A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

Tarixən  belə  də  olur.  Eltəris  xaqan  ordu  toplayıb, 
onlara  hərbi  təlim  verir,  itirilmiş  eli,  torpaqlarını  geri 
qaytarır.  Türkün müqəddəs torpağını  azad edir.  Xalqı  Çin 
əsarətindən qurtarır...
Şetu  xaqanın  bu  uzaqgörənliyini  tarix  yenidən  canlan­
dırmışdır.  Çingiz  xanın,  Əmir  Teymurun,  Batıxanm, 
Atatürkün  tarixi  fəaliyyəti  və s.  buna aydın nümunədir...
Lakin Çin xaqanlığı türklər arasında nifaq salmaqdan əl 
çəkmir.  Bu  münasibətlə  "Gültəkin  kitabəsi"ndə  deyilir: 
"Bəyləri,  xalqı  düz  olmadığı  üçün,  tabğac  xalqı  aranı 
qarışdırdığı  üçün,  yolundan  azdırdığı  üçün,  böyükləri 
kiçiklərlə  salışdırdığı  üçün,  bəylərin  xalqla  arasını 
vurduğu  üçün  türk  xalqı  mövcud  elin  birliyini  itirmiş, 
xaqanlıq  edən  xaqanlarını  itirmiş"dir.  (GT b, b  -  7)
XVIl-XVIII  əsrlərdən  sonra  isə,  türk  xalqları  arasında 
nifaq  salmaq ideyası Çar Rusiyası və  XX əsrdə  70 il onun 
varisi  kimi  mövcud  olmuş  Sovet  imperiyası  tərəfindən 
davam  etdirilmişdir.
Tarixin  dərinliyinə  nəzər  saldıqda  məlum  olur  ki,  qə­
dim  tarixə  malik  Altay  dilləri  ailəsinə  mənsub  olan  digər 
türk  xalqları  və  türk  dilləri  kimi,  "Türk  ailəsinə  mənsub 
Azərbaycan  xalqının  (və  onun  ana  dilinin  -  M.Ç.)  inkişaf 
tarixində  qət  etmiş  yolun,  hələlik,  təxminən  10  min  ili 
təsəvvür  olunur"  (E.Əlibəyzadə,  Azərbaycan  xalqının 
mənəvi  mədəniyyət  tarixi,  Bakı,  Gənclik,  1998,  səh.8). 
Bu  dövr  ərzində  digər  türk  xalqları  kimi,  Azərbaycan 
türkləri  də  yazıda  müxtəlif  sistemli  əlifbalardan  istifadə 
etmişlər. O cümlədən, türk xalqları təxminən  1200-1300 il
88
ərəb  əlifbasından  istifadə  etmişlər.  Göründüyü  kimi, 
tarixən türk xalqlarının mənşəyi, soykökü bir olduğu kimi, 
türk xalqlarının  dili  də eyni  geneoloji mənşəyə və tipoloji 
sistemə  malik  olmuşdur.  Tarix  boyu  türk  dillərinin  mə­
nəvi  mədəniyyəti  eyni  istiqamətdə  inkişaf etdirilmişdir. 
Bu  mənada,  qədim  Orxon-Yenisey  yazılı  abidələri  də, 
Mahmud  Kaşğarlının  "Divani-lüğət-ül-türk"  kitabı  da, 
digər  qədim  "Oğuznamə"lər  də  türk  xalqlarının  ortaqlı 
mənəviyyat abidələri hesab olunur...
Deməli,  bəşəriyyət  tarixində  ilk  dövlət  qurmuş,  im­
periyalar yaratmış, bir neçə  minillik  dövlətçilik ənənələri 
olan  türklərin  dil  və  mədəniyyət  birliyi  də  vahid  tellərlə 
bağlı  olmuşdur.  Lakin  tarixin  son  mərhələlərində,  xüsu­
silə  XV11-XIX  əsrlərdə  böyük  müstəmləkəçilik  ideyaları 
meydana  gəldikdən  sonra  "xalqlar  həbsxanası"  adlanan 
Çar  Rusiyasının  və  İran  şahlığının  müstəmləkəçilik  siya­
səti  Türk  dünyasına  qarşı  çevrilmişdir.  Beləliklə  də,  hə­
min  ölkələrin  ortaq  bir  "siyasi  dil"  tapması  ilə  Türk  dün­
yasının  hissə-hissə  parçalanması,  hətta,  müstəmləkə  ha­
lına düşməsi  mərhələsi  başlanmış və bu  müstəmləkəçilik 
Volqaboyundan  tutmuş Kamçatkaya - Saxalinə qədər olan 
ərazilərin  qədim  sakinləri  -  türklər,  indi  də  Rusiya  Fe­
derasiyasının,  Azərbaycanın  cənub  bölgələrində  sakin 
olmuş  Azərbaycan  türkləri  isə  İran  şahlığının  müstəm­
ləkəsi  kimi  qalmaqdadır...  Beləliklə  də,  türk  xalqlarının 
nəinki  siyasi,  iqtisadi,  hətta,  mədəni-mənəvi  inkişaf yol­
larına  da  "Böyük  Çin  səddi"  çəkilmişdir...  Bu  vəziyyət,
89


demək  olar  ki,  XX  əsrin  son  onilliyinə  qədər  davam 
etmişdir...
Müasir türk dilləri qədim tarixi olan lüğət tərkibinə, in­
kişaf etmiş  qrammatik  quruluşuna,  zəngin  ünsiyyət  ən'ə- 
nələrinə malik bir kök dilin, ulu dilin varisləri kimi yaran­
mış, təşəkkül etmiş və müasir dövrdə böyük inkişaf poten­
sialına malik dil  ailələrindən biridir. Buna görə də, müasir 
türk  ədəbi  dillərinin  hamısı  ümumtürk  ən'ənələri  üzrə 
araşdırılmalı,  öyrənilməli  və  tədqiq olunmalıdır.  XI  əsrin 
görkəmli filoloq-alimi Mahmud Kaşğarh demişkən, "Tür­
kün  dilini  öyrənin,  çünki  onların  hakimiyyəti  uzun  sürə­
c ə k d ir. Həmçinin,Mahmud Kaşğarlınm "Divani-lüğət-üt- 
türk"  kitabında ulu babalarımızın  -  türklərin igidliyi,  qəh­
rəmanlığı,  cəsurluğu,  böyüklüyü,  qümrluğu və  vüqarhğı, 
məşhurluğu barədə bir sıra qiymətli  nümunələr vardır:
"Haçan görsə,  o türkdür
 ”
X alq ona deyəcəkdir:
"Buna ululuq yaraşır".
Onda h ər şe y  bitəcəkdk".
Bu  mülahizə  XIX  əsrin  son  rübündə  nəşr  olunmuş 
"Koşkül"  qəzetində də  öz əksini belə tapmışdır:  "Öz mil­
lətini  əbədi  saxlamaq  istəyənlər  öz  ana  dillərini  sax­
lamağa çalışmalıdırlar və o dildə elm və  fənni  övladi-mil- 
lətə verməlidirlər".  Dünya siyasətinin tacidarlarmdan biri, 
türk  dünyasının  görkəmli  dövlət və  hərb  xadimi,  müasir 
Türkiyə  Respublikasının  yaradıcısı  və  banisi  Mustafa
90
Kamal  Atatürk  bu  münasibətlə  demişdir: 
"Bizim  bu
dostumuzun idarəsində (Sovetlər Birliyi nəzərdə tutulur, - 
M.Ç.) dili  bir, inancı bir,  özü bir kardaşlarımız vardır.
Onlara  sahib  çığmağa  hazır  olmalıyız.  Hazır  olmaq 
yalnız  o  günü  susub  bəkləmək  deyildir.  Hazırlanmaq  la­
zımdır. Millətlər buna nasıl hazırlanırlar öylə.
Mənəvi  körpüləri  sağlam  tutarak.  Dil  bir  körpüdür. 
İnanc  bir  körpüdür.  Tarix  bir  körpüdür.  Köklərimizə  en­
məli  və  olayların  olduğu  tariximizin  içində  bütünləşmə- 
liyiz.  Onların  (dış  türklərin)  bizə  yaklaşmasım  bəklə- 
yəməyiz".  Yuxarıdakı  ifadələr  bu  günümüzlə  necə  də 
həmahənk səslənir...
Tarixi mənbələrdən aydın olduğu kimi,  XX  əsrin  ikinci 
onilliyində  Çar  Rusiyasının  varisi  kimi  çıxış  edən  Sovet 
Rusiyası  XX  əsrin  birinci  rübündə  öz  tarixi  dövlətçilik 
ənənələrini  bərpa  etmiş  və  müstəqillik  qazanmış  bütün 
türk ölkələri  kimi,  Azərbaycanı  da yenidən  işğal etmişdir. 
Beləcə  də,  dövlətçiliyimiz  yenidən  ləğv  edilmiş,  ana 
dilimiz  isə  özünün  rəsmi  dövlət  dili  statusunu  itirmişdir. 
Beləcə  də,  xalqımız  70  il  sabiq  SSRİ-nin  tərkibində 
respublika  statusuna malik  dövlət quruluşu  kimi  fəaliyyət 
göstərmiş,  əslində  isə  ölkəmiz  milli-mədəni  muxtariyyət 
şəraitində yaşamışdır.
Nəhayət,  sabiq  SSRİ  imperiyasının  yeritdiyi  "milli 
siyasət"  çərçivəsində  "ilk  təşəbbüs"  kimi  Bakıda  Birinci 
Türkoloji  Qurultayın  çağırılması  planlaşdırılmışdır.  Bu 
qurultay öz işini  1926-cı  ilin 26 fevralından 6 martına kimi
91


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə