A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

yasını  fransız  dilinə tərcümə  edib,  1886-cı  ildə  "Aznatik" 
jurnalında  nəşr  etdirmişdir.  B.Meynar  müqəddimədə 
M.F. Axundovun komediyalarından bəhs edərək yazmışdır 
ki,  "Azərbaycan-türk  dialektində  yazılmış  bu  pyeslərin 
orijinalını  çap  etməklə  mən  istəyirəm  ki,  bu  əsərlər 
haqqında  filoloqlar  öz  biliklərini  söyləsinlər.  Mənə  belə 
gəlir ki, mənim təşəbbüsüm bu dilin türk osmanlı dilindən 
fərqli  olmasına,  həmçinin  Tiflis  çapının  Avropada 
həddindən  artıq  nadir  hadisə  hesab  edilməsinə  görə 
təqdirə  layiqdir...".  O,  canlı  Azərbaycan-türk  dilini  öy­
rənmək  üçün  M.F.Axundovun  əsərini  yaxşı  vəsait  kimi 
məsləhət görmüşdür.
Buraya  kimi  deyilənlərdən  aydın  olur  ki,  Altay  dilləri 
ailəsində  Azərbaycan-türk  dilinin  xüsusi  mövqeyə  malik 
olması,  onun  tarixi  inkişaf  qanunları  ilə  üzvi  surətdə 
yaxından  bağlılığı  və  geniş  şəkildə  işləkliyi  ilə  şərtlən­
mişdir.
Bir sözlə,  bir müdrik demişkən:
" Ə zəli ə z ə ld ir  d ilim izin ,
G ə lişi g ö z ə ld ir  d ilim izin !
84
"Mənəvi körpüləri sağlam  tntarak. 
D il bir körpüdür.  İnanc bir körpüdü. 
Tarix  bir  körpüdür.  K öklərim izə 
enməli  və  olaylarm  olduğu  tarixi­
mizin içində bütünləşməliyiz".
M.K. Atatürk.
6 . 
I  
T Ü R K O L O J İ   Q U R U L  T A  Y   VƏ  
TÜ R K  D İLLƏ R İN İN  M Ü ASİR PR O B LE M LƏ R İ
Türk dillərinin  müasir problemləri dedikdə,  hər şeydən 
əvvəl,  müasir  türk  dillərinin  xüsusi  fonetikasının,  lüğət 
tərkibinin,  scmasiologiyasmm,  frazeologiyasımn,  onoma- 
logiyasınm  morfologiyasının,  sintaksisinin,  həmçinin,  üs- 
lubi xüsusiyyətlərinin, orfoepiya vo orfoqrafıyasmın,  həm 
təsviri, həm də tarixi-müqayisəli metodla ümumi türkoloji 
aspektdə  hərtərəfli  araşdırılması  və  təhsil  müəssisələrin­
də  öyrənilməsi nəzərdə tutulur.  Əlbəttə,  dillərin tarixinin 
öyrənilməsini həmin dillərin daşıyıcıları olan xalqın tarixi 
ilə  bağlı  halda  araşdırılması  daha  obyektiv  vo  daha  mö­
təbər nəticələr  çıxarmağa  geniş  imkan  verir.  Bu  mənada, 
türk  xalqlarının  tarixi  inkişaf  yoluna  nəzər  salmaq  çox 
mühüm  elmi  əhəmiyyət  kəsb  edir...  Çünki  xalqın  tarixi 
dilin tarixi deməkdir. Başqa sözlə desək, xalqın tarixi  dilin 
tarixini,  dilin  tarixi  xalqın  tarixini  daha  obyektiv  halda 
araşdırılmasına yaşıl işıq salır. Bu mənada, xalqın tarixi ilə 
dilin  tarixi paralel  şəkildə bir-birini  tamamlayır...
85


Burada  yeri  gəlmişkən  bir  neçə  tarixi  faktı  da  xatırla­
maq  yerinə  düşərdi.  VI  əsrin  sonlarına yaxın  güclü,  qüd­
rətli  Türk imperiyası  Bumm  xaqan  və  İstemi  xaqanın  ha­
kimiyyətindən  sonra  "xalqla  dövlət  bir-birinə  qarşı  dur­
muş,  türk xalqının  el birliyi  pozulmuş,  Türklər Çinin əsa­
rəti altına düşmüşlər".  Elə bundan sonra türklər fasilələrlə 
tarixin  m üəyyən  mərhələlərində  yadellilərə  qarşı  qanlı 
döyüşlərə  girməli  olmuş,  xalqının  və  torpaqlarının bütöv­
lüyünü qəhrəmanlıqla qorumuşlar.  Lakin tale bəzən onla­
rın  üzünə  "gülməmişdir".  Beləliklə  də,  türklər  əlli  il  Çin 
əsarəti  altında  olmuş  və  "Olum,  ya  ölüm"  durumu  qarşı­
sında qalmışlar...
582-ci  ildə  Göy  türklər iki  yerə parçalanır.  Çin  xaqanı 
türklərin iki yerə  bölünməsindən,  zəifləməsindən istifadə 
edərək  türklərin  başçısı  Şetu  xaqana bir məktub  göndərir 
və  həmin  məktubda vəd verir  ki,  Türklərin  yenidən  qüd­
rətli  xaqan  olması  üçün  hər  cür  yardım  edəcəkdir.  Sonra 
isə  bu  kömək  üçün  özünün  şərtini  bildirir.  Çin  xaqanının 
irəli sürdüyü şərtlərə  görə, türklər mənəvi keyfiyyətlərini 
- dillərini, adət-ənənələrini dəyişdirməli, Çin mədəniyyə­
tini  tanımalıdır...
Türklərin  başçısı,  qorxmaz  və  tədbirli  Şetu  xaqan  Çin 
xaqanının  yazdığı  məktubuna  və  irəli  sürdüyü  alçaldıcı 
şərtlərinə  çox  ciddi  cavab  verir:
"Sizə  hər  il  vergi  göndərəcək,  bütün  vaxtımı  sizə  sərf 
edəcək,  sözünüzü  dinləyəcəm.  Ancaq  paltarlarımızın 
ətəklərini kəsm əyə, çiyinlərimizdə dalğalanan saçlarımızı 
ləğv etməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı
86
mənimsəməyə  gəlincə,  bizim  ənənələrimiz  çox  uzaq 
keçmişlərdən  gəlir  ki.  mən  özüm  də  indiyə  qədər  bun­
lardan  tək  bircəsini  belə  dəyişdirməyə  cəsarət  etmə­
mişəm.  Çünki bütövlükdə  türk xalqı  eyni  qəlbə malikdir" 
("Yağmur",  Türkiyə  -  Erzurum,  1977,  sayı  2).
Şetu xaqanın  bu kiçik cavab məktubunda Çin xaqanma 
türklərin bir neçə minillik tarixi və milli mənəvi dəyərləri 
ümumi  şəkildə  xatırladılmışdır.  Bunlar  təxminən  aşağı­
dakılardan  ibarət olmalıdır:
Birincisi,  türklərin  milli  sərvəti  olan  ana  dilinin  -  türk 
dilinin  qədimliyini,  zənginliyini  və  geniş  bir  ərazidə  ya­
yıldığını, hətta,  qonşu xalqların, o cümlədən də Çin dilinə 
güclü  təsir etdiyini xatırlatmışdır.
İkincisi, türk  xalqlarının qədimliyini,  ilk dövlət qurum­
ları  yaratmalarını,  dövlətçilik  ənənələrini,  bütövlüyünü, 
hərbçiliyini,  qədim  və  keşməkeşli  tarixə  malik  olmasını 
xatırlatmışdır.
Üçüncüsü,  türklərin  qədim  və  zəngin  mənəvi  m ədə­
niyyətə,  adət-ənənələrə  malik  olmasını,  hətta,  digər 
xalqların  da,  o  cümlədən  çinlilərin  do  türklərdən  m ədə­
niyyət öyrənmələrini  xatırlatmışdır.
Dördüncüsü,  türklər  Çin  xaqanının  irəli  sürdüyü  bu  al­
çaldıcı şərtləri heç bir vəchlə qəbul etməyəcəklərini aydın 
şəkildə qeyd etmiş, həm də türklərin qədim şərəfli tarixini 
xatırlatmaqla taleyin  onların üzünə yenidən  güləcəyini  də 
xatırlatmışdır.  Və  beləliklə  də,  Çin  mədəniyyətinin  türk­
lər arasında tanınmayacağını  bildirmişdir.
87


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə