A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

davam  etdirmişdir.  Birinci  Türlcoloji  Qurultayda  Azər­
baycam  o  dövrün  tanınmış  dilçilərindən  B.Çobanzadə, 
A.Tağızadə,  X.Səid,  F.Ağazadə,  İ.Həsənov,  A.Şərifov, 
Q.Bağırov,  Ə.Babazadə  və başqaları təmsil etmişdir.
Birinci  Türkoloji  Qurultayın  gündəliyində  əsas  məsələ 
keçmiş  SSRİ ərazisində yaşayan türk xalqlarının yazısının 
ərəb  əlifbası  əvəzinə  latın  qrafikası  əsaslı  yeni  əlifba  ilə 
əvəz  edilməsi  olmuşdur.  Qurultay  uzun  müzakirələrdən 
sonra  (əlbəttə,  Mərkəzi  hökumətin diktəsi  ilə),  türk xalq­
larının  təxminən  1200-1300  il  fasiləsiz  istifadə  etdikləri 
ərəb  əlifbasından  latın  qrafikası  əsaslı  yeni  əlifbaya 
keçilməsi barədə qərar qəbul  etdi (Beləliklə də, türk xalq­
ları  öz  tarixindən,  mənşəyindən,  soykökündən  uzaqlaş­
dırıldı,  ayrı  salındı).  Həmçinin,  yeni  əlifba  əsasında  türk 
dillərinin  yeni  orfoqrafıya  qaydalarının  tətbiqi  dilçiliyin 
bir sıra sahələrinin, xüsusilə qrafikanın təkmilləşdirilməsi 
və terminologiyasının yaradılması, savadsızlığın ləğv edil­
məsi  və  aradan qaldırılması,  təlim-tədris  işlərinin yüksəl­
dilməsi  və  s.  barədə  qərarlar  qəbul  etmişdir.  I  Türkoloji 
Qurultayın  qərarları  əsasında  1926-1930-cu  illərdə  türk 
xalqlarının mədəni muxtariyyəti sahəsində  müəyyən işlər 
görülmüşdür.  O  cümlədən,  türk  xalqlarının  öz  ana 
dillərində  təhsil  alması,  mətbuat  yaratmaları  təmin 
edilmişdir...  Lakin  bütün  bunlar  Sovet  İmperiyasının 
qəddar  senzurası  və  fasiləsiz  davam  edən  repressiyaları 
altında  həyata  keçirilirdi...  Türk  xalqları  üçün  yaradılmış 
bu  "xoşbəxtlik"  də  uzun  sürmədi...
92
XX  əsrin  30-cu  illərinin  ikinci  yarısında  Sovet  ide­
oloqları türk xalqlarının tarixini və mədəniyyətini  sıxışdı­
rıb  təhrif etmək  məqsədilə  geniş  "tədbirlər  planı"  hazır­
layıb  həyata keçirməyə  başladılar.  Sabiq  SSRİ ərazisində 
yaşayan türk xalqlarının yazısı və əlifbası barədə yeni m ə­
sələ gündəmə  gətirilmişdir. Bu  məsələdə  isə,  hər şeydən 
əvvəl, türk  xalqlarının yazısının  latın  qrafikası  əsaslı  əlif­
badan yenidən  kiril qrafikası əsaslı  əlifbaya keçilməsi  nə­
zərdə tutulmuşdur... Nəhayət, türk xalqlarının "tarixi  mə­
dəniyyət ağacı "m  ikinci  dəfə baltalamaq və  onu  əlçatmaz 
bir  arzuya  çevirmək  üçün  ikinci  "təşəbbüs"  çox  sürətlə, 
yəni  1939-cu  ildə  qərar qəbul  edildi  və  1940-cı  ilin  1  yan­
varından  həyata  keçirildi.  Sovet  ideoloqlarının  bu  "əlifba 
islahatı"nda yenə do  türk xalqlarının mədəniyyət tarixi və 
onun  tarixi  birliyi  "nişangah"  oldu.  Bu  "islahat"  nəticə­
sində  SSRİ  do  yaşayan  hər  bir  türk  xalqı  üçün  bir-birinə 
uyğun olmayan kiril qrafikası əsaslı yeni əlifba qəbul edil­
di.  Bu  da tarixi  bir,  mənşəyi bir, dili bir,  dini  bir,  inamları 
bir,  məişəti  bir,  adət-ənənələri  bir  olan  qardaş  türk  xalq­
ları  arasında  aşılmaz  "Böyük  Çin  səddi"  demək idi.  Odur 
ki,  1940-cı  ilin  1  yanvarından  etibarən  SSRİ-də  yaşayan 
türk xalqları yeni  - kiril əlifbası ilə işləməyə başladı.  Belə­
liklə  do,  Sovet  ideoloqları  türk  xalqlarının  bir-birindən 
ayrılmasını  və  parçalanmasını başa çatdırdılar...
Yuxarıda  deyilənlərə  baxmayaraq,  türk  övladlarının 
ayrı-ayrı tanınmış nümayəndələri - ziyalıları milli ruhlu  fi­
kir və  mülahizələrini  sotiraltı ifadələrdə əks etdirirdilər...
93


Bu  yeni  yaranmış  müstəqil  türk  dövlətləri  arasmda 
siyasi,  iqtisadi,  mədəni  və  s.  sahələrdə  qırılmaz  tellərlə 
bağlı olan əlaqələr yeni bir vüsət almışdır. Məhz bu əlaqə­
lər  də,  türk xalqlarının  özünə  qayıtması,  yenidən mənəvi 
mədəniyyətini  milli  zəmin üzərində  bərpa etmələri  üçün 
geniş  imkanlar  açmışdır.  Əlbəttə,  bu  əlaqələrin  müasir 
qloballaşma  mərhələsində  həyata  keçirilməsində  dil  bir­
liyi  və  dil ünsiyyəti başlıca rola malikdir.  Şübhəsiz ki,  bu 
da həm türk xalqları, həm də türk dilləri qarşısında bir sıra 
yeni  problemlər  yaratmışdır...  Bir  sözlə,  "dildə,  fikirdə, 
işdə birlik"  gərəkdir!  Burada Bilgə xanm bir kəlamını ya­
da  salmaq  da yerinə  düşərdi:  "Türklərim, cəmi bəylərim, 
cəmi millətim!  Qazanıb  el tutduğum bu yerdən, xaqanım­
dan  ayrılmasan,  yaxşılıq  görəcəksən.  Evində  oturacaq, 
dərdsiz olacaqsan.  Sözlərimdə yanlış varmı?
"EY TÜRK! TİTRƏ VƏ ÖZÜNƏ DÖN! SƏN ÖZÜNƏ 
DÖNƏNDƏ  GÜCLÜ VƏ BASILMAZ OLARSAN"!  Bu­
nun  üçün,  ilk  növbədə,  türk  dillərinin  aşağıda  qeyd  olunan 
müasir problemlərinin həll edilməsi ön plana çəkilməlidir:
1. 
TÜRK DİLLƏRİNİN ÖYRƏNİLMƏSİ ÜÇÜN OR- 
TAQLIDİLÖYRƏNMƏ VASİTƏLƏRİNİN (DƏRSLİK, 
DƏRS  VƏSAİTİ  VƏ  S.)  YARADILMASI  VƏ  NƏŞRİ­
NİN  VACİBLİYİ.  Türk  xalqlarının  orta  ixtisas  və  ali 
məktəblərində  tələbə  mübadiləsi  yolu  ilə  təhsilalmanın 
səmərəliliyini artırmaq məqsədilə, ayrı-ayrı türk dilləri ilə 
ortaqlı  xüsusi  dərsliklər,  dərs  vəsaitləri,  metodik  gös­
tərişlər  hazırlanması,  həmçinin,  nitq  təcrübəsi  keçmələri 
üçün  münasib  dilöyrənmə  mühitinin  yaradılması  da  nə­
94
zərə  alınmalıdır.  Bu  məqsədlə  tələbələrin  təhsil  aldığı 
ölkədə  yerli  türk  əhalisi  ilə  gündəlik  ünsiyyət  saxlan­
masını təmin  etmək ən  vacib şərtlərdən biridir.
Yəni, Azərbaycanda təhsil alan Türkiyə, eləcə də  Qaza­
xıstan,  Özbəkistan,  Qırğızıstan,  Türkmənistan  və  s.  ölkələ­
rin tələbələri üçün "Azorbaycan-türk dili"ndən  dilöyrənmə, 
yaxud  Türkiyədə  təhsil  alan  Azərbaycan  tələbələri  üçün 
"Türk  dili"ndən  dilöyrənmə  (həmçinin,  digər  türk  xalq­
larının tələbələri  üçiin hər bir ölkədə eyni tipli dilöyrənmə) 
vasitələrinin - dərsliklərin,  dərs vəsaitlərinin, danışıq  lüğət­
lərinin  və  şəkilli  lüğətlərin,  dilöyrənmə  üçün  zəruri  olan 
xüsusi  metodik  göstəricilərin,  əyani  vasitələrin  hazırlanıb 
çap  edilməsi,  tələbələrin  həmin  tədris  vasitələri  ilə  təmin 
olunması daim diqqət mərkəzində  saxlanılmalıdır.
Əlbəttə,  hər bir  ölkənin  ali  məktəblərində  türk  (Azər­
baycan  -  türk,  qazax,  özbək,  qırğız,  türkmən  və  s.)  dilini 
və  yaxud  başqa  türk  dillərindən  birini  tədris  etmək  üçün 
hər iki  dili  (türk  -  qazax,  türk - özbək,  türk -  qırğız,  türk - 
türkmən  və  s.)  yaxşı  bilən  on  təcrübəli  müəllimlər  işə 
cəlb  olunmalıdır.
2.TÜRK  XALQLARININ  MƏNƏVİ-MƏDƏNİY­
YƏTİ  SAHƏLƏRİNDƏ  KEÇİRİLƏN  TƏDBİRLƏRİN 
HAZIRLANMASI  VƏ  HƏYATA  KEÇİRİLMƏSİ  ZƏ­
RURİLİYİ.  Qədim  və  zəngin  mənəvi-mədəniyyət  irsinə 
malik olan müasir türk  xalqları  arasında  siyasi,  iqtisadi  və 
digər  sahələrdə  olduğu  kimi,  mənəvi-mədəniyyət  sahə­
lərində  də  milli  zəminə  söykənmək  və  bəşəri  dəyərlərə 
yiyələnməklə  həyata  keçirilən  bütün  tədbirlər,  o  cümlə­
95


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə