A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

Türk  ədəbi  dilləri birliyinin etnoqrafik aspektdə  araşdırıl­
ması  həm  ümumtürkoloji,  həm  də  xüsusi  dilçilik  istiqa­
mətdə  aparılmalıdır.
9.  TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  MƏDƏ­
NİYYƏT  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin
mədəniyyət  aspektləri  dedikdə,  hər  şeydən  əvvəl,  bəşə­
riyyət tarixinin  keçdiyi  üç  dövrün  (vəhşilik,  barbarlıq,  si­
vilizasiya)  üçüncü  mərhələsinin  dəyərlərini  bildirən  mə­
dəniyyət  həm  cəmiyyət  və  insanın  tarixən  əldə  etdiyi 
müəyyən nailiyyət,  həm də elm,  texnika,  incəsənət  sahə­
sində qazanılmış nailiyyətlər, həmçinin, həyatın və dövlət 
işinin  təşkilində,  səhiyyədə,  maarif  və  təhsil  sahəsində, 
məişətdə  və  s.  Türk  xalqlarının  ümumtürkoloji  və  ayrı- 
ayrı  türk  xalqlarının  əldə  etdiyi  nailiyyətlərin  linqvistik 
aspektdə  araşdırılması  nəzərdə  tutulur.  Əlbəttə,  bu  sahə­
nin  tarixi,  coğrafi  (areal)  və  etnik  baxımdan  ətraflı  araş­
dırılması  istər  ayrı-ayrı  türk  xalqlarının,  istərsə  də bütöv­
lükdə,  türk xalqlarının,  mədəni-maarif və  mədəni-kütləvi 
sahələrdə  qloballaşmalı  və  sonra  isə,  türklər  bütöv  halda 
bəşəri  qloballaşmaya  qovuşmalıdır.  Bu  baxımdan  türk 
xalqlarının  mədəniyyəti  həm  ayrı-ayrı  xalqların,həm  də 
ümumitürkoloji  cəhətdən  tarixi  və  linqivistik  baxımdan 
ətraflı  araşdırılmalıdır.
10. 
TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  MƏNƏVİ 
ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  mənəviyyat 
aspektləri  dedikdə,hər şeydən əvvəl,  türk xalqlarının  tari­
xən əqli, fiziki, zehni, ruhi, əxlaqi və bütövlükdə ,ruhi alə­
108
mi  ilə  bağlı  olan  əldə  etdiyi  nailiyyətlərin  linqivistik  ba­
xımdan  araşdırılması  nəzərdə  tutulur.  Həmçinin,  türk 
xalqlarının  uşaq  çağlarından  insanpərvərlik,  vətənpərvər­
lik, kollektivçilik kiki mənəvi prinsipləri  ilə yanaşı,  gənc­
lərdə  xarakterin  tərbiyə  edilməsi,  o  cümlədən,  intizam- 
lılıq,  mütəşəkkillik,  dəyanətlilik,  vicdanlılıq,  namusluluq 
və  s.  mənəvi  keyfiyyətlərin  aşılanması  da  daim  diqqət 
mərkəzində  olmalıdır.  Onu  qeyd  etmək  lazımdır  ki, 
"Millətin  ən  mühüm  kapitalı-xalqın  mənəvi  keyfiyyətlə­
ridir"  (N.Q.Çernışevski).
Buraya  kimi  qeyd  olunanlardan  belə  nəticəyə  gəlmək 
olur  ki,  Türk  ədəbi  dilləri  birliyinin  əsas  və  ən  mühüm 
yolu  dil  birliyinin  praktik  istiqamətlərinin  ətraflı  və  mü­
kəmməl  şəkildə  öyrənilməsindən  və  həyatda  tətbiq  edil­
məsindən asılıdır...
109


Mahmud Kasüarlı 
İİİ-200R
"Öz m illətini əbədi saxlamaq istəyənlər 
ö z ana dillərini saxlamağa çalışmalıdırlar 
və  o  dildə  elm  və fənni övladi-millotə 
verməlidirlər".
 
("Kəşkül" qəzetindən).
8.  TÜRK ƏDƏBİ DİLLƏRİ BİRLİYİNİN 
LİNQVİSTİK ASPEKTLƏRİ
Cari  ilin  Mahmud  Kaşğarlı  ili  elan  edilməsi,  heç  do, 
təsadüfi  deyil.  Bu  ili  bütün  Türk  dünyasının  ən  yadda 
qalan  ili  saymaq  olar.  Məhz buna görə  də,  Mahmud  Kaş- 
ğarlınm şərəfinə  elan olunmuş bu fəxarətli  ili  və bu möh­
təşəm  elmi  simpoziumdakı  məruzəmi  də  elə  Mahmud 
Kaşğarlmın  ən  müdrik  bir  kəlamları  ilə  başlamaq  istə­
yirəm.  Mahmud  Kaşğarlı  peyğəmbərcəsinə  türk  xalqla­
rının gələcək inkişafını görmüş və bu münasibətlə özünün 
məşhur  "Divani-lüğət-it-türk"  kitabında  yazmışdır:  "Tür­
kün  dilini  öyrənin,  çünki  onların  hakimiyyəti  uzun  sürə­
cək".  Təxminən  min  il  bundan  əvvəl  söylənmiş  bu  ifadə 
bu günümüzlə  -  Türk dünyasının  həyatı  ilə necə  də  həm­
ahəng  səslənir.
110
Biz də Türkologiyanın, eləcə də, dünya humanitar elm­
ləri  və mədəniyyəti  xəzinəsinin ən qiymətli incisi  sayılan 
məşhur  "Divani-lüğət-it-türk"  divanının  daim  parlaq  və 
işıqlı  şüaları  altında  müasir  dövr  üçün  müasir  və  aktual 
problemlərin  açılması  və  araşdırılması  sahəsində,  az  da 
olsa,  müəyyən  işlər görmüşük.
Mahmud Kaşğarlı  "Divani..."  bütün türk xalqlarının or­
taq mədəniyyət xəzinəsi  olmasını  nəzərə alaraq,  bu  ideya 
işığında  "Türk  ədəbi  dillərinin  birliyinə  doğru"  (2000-ci 
ildə  IV  Uluslararası  Türk  Dili  Qurultayının  Plenar  icla­
sında  məruzə  ilə  çıxış  etmişəm  və  Bakıda eyni  adlı  kitab 
nəşr  etdirmişəm),  "Altay  dilləri  ailəsində  Azərbaycan- 
türk  dilinin  mövqeyi"  (2001-ci  ildə  Trabzon  və  çevrəsi 
Uluslararası  Tarix-Dil-Ədəbiyyat  Simpoziumunda  m əru­
zə  ilə  çıxış  etmişəm  və  Bakıda eyni  adlı  kitab  çap  etdir­
mişəm),  "I  Türkoloji  Qurultay  və  Türk  dillərinin  müasir 
problemləri"  (2006-cı  ildə  Bakıda  eyni  adlı  kitab  çap 
etdirmişəm)  və  "Türk  ədəbi  dillər birliyinin  linqvistik  as­
pektləri" mövzularında araşdırmalar aparmışam.
Yuxarıda  adları  qeyd  olunan  araşdırmalarda  türk 
xalqlarının  və  türk  dillərinin  müasir  ictimai-siyasi  vəziy­
yətini,  yeni  Müstəqil  Dövlətlərinin  yaradılması  və  ana 
dillərinin  rəsmi  Dövlət  dili  elan  edilməsi,  türk  xalqları 
arasında  siyasi,  iqtisadi  və  mədəni  əlaqələrinin  günü- 
gündən  gücləndiyi  və  inkişaf etdiyi  şəraitdə  türk  dilləri 
birliyinə  doğru  yeni  bir  addım  atılması  ən  aktual 
problemlər  kimi  ətraflı  şərh  olunmuşdur.  Həmin  prob­
111


lemlər arasında Türk dillərinin hamısı üçün  latm qrafikalı 
əlifbaya  keçilməsi,  türk  dillərinin  vahid  elmi  konsepsiya 
üzrə araşdırılması, türk dillərinin təşəkkülü tarixinin vahid 
elmi  istiqamətdə  bir-biri  ilə  əlaqəli  şəkildə  tədqiq 
olunması, vahid əlifba sistemində mətbuat orqanlarının və 
vahid  radio  və  televiziya  yayımları  Mərkəzinin  yara­
dılması,  Vahid  Mədəni  Mərkəzin  təsis  olunması,  bədii 
irsin  araşdırılması  və  nəşri  Mərkəzinin  təşkil  edilməsi, 
Vahid  Elmi  Əlaqələndirmə  Mərkəzinin  yaradılması, 
Ümumtürk  ensiklopediyası  və  izahlı  lüğətlərin  hazır­
lanması və nəşri Mərkəzinin yaradılması, həmçinin,  Türk 
ölkələrinin  hamısının  universitetlərinin  birində  Vahid 
Tədris  planı  və  Vahid  Tədris  proqramları  ilə  fəaliyyət 
göstərən  Tarix-filologiya  fakültələrinin  təsis  edilməsi  və 
s.  m əsələlər və ya tövsiyyələr geniş şərh olunmuşdur.
Artıq,  Azərbaycan  və  digər  ölkələrdə  bizim  IV  Ulus- 
lararası  Türk  dili  qurultayında qaldırdığımız problemlərin 
həlli istiqamətində müəyyən işlər görülmüşdür.  O cümlə­
dən,  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə 
Bakıda  "Atatürk  Mərkəzi"  yaradılmışdır.  Onu  da  qeyd 
etmək  yerinə  düşər  ki,  bu  Mərkəzdə  bir  neçə  il  ərzində 
ümumi  türkoloji  araşdırmalar  sahəsində  müəyyən  qədər 
ürəkaçan işlər görülmüşdür.
Xüsusi  ilə,  bizim  məruzəmizin  8-ci  tezisində  qeyd 
olunan  "Türk  ölkələrinin  ali  məktəblərində  vahid  tədris 
planı  və  vahid  proqramlar  üzrə  fəaliyyət  göstərən  tarix- 
fılalogıya  fakültəsinin  təsisi  edilməsi"  sahəsində  Atatürk
112
Mərkəzinin  rəhbəri,  prof.Nizami  Cəfərov  "Qədim  Türk 
ədəbiyyatı"  (Bakı  2004),  "Türk  xalqları  ədəbiyyatı"  adı 
altında  iri  həcmli  4  cildlik  tədris  müntəxabat  xarakterli 
kitab çap  etdirmişdir.
"Türk  xalqları  ədəbiyyatı"  kitabında  Türk  xalqları 
ədəbiyyatı  qədim  dövrdən  üzü  bəri  tarixi  yönümdə 
ümumtürkoloji  aspektdə  dərindən  araşdırılmışdır.  Bir 
sözlə,  türk  xalqlan  tarixində 
ilk  dəfə  "Qədim  Türk 
ədəbiyyatı"  kursu  yaradılmışdır.  Yerdə  qalan  dörd  cilddə 
isə  tarixi  m ərhələlər  üzrə  ayrı-ayrı  türk  xalqlarının 
ədəbiyyatından  seçmələr  verilmiş,  tarix i-xronoloji  mün­
təxabat yaradılmışdır. Əlbəttə, prof. Nizami Cəfərovun bu 
təşəbbüsünü  alqışlamaq  və  Türk  ölkələrində  yaymaq 
məqsədəuyğun  olardı.
Artıq,  "Türk  Ədəbi  dillərinin  birliyinə  doğru"  mövzu­
sunda  çıxış  etdiyim  məruzənin  beşinci  tezisi,  yəni  "Türk 
xalqlan  üçün  Vahid  radio  və  televiziya yayımları  M ərkə­
zinin  yaradılması"  sahəsində  də  geniş  şəkildə  təşkilatı 
işlər  aparılır.  Yəqin  ki,  yaxın  vaxtlarda  Türk  Dünyası 
Ümumtürk  radio  və  televiziyasının  yayımlarını  dinləyə­
cəkdir.
Məhz  yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,  biz  də, 
bu  günkü  Elmi  Konfransdakı  məruzəmizi  "Türk  ədəbi 
dilləri  birliyinin  linqvistik  aspekt!əri"nə  həsr  etmişik.  Bu 
problemin  araşdırılmasına  keçməzdən  əvvəl,  türk  dillə­
rinin  tarixinə  və  tarixi  mənbələrinə  qısaca  nəzər  salmaq 
yerinə  düşərdi.
113


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə