A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

dilinin  cənub  dialektləri;  Oğuz-türkmən  yanmqrupundan 
türkmən,  truxmen  (tərəkəmə);  Karluq-Xorəzm  yarım- 
qrupundan özbək və yeni uyğur; Tuba yanmqrupundan tu- 
vin,  karakas;  Yaqut  dilindən  yaqut;  Xakas  yarımqrupun- 
dan xakas, kamasin, şor, çulun, Altay yanmqrupundan Al­
tay  dilinin  cənub  dialektləri,  sarıuyğurlarm  dili;  qırğız 
dilindən  isə müasir qırğız dili  törəyib təşəkkül tapmışdır.
7. 
Türk dillərinin ən yeni dövrü. Ən yeni dövr dedikdə, 
hər şeydən əvvəl, I Türkoloji Qurultaydan (Bakı,  1926) bu 
günə  qədər  olan  dövr  nəzərdə  tutulur.  Çünki  I  Türkoloji 
qurultayın çağırılması  o  dövr üçün  (sabiq Sovet imperiya­
sının  imperiya  siyasətininin  gücləndiyi  və  represiyalarm 
baş  alıb  getdiyi  bir  dövrdə)  türk  xalqlarının  həyatında və 
dillərinin inkişaf etdirilməsi sahəsində müəyyən problem­
lərin  qarşıya  qoyulması  və  həyata  keçirilməsi  barədə 
proqram  xarakterli  qərar  layihələrinin  irəli  sürülməsi  çox 
böyük hadisə  idi.  Ona görə  ki, bu  qurultayın qəbul  edəcə­
yi  qərarların türk  xalqlarının həyatında, o cümlədən, maa­
rif təhsil,  əlifba,  terminologiya,  imla,  türk  dillərinin  təd­
risi, elmi-mədəni  və s.  sahələrinin inkişaf etdirilməsi kimi 
əhəmiyyətli rol oynayacağından xəbər verirdi...
Deməli,  Türk  dillərinin  istər  ümumi,  istərsə  də  fərdi 
istiqamətdə  təşəkkiiletmo  və  sonrakı  dövrlərdə  inkişaf- 
etmə  tarixi  yuxarıda  qeyd  olunan  mərhələlər  üzrə  hərtə­
rəfli  araşdırılmalıdır.
3. 
TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  COĞRAFİ 
(AREALI)  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin 
coğrafi  (yayılma  arealları)  aspektləri  dedikdə,  hər  şeydən
104
əvvəl,  ən  qədim dövrlərdən  üzü  bəri,  yəni  bu  günümüzə 
qədər  Türk  dillərinin  istər  ümumi,  istərsə  də  fərdi- 
müstəqil  halda  yayıldığı  areallar  da  tarixi-coğrafi  baxım­
dan hərtərəfli araşdırılması və ayrıca Türk dillərinin tarixi 
atlasının hazırlanması nəzərdə tutulur.  Əlbəttə,  Türk ədə­
bi  dilləri birliyinin coğrafi  (arealları)  aspektlərinin  araşdı­
rılması prosesində xalqlarımızın tarixi möhürü olan makro 
və  mikro  toponim  və  hidronimlərin  də  linqvistik  baxım­
dan  araşdırılması  da ön  plana çəkilməlidir.
4.  TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  ETNONİ­
MİK  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  etno­
nimik aspektləri  dedikdə,  hər şeydən  əvvəl,  hər  hansı  bir 
etnosun və  ya  etnik  qrupun  (qəbilə,  tayfa,  xalq,  millət  və 
s.) təşəkkületmə  və  inkişafetmə  tarixinin  tarixi  və coğrafi 
aspektlərinin  linqvistik  aspektdə  araşdırılması  nəzərdə 
tutulur.  Məsələn,  Azərbaycan-türk,  özbək,  türk  (Osmanlı 
türkcəsi)  qazax,  qırğız,  türkmən,  başqırd,  çuvaş,  tatar,  qa­
qauz,  qıpçaq,  karluq,  oğuz və  s.
Deməli,  yuxarıda  qeyd  olunduğu  kimi,  Altay  dilləri 
ailəsinə  məhsub  olan  bütün  Türk  dillərinin  etnonimləri 
həm  ümumi  Türkoloji,  həm  də  fərdi-müstəqil  dillərinin 
etnonimikasıııda  tarixi  və  coğrafi  baxımdan  linqvistik  as­
pektdə hər tərəfli  araşdırılması daim gündəmdə olmalıdır.
5.  TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  ANTRO- 
PONİMİK  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin 
antroponimik  aspektləri  dedikdə,  hər  şeydən  əvvəl,  ayrı- 
ayrı  şəxs  adlarını-şəxsi  adını,  atasının  adını  və  soyadını,
105


həmçinin,  ayrı-ayrı  şəxslərin  qəbul  etdikləri  təxəllüsləri 
və ya ictimaiyyət tərəfindən  ayrı-ayrı  şəxslərə verilən  lə­
qəblərin  təşəkkületmə  tarixi  və  inkişaf mərhələləri  tarixi 
və  coğrafi  baxımdan,  linqvistik  aspektdə  həm  ümumi 
türkoloji, həm də xüsusi dilçilik (Azərbaycan dilçiliyi, Öz- 
bək  dilçiliyi  və  s.)  aspektdə  araşdırılması  daim  diqqət 
mərkəzində  saxlanılmalıdır.  Çünki  hər  bir  şəxs  adı  da, 
toponim  də  türk  xalqlarının  tarixinin  müəyyən  bir  səhi­
fəsini  özündə  qoruyub  saxlayır...
6. 
TÜRK ƏDƏBİ DİLLƏRİ BİRLİYİNİN ETİKONİK 
ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  etikonik  as­
pektləri dedikdə, hər şeydən əvvəl, həm yaşayış yerinin və 
ya  ərazinin,  həm  də  həmin  ərazidə  yaşayan  etnosun  (qə­
bilə,  tayfa,  xalq  və  s.)  eyni  adla adlandırılması  məsələləri­
nin,  həm  qədim  və orta  əsrlər,  həm  də  müasir  tarixçilərin 
və  coğrafiyaçıların  tədqiqatları  əsasında  araşdırılması  nə­
zərdə  tutulur.  Məsələn,  Azərbaycan-ərazi  bildirir:  Azər­
baycan  Respublikası.  Azərbaycan-bu  ərazidə  ən  qədim 
dövrlərdən  məskən  salmış  (Azərbaycan  türklərinin)  Azər­
baycan xalqının adını bildirir;  Ukrayna-ərazinin  adını bildi­
rir: Ukrayna Respublikası;  Ukrayna-homin ərazidə yaşayan 
xalqın adım bildirir.  Türk dillərində,  eləcə də Azərbaycan- 
türk  dilində  həm  etnos  (qəbilə,  tayfa  və  s.),  həm  də  kənd 
adlarının eyni adla adlandırılınasını  bildirən  sözləri  də  eti­
konik  qrupa  aid  etmək  olar.  Məsələn,  İmir-ərazinin  adını 
bildirir:  İmir  kəndi  (Azərbaycanda,  Borçalıda);  İmir-tiirk 
mənşəli nəslin, qəbilənin və ya tayfanın adını bildirir; İmir- 
antroponim-şəxs  adını bildirir:  şair İmir Məmmədli və  s.
106
7.  TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  QOHUM­
LUQ  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  qo­
humluq  aspektləri  dedikdə,  hər  şeydən  əvvəl,  türk  dillə­
rinin həm bir-biri ilə geneoloji baxımdan qohumluğu, həm 
də türk dillərinin digər dil ailələrinə mənsub olan monqol 
dilləri (monqol, buryat, kalmıq, monqor, boan və s.), tunqus 
dilləri (tunqus, eveng, neqidal və s.), mancur dilləri qrupuna 
(mancur, nanay, udey, ulç, oroç və s.) daxil olan dillərlə qo­
humluğunun tarixi və coğrafi baxımdan linqvistik aspektdə 
öyrədilməsi  nəzərdə  tutulur.  Əlbəttə,  Türk  dillərinin  qo­
humluğunun  araşdırılması  Türk dilləri  birliyinnin gələcək 
tədqiqatı  baxımdan çox material  verə  bilər...
8. 
TÜRK ƏDƏBİ DİLLƏRİ BİRLİYİNİN ETNOQRA­
FİK  ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  etno­
qrafik aspektləri  dedikdə,  hər şeydən  əvvəl, türk xalqları­
nın  etnoqrafiyası  nəzərdə  tutulur.  Etnoqrafiya  sözü  latın 
dilinə məxsus olan  "ethnos"  (nəsl-tiro, qəbilə, tayfa,  xalq) 
və "qrafiya" sözlərinin birləşməsindən əmələ gəlib,  Azər­
baycan  dilində  ümumi  mənası  "ictimai  elm"  olub,  etno­
sun-nəslin-tirənin, qəbilinin, tayfanın və xalqın etnik  birli­
yini,  onun  etnogenezisini,  məişətini,  tarixi  mədəniyyət 
münasibətlərini  və  onun  sahələrini  öyrənir.
Etnoqrafiyanın  əsas  predmetini  xalqın  mədəniyyətinin 
gündəlik  məişət,  adət-ənənələr və  onun  etik  xüsusiyyət­
ləri,  həmçinin,  xalqın  tarixi  və  müasir  maddi  və  mənəvi 
mədəniyyətinin  tarixi,  coğrafi  və  etnik  baxımından,  linq­
vistik  aspektdə  araşdırılmasını  təşkil  edir.  Bu  mənada,
107


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə