar günlərimizi,  xalq  bayram­
larımızı təntənə ilə qeyd edirlər, hətta, bayram günlərimiz 
barədə yerli  xalqlara məlumatlar da verirlər...
Onu  da  qeyd  etmək  lazımdır  ki,  xarici  ölkələrdə  yaşa­
yan  soydaşlarımızın  əksəriyyəti  milli  sərvətimiz olan  ana 
dilimizi  övladlarına  və  ya  nəvə-nəticələrinə  öyrətmək 
məqsədilə  bir çox  ölkələrdə  -  şəhərlərdə  ana  dilini  öyrə­
dən  "Bazar  günü"  məktəbləri  yaratmışlar.  Məsələn,  Ru­
siya  Federasiyasının  Tümen  şəhərində  150  mindən  çox
97


soydaşımız  yaşayır.  Onlar  ana  dilimizi  və  mənəvi m ədə­
niyyətimizi  öz övladlarına öyrətmək üçün yerli  dövlət or­
qanlarının yaxından köməyi ilə Tümen  şəhərində soydaş­
larımıza  xidmət  edən  4  "Bazar  günü"  məktəbi  təşkil  et­
mişlər.  Bu  məktəblər  "Azərbaycan  dili"  və  "Azərbaycan 
tarixi"  dərslikləri  əldə  etmək  məqsədilə  Azərbaycan 
Respublikası  Təhsil Naziri prof.  M.Mərdanova məktubla 
müraciət  etmişlər.  Nazirlik  isə,  "Bazar  günü"  məktəblə­
rinin  təşəbbüsünü  sevinclə  qarşılamış  və  Tümenə  lazımi 
qədər  təmənnasız  olaraq  dərsliklər  göndənnişdir.  Nazir­
liyin  bu təşəbbüsü təqdirə layiqdir...
Türk  dillərinin  yuxarıda  qeyd  olunan  müasir  prob­
lemləri  ilə  bağlı  Azərbaycan  Atatürk  Mərkəzində  də 
geniş  miqyaslı araşdırmalar aparılır. O, cümlədən, Mərkə­
zin  rəhbəri,  M illət  vəkili,  AMEA-nm  müxbir  üzvü, 
professor  Nizami  Cəfərovun  “Azərbaycanşünaslığa giriş” 
(Bakı,  2002),  “Qədim  türk  ədəbiyyatı”  (Bakı,  2004), 
“Azərbaycanşünaslığın  əsaslan”  (Bakı,  2005)  və  s.  kitab­
ları  çap  olunmuşdur.  Həmçinin,  professor  Nizami  Cəfə­
rovun  gərgin  əməyin  nəticəsi  olan  dörd  cildlik  “Türk 
xalqları  ədəbiyyatı”  da  2007-ci  ildə  elmi  ictimaiyyətə 
təqdim  olunmuşdur.
Bu  münasibətlə,  prof.  M.  Çobanov  "Türk  ədəbi  dilləri 
birliyinin  praktik  aspektləri"  mövzusunu  tezislər  halında 
və  "Türk  ədəbi  dilləri  birliyinin  linqvistik  aspektləri" 
mövzusunu ayrıca  araşdırmışdır.
( “Şərqin 
səsi”qəzeti, 
№  07-08 (179-180), mart,2006), 
( “Elm  və təh sil” 
qəzeti, 
№  09-10 (181-182),  aprel,2006)
98
“C əbhədə  qılın c,  m ə clisd ə   g ö z ə l 
niqo m alik olanlar qəhrəm andır”.
M. S. Ordubadi.
7.  TÜR K   Ə D Ə B İ  DİLLƏRİ  B İR L İY İN İN  
PR A K T İK   A SPEK TLƏ R İ
Müasir dünyada baş verən qloballaşma prosesində Türk 
xalqlanmn  da  əvvəlcə  öz  aralarında  iqtisadi,  mədəni  və 
mənəvi  cəhətdən  qloballaşması  daim  gündəmdə  olma­
lıdır.  Onu  da  qeyd  edək  ki,  türk  xalqlarının  qloballaşması 
prosesində  türk  dillərinin  (əlbəttə,  ədəbi  dillərinin) 
birliyinə  doğru  istiqamət  götürülməsində  "dil  birliyi"  ən 
başlıca körpü rolunu oynayır.  Məhz buna görə də, biz hələ 
2000-ci  ildə  IV  uluslararası  Türk  dili  Qurultayında  "Türk 
ədəbi  dillərinin  birliyinə  doğru"  mövzusunda  nəzəri  xa­
rakterli  məruzə  ilə  çıxış  etdik  və  elə  həmin  ildə  bu  mə­
ruzə  eyni  adlı  kitabımda  çap  olundu.  Həmçinin,  2006-cıi 
ildə Türkoloji  Qurultayın  80 illiyi  münasibəti  ilə "I  Tür- 
koloji  Qurultay  və  Türk  dillərinin  müasir  problemləri" 
mövzusunda  tarixi-nəzəri  xarakterli  araşdırma  hazırladım 
və  həmin araşdırma  eyni  adlı kitabımda çap  olundu...
Yuxanda  qeyd  olunan  tədqiqat  işləri  isə,  Türk  ədəbi 
dilləri  birliyinin  praktik  aspektlərinin  araşdırılmasını 
gündəmə gətirdi. Çünki  Türk dilləri  birliyinə doğru gedən 
bütün yollar dillərin praktiki istiqamətlərinin araşdırılması
99


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə