A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

olan  geniş  tədbirlər  planı  hazırlayıb,  fasiləsiz  həyata 
keçirmək  vacibdir.  Əlbəttə,  bunun  üçün  əsas  şərtlərdən 
biri və həm də,  ən başlıcası əhalinin öz doğma ana dilində 
danışması və  ünsiyyət saxlaması,  həmçinin, təhsil alması, 
övladlarının  ana  dilində  təhsil  almasına  lazımı  şəraitin 
yaradılması  daim diqqət mərkəzində olmalıdır...
Məruzəmizi görkəmli Türkoloq-alim M.Kaşğarlımn bir 
müdrik  kəlamı  ilə  başladıq...  Məruzənin  müasirliyini  və 
aktuallığım  nəzərə  alaraq,  Azərbaycanın,  eləcə  də,  Türk 
dünyasının  Xalq  şairi  Zəlimxan  Yaqubun  bir  müdrik 
kə  lamı-misraları ilə bitirmək istəyirəm.  O, demişdir: 
"Vaxt Təbrizin,  dünya  ərkin dünyası,
Y o l Tamının,  haqqı dərkin dünyası.
Əzəl-axır, Dünya türkün dünyası,
Üç gün,  beş gün gecim,  tezim  olacaq,
B u  gün-sabah dünya bizim  olacaq"...
130
"Müstəqil Azərbaycan  Dövlətinin  əsas  ideyası 
azərbaycançıhqdır.  Hər  bir  azərbaycanlı  ö z  m illi 
mənsubiyyətinə görə qürur hissi keçirməlidir".
H EYD Ə R Ə LİYEV.
I I   B ö l m ə .
AZƏRBAYCAN DİLİNİN 
MÜASİR PROBLEMLƏRİ
9.  AZƏRBAYCANŞÜNASLIĞIN  ATRİBUTLARI
XX  əsrin  sonuncu  onilliyinin  əvvəlində  xalqımız  öz 
tarixi  dövlətçiliyini  bərpa  etmiş,  yeni  Müstəqil  Dövlət 
qurmuşdur.  Müstəqilliyimizin  ilk  illərində  isə  dövləti­
mizin  əsas  ideyası  -  metodologiyası  tam  şəkildə  işlənmə­
miş  qalırdı.  Bu da,  hər şeydən əvvəl, pedaqogikanın  - tər­
biyə  nəzəriyyəsinin  əsas  strateji  sahələrinin  və həmçinin, 
elmi  tədqiqatlarımızın  metodoloji  prinsiplərinin  dəqiq 
şəkildə  müəyyən  edilməməsi  ilə  bağlı  olmuşdur.  Hətta, 
humanitar  elm  sahələrinin  alimlərinin  bir  qrupu  Öz 
tədqiqatlarında  keçmiş  Sovet  metodologiyasına  əsaslanır 
və  beləliklə  də,  müstəqil  dövlətimizin  əsas  ideyasının  -
131


metodoloji prinsiplərinin mahiyyətinin  açılmasında çətin­
lik  çəkir  və  bəzən  milli  mənafelərimizə  tamamilə  cavab 
verə  bilməyən  dolaşıq  fikirlər  və  mülahizələr  söyləyir, 
bəzən  öz  yerlərində  sayıb  qalırdılar.  Elmi  ictimaiy­
yətimizin  qarşılaşdığı  bu problemləri  görən  və  hiss  edən 
ümummilli liderimiz, görkəmli strategiyaçı Heydər Əliyev 
keçən  əsrin  sonuncu  onilliyinin  ortalarında  ölkəmizin 
ümumi  strategiyası ilə yanaşı, dövlətimizin  əsas ideyasını 
və  elmi  metodologiyasını  da hərtərəfli  işləyib,  birdəfəlik 
bəyan  etdi  ki,  "Müstəqil  Azərbaycan  Dövlətinin  əsas 
ideyası  azərbaycançılıqdır.  Hər  bir  azərbaycanlı  öz  milli 
mənsubiyyətinə görə  qürur hissi  keçirməlidir."
Beləliklə  də,  müasir  dünyanın  geniş  diapozonlu  və 
erudisiyalı tanınmış siyasətçisi və bacarıqlı dövlət xadimi, 
öz xalqının mənafeyini hər şeydən üstün tutan, xalqımızın 
tarixən  formalaşmış  və  minilliklərdən  bəri  təşəkkül 
tapmış  mənəvi-siyasi  ideyası  ilə  silahlanmış  Heydər  Əli­
yev  proqram  xarakterli  bu  kəlamı  ilə  ölkəmizin  ziyalı­
larının  və  alimlərinin  elmi  metodologiyası  yoluna  yeni 
yaşıl  işıq yandırmış oldu.  Və bununla da,  görkəmli strate- 
giyaçı istər alimlərimiz, istərsə də elm və təhsil müəssisə­
ləri  qarşısında  böyük  vəzifələr  qoymuş  və  həmin  vəzi­
fələrin həyatda yerinə  yetirilməsini ciddiliklə,  təkidlə  tə­
ləb  edirdi.  Bu  tələb  isə,  hər  şeydən  əvvəl,  milli  soykö- 
kümüzə,  tariximizə  və  tarixi  mədəniyyətimizə,  adət- 
ənənələrim izə,  dini  görüşlərimizə,  tarixi  dövlətçilik 
ənənələrimizin  inkişaf  etdirilməsinə  əsaslanırdı.  Başqa 
sözlə  desək,  bu  tələblər  Azərbaycan  türklərinin  -  milli
132
etnik tariximizin,  tarixi  coğrafiyamızın, maddi  və mənəvi 
abidələrim izin,  folklorumuzun,  ümumilikdə  isə,  ulu 
babalarımızın  irs  qoymuş  olduğu  milli  mədəniyyətimizin 
və  mənəvi  dəyərlərimizin,  incəsənətimizin və  ədəbiyya­
tımızın dərindən  öyrənilməsi  və  hərtərəfli təbliğ olunma­
sından  ibarətdir.  Əlbəttə,  bu  sahədə  bütün  təhsil  müəs­
sisələrinin,  o  cümlədən  ümumtəhsil  məktəblərinin,  orta 
ixtisas  məktəblərinin  və  tabeçiliyindən  asılı  olmayaraq, 
bütün ali  məktəblərinin və  tədris  akademiyalarının  üzəri­
nə çox böyük vəzifələr düşür. Bu vəzifələr əsasən, "Azər­
baycanşünaslığın əsasları" fənninin müasir səviyyədə təd­
risi  ilə  yaxından  bağlıdır.  "Azərbaycanşünaslığın  əsas 
atributları" öz mahiyyətinə və məzmununa görə üç sahəni 
əhatə  edir:
1.  Milli  sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3.  Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli 
-  etnik  tariximiz.  Bu baxımdan, XVI  əsrin  görkəmli  şairi 
və mütəfəkkiri, dövlət xadimi və hərbi  sərkərdəsi Ş.İ.Xə- 
tainiıı gənclərimizə nəsihətindən bir parçanı xatırlamaq da 
yerinə  düşərdi.  Şair  yazmışdır:  "Vətənimin  bir  ovuc  tor­
pağını  bir  ovuc  altundan,  dilimizin  bir kəlməsini  bir  ölçü 
mücəvhərdən  üstün  bildim.  Dilimizin  və  Vətənimizin 
əbədiyyən  yaşaması  üçün  əlimdən  gələni  etdim.  Məni 
lənətlə  yad  etməyin:  Yaxşı  nə  etdimsə,  davam  etdirin, 
xətalarımı  təkrar etməyin...  Atalar  sizə  üç  ƏMANƏT  qo­
yublar: 
DİLİMİZ,  QEYRƏTİMİZ,  VƏTƏNİMİZ!"
133


Müasir  elmin  inkişaf  səviyyəsini  məntiqi  baxımdan  də­
rindən  və  hərtərəfli  təhlil  etdikdən  sonra  belə  nəticəyə 
gəlmək olur ki, xalqımızın milli-etnik tarixinin yaradılma­
sı  üçün,  hər  şeydən  əvvəl,  xalqımızın  milli  sərvəti  olan 
ana  dilimizin,  ünvanı  olan  Vətənimizin  coğrafiyasının  və 
tərcümeyi-halı  və  ya  həyatnaməsi  olan  etnik  tariximizin 
lap  qədim  zamanlardan  üzü  bəri  milli  tarixşünaslıq  və 
azərbaycançılıq  nöqteyi-nəzərdən  tarixi  reallıqla  bağlı 
olaraq,  dərindən  araşdırılmalı,  öyrənil-məli,  tədqiq  edil­
məli  və xalqımıza təqdim olunmalıdır.
MİLLİ SƏRVƏTİMİZ - "ANA DİLİMİZ"
"Ana  dilimiz"  xalqımızın  milli  sərvətidir.  Xalqımızın 
milli  sərvəti  isə,  hüquqi baxımdan  "Azərbaycan Respub­
likasının  Konstitusiyası"nın  21-ci  maddəsində  çox  aydııı 
şəkildə  belə  təsbit  olunmuşdur:  "Azərbaycan  Respubli­
kasının  Dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan  Res­
publikası  Azərbaycan  dilinin  inkişafını  təm in  edir." 
Deməli, Ana dili dedikdə rəsmi Dövlət dili, Rəsmi dövlət 
dili  dedikdə  isə  "Ana  dili"  nəzərdə  tutulur.  "Ana  dili" 
dedikdə,  hər  şeydən  əvvəl,  milli  sərvətimiz,  ünvanımız  - 
Böyük  Vətənimiz  - tarixi  Azərbaycan,  tərcümeyi-halımız 
(həyatnamə),  - tariximiz yada düşür.  Bu,  heç  də, təsadüfi 
deyil.  Çünki  "Ana  dili"  xalqımızın  tarixi  varlığı,  xalqı­
mızın  həyatı,  xalqımızın  tarixləşmiş,  əbədiləşmiş  milli 
sərvətidir.  Elə  bir  sərvət  ki,  onu  heç  nə  ilə  əvəz  etmək
134
mümkün  deyil.  "Ana  dili"  xalqımızın  rəmzi,  simvolu, 
Dövlət Himni,  Dövlət bayrağı,  Dövlət  gerbi,  Müstəqil  və 
Suveren Azərbaycan  Respublikasının rəsmi dövlət dilidir. 
Deməli,  "Öz  millətini  əbədi  saxlamaq  istəyənlər  öz  ana 
dillərini  saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni 
övladi - millətə verməlidirlər" ("Kəşkül" qəzeti, XIX əsr). 
XX  əsrin  görkəmli  şairi  K.M.Sönməz  dilimizin  əbədi­
ləşdirilməsi  ilə  əlaqədar olaraq demişdir:
Könlüm quşu oxur  Vətən gülüylən,
G ül necə ki, gülər ö z bülbülüynən,
Sözlərim i yazdım  xalqın diliynən,
Odur adım ürəklərdən silinməz,
Yazılmasa,  dilin qədri bilinməz.
Yuxarıda  qeyd  etdiyimiz  fikir  və  mülahizələrə,  həm­
çinin  bir  bəndlik  şer  parçasında  bədii  dillə  söylənilən  və 
xalqa m əsləhət görülən düşüncələrdən aydın olur ki, xal­
qın yaşaması üçün, birinci növbədə, onun dilinin yaşaması 
və inkişaf etdirilməsi, xalqın gənc nəslinə, övladlarına el­
min ana dilində öyrədilməsi, yazılması zəruridir, vacibdir.
Ana dilimiz qədim tarixə malik olan  xalqımızın hikmət 
dəryası, müdriklik xəzinəsi, qüdrətli silahı, bol-bol nemə­
ti,  əbədiyaşar  tarixi  mənəviyyatımızın,  ədəbiyyatımızın, 
incəsənətimizin,  elmimizin  tükənməz xəzinəsi  və  inkişa­
fının  daimi  mənbəyidir.  Ana  dilimiz  xalqımızın  əbədi 
tarixidir, onun yer kürəsində qədim zamanlardan bəri  tanı­
nan  ünvanıdır,  siyasəti  və  siyasi  coğrafiyasıdır,  həyat  və
135


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə