A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

vəzifəli  məmurlarına  ərəb  əlifbası  ilə  Azərbaycaıı-türk 
dilində  yazılmış  müxtəlif  sənədlərin  çoxu  o  zamankı 
Azərbaycan-türk  ədəbi  dili  ilə  eyniyyət  təşkil  edir. 
Məsələn,  1783-cü  ildə  general  P.S.Potyomkinə  və  baş­
qalarına  göndərilmiş  219  sənəddən  195(89%-i)  Azər­
baycan-türk dilində  yazılmışdır.  Bu sözləri  sonrakı  illərin 
yazışmaları haqqında da söyləmək olar.
Peterburqda  1848-ci  ilin  dekabrında  təsdiqlənmiş 
"Qafqaz təhsil  dairəsi... haqqında  "Əsasnamə"-nin  100-cü 
və  1853-cü  ilin  29  oktyabrında  imzalanmış  "Əsasna- 
mə"nin 89-cu maddələrində göstərilir ki,  "Tiflis və Kutais 
quberniyalarının  gürcü  qəzalarmda-gürcü  dili,  Zaqafqazi­
ya  ölkəsinin  digər  qəzalarında  və  Stavropol  quberni­
yasında  isə  tatar  dili  (Azərbaycan-türk  dili.-M.Ç.)  yerli 
dillər  sayılır".  Bu  sənədlərdən  başqa,  Qafqaz  canişinli­
yindən  ölkənin  Maarif  nazirliyinə  120  saylı  18  fevral 
1855-ci  il  tarixli  rəsmi  məktubunda  kadrlar  hazırlamaq 
üçün  gürcü  və  Azərbaycan  -türk  dillərinin  öyrənilmə 
vacibliyindən  bəhs  edilərək  yazılmışdır  ki,  "Gürcü  dili 
Tiflis  və  Kutais  quberniyalarının  yalnız  müəyyən 
yerlərində  çinovniklər  üçün  əlverişli  ola  bilər;  tatar  dili 
(Azərbaycan-tiirk  dili.-M.Ç.)  isə  Qafqazın  digər  hissələ­
rində və bütövlükdə  Qafqaz  ölkəsində yararlıdır".
Yeri  gəlmişkən  burada bir  məqamı  da qeyd  etmək ye­
rinə düşərdi. Gürcüstan Respublikasının Dövlət Arxivində 
saxlanılan minlərlə əlyazmaları və mədəniyyət xəzinələri 
arasında  1739-cu  ildə  Azərbaycan-türk  dilinə  tərcümə
80
olunmuş  və gürcü  əlifbası  ilə yazıya alınmış  "İncil"  əsəri 
də  vardır.  405  səhifədən  ibarət olan  bu  əsər  1881 -ci  ildə 
gürcü  əlifbası  ilə  yenidən  köçürülmüş  və  indi  də  Tiflis 
arxivində  saxlanmaqdadır.  Bundan  başqa,  Tiflis  arxivlə­
rində  Azərbaycan-türk  dilində  yazılmış  və  gürcü  əlifbası 
ilə  yazıya  alınmış  onlarla  ədəbi-mədəni  abidələr  vardır. 
Bütün bunlar göstərir ki, Azərbaycan-türk dili XVIII-XIX 
əsrlərdə  gürcü  dilinə  de  az-çox  dərəcədə  təsir  etməyə 
başlamış və hətta,  həm öz sözlərinin, həm də  ərəb və fars 
sözlərinin də  gürcü  dilinə keçməsinə vasitəçilik  etmişdir.
Yuxarıdakı  mülahizələrdən  aydın  şəkildə  göründüyü 
kimi,  Qafqaz  ölkəsində  istər  xalqlararası  ədəbi-mədəni 
əlaqələrdə,  istərsə  ticarət-alver  və  məişət  münasibət­
lərində,  istərsə  də  rəsmi  yazışmalırda  Azərbaycan-türk 
dilindən  geniş  şəkildə  istifadə olunmuşdur.
AZƏRBAYCAN-TÜRK  DİLİNİN  TƏDQİQATA 
CƏLB  OLUNMASI  TARİXİ
Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə,  dünyanın 
ayrı-ayrı  ölkələrində  Azərbaycan-türk  dili  təxminən  XI- 
XIV  əsrlərdən  ayrı-ayrı  tədqiqatçıların,  lüğətşünasların 
diqqətini  cəlb  etməyə  başlamışdır.  Məhz bunun  nəticəsi­
dir  ki,  bu  dil  hələ  XI-XIV  əsrlərdən  etibarən,  yəni  Azər­
baycan-türk dilinin ilk yazılı nümunələri yaranandan sonra 
nəinki  bədii  əsərlərdə,  həmçinin  m üxtəlif  məqsədlər
81


üçün  hazırlanmış  lüğətlərdə  də  öz  əksini  tapmışdır.  Bu 
dövrün  ikidilli,  üçdilli və.s.  lüğətlərinin bir tərəfini Azər­
baycan-türk  dili  materialları  təşkil  etmişdir.  Məsələn,  XI 
əsrdə Mahmud Kaşğarlmm bütün türk dillərinin müştərək 
tarixi  abidəsi-ensiklopediyası hesab  olunan "Divani-lüğət- 
it-türk"  lüğətində  də  Azərbaycan-türk  dili  materialından 
az-çox  dərəcədə  istifadə  olunması  şübhəsizdir.  Çünki bu 
divanda  yüzlərlə  elə  sözlər,  ifadələr,  cümlələr  vardır ki, 
onları  müasir  Azərbaycan-türk  dilinin  lüğət  tərkibindən 
fərqləndirmək olmur.
Həmçinin,  XII  əsrdə  Əl  Zəməxşarinin  "Müqəddimət 
ül-ədəb"i,  "Kitabi-məcmueyi-tərcümani-türki  və  əcəmi 
və  moğoli  və  farsi",  XV  əsrdə  Cəmaləddin  ət-Türkinin 
"Kitab  bulğat  əl-ıuüştaq  fı  lüğat  ət-türk  və  əl-qıf-qaç"ı, 
XIV  əsrdə  Hüsaminin  "Töhfeyi-Hüsam"  adlı  farsca- 
türkcə,  Cəmaləddin  ibn  Mühənnanın  "Hilyət-ül  insan  və 
həlbət-ül  lisan"  adlı  ərəbcə-türkcə,  Hinduş  Naxçıvanimn 
"Sihahül-əcəm-bilisan-əl-farsi"  adlı türkcə-farsca lüğətlə­
rin  lüğət  m ateriallarının  bir  tərəfi  Azərbaycan-türk 
sözlərindən  ibarət  olmuşdur.  Yalnız  onu  da  qeyd  etmək 
lazımdır  ki,  "Sihahül-əcəm-bilisan-əl-farsi"  lüğətində  4 
mindən  çox türk  sözləri  işlədilmişdir.
Yuxarıda  qeyd  olunan  faktorlardan  göründüyü  kimi, 
"XIl-XllI  əsrlərdən  etibarən  türk  dilinin  müxtəlif  et- 
nokulturoloji regionlarda  (Şərq, yaxud Türküstan,  Cənub-
82
Qərb,  yaxud  Oğuz  və  Şimal-Qərb,  yaxud  Qıpçaq)  tə­
zahürü özünü həmin lüğətlərdə hiss etdirsə də, türk dilinin 
ümumiliyi,  bütövlüyü  barədəki  təsəvvür  hələ  uzun 
müddət  pozulmamış,  ərəb,  fars,  monqol,  Qərbi  Avropa 
dilləri  türk  dilinin  bu  və  ya  digər  regional  təzahürü  ilo 
deyil  (ayrı-ayrı  türk  dilləri  ilə  deyil.-M.Ç.)  ümumən  türk 
dili  ilə  müqayisə  olunmuşdur"  (N izam i  Cəfərov,  Türko­
logiya tarixinə üm um i bir baxış,  Bakı,  2000,  səh.  8-9).
Yuxarıdakı  qeydlərdən  göründüyü  kimi,  istər  Azər­
baycanda  və  ya  Türk  dünyasında,  istərsə  də  dünyanın 
ayrı-ayrı  ölkələrində  Azərbaycan-türk  dilinin  öyrənil­
məsinə  və  ya  tədqiq  edilməsinə  maraq  hələ  bir  neçə  yüz 
il  bundan  əvvəl  olmuşdur.  O  cümlədən,  Fransada  Azər­
baycan-türk  dilinin  öyrənilinəsi  və  yayılması  hələ  XVI 
əsrin  birinci  yarısından  başlanır.  Bu  da  təsadüfi  deyil. 
Çünki  artıq  Azərbaycan-türk  dili  Şərqdə  geniş  yayılmış 
dillərdən  biri  idi.  Fransız  alimlərinin  qeyd  etdiklərinə 
görə,  "1530-cu  ildə  Parisdəki  "Kolec  de  Frans"  şərq­
şünaslıq  məktəbində  başqa  şərq  dilləri  ilə  yanaşı  Türk 
dilləri  üzrə də mütəxəssislər hazırlanmış,  həmçinin Azər­
baycan-türk  dilinin  öyrənilməsinə  də  mühüm  yer  ve­
rilmişdir".  XIX  əsrdə  isə,  Fransada  Azərbaycan-türk 
dilinə  və  mədəniyyətinin  öyrənilməsinə  olan  maraq  daha 
da  artmışdır.  XIX  əsrin  80-ci  illərində  fransız  şərqşünası 
Baronye  de  Meynar  Azərbaycan  mütəfəkkiri  və  filosofu 
M.F.Axundovun  "Molla  İbrahimxəlil  kimyagər"  komcdi-
83


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə