A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

körpüsündən  keçir.  Yuxanda  qeyd  olunanları  nəzərə 
alaraq,  Türk  ədəbi  dilləri  birliyinin  praktik  aspektlərini 
aşağıdakı kimi  təsnif etmək olar:
1.  Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2.  Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3.  Тйгк ədəbi dilləri birliyinin  coğrafi (areal) aspektləri.
4.  Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5.  Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6.  Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7.  Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8.  Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9.  Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10.  Türk ədəbi dilləri birliyinin mənəviyyət aspektləri.
1.  Burada yeri gəlmişkən onu da qeyd edək ki,  "TÜRK 
ƏDƏBİ DİLLƏRİ BİRLİYİNİN LİNQVİSTİK ASPEKT­
LƏRİ"  mövzusu  VI  Uluslararası  Türk  Dil  Qurultayına 
həsr  olunan  simpoziumun  gündəliyinə  salınmışdır.  Buna 
görə  də, bu mövzu ayrıca araşdırılmışdır...
Məhz buna  görə  də,  Türk  ədəbi  dilləri birliyinin digər 
praktik aspektləri tezislər halında verilmişdir.
2.  TÜRK  ƏDƏBİ  DİLLƏRİ  BİRLİYİNİN  TARİXİ 
ASPEKTLƏRİ.  Türk  ədəbi  dilləri  birliyinin  tarixi 
aspektləri  dedikdə,  hər  şeydən  əvvəl,  türk  dillərinin  ən 
qədim  dövrlərdən  üzü  bəri  tirə-qəbilə  -  tayfa-xalq  və 
millətin təşəkkületmə tarixi nəzərdə tutulur.  Onu  da qeyd 
edək ki,  türk dilləri  mədəniyyəti  və mənəviyyəti ilə bağlı
100
olan  araşdırmalarda  türk xalqlarının  və  türk  dillərinin  10- 
12 min illik tarixi barədə müxtəlif mülahizələr vardır. Biz, 
bu  mülahizələr  üzərində  dayanmağı  lazım  bilmədik. 
Çünki,  bu  mülahizələr  barədə  türk  dillərinin  əksəriyyə­
tində lazımı  qədər sanballı məlumatlar verilmişdir...
Yuxarıda qeyd olunduğu kimi, burada  ancaq türk  dillə­
rinin  ümumi  və  fərdi  istiqamətdə  təşəkkületmə  tərzinə 
nəzər salınacaqdır.  Onu da qeyd edək ki, bu problemlərlə 
həm  türk  xalqlarının  özlərinin  türkoloq  alimləri,  həm  də 
xarici  ölkələrin  20  nəfərdən  çox  tanınmış  türkoloq  alim­
ləri  məşğul  olmuşdur.
Lakin türk dillərinin təşəkkülletmə mərhələləri  barədə 
bu alimlərin fikir və mülahizələri arasında, hələ də, eyniy­
yət  yoxdur.  Onların  hər  biri  türk  dillərinin  təşəkkületmə 
tarixinə dair  müxtəlif mərhələlər  irəli  sürmüşlər.  Onların 
arasında  tarixilik  baxımdan  nisbətən  fərqlənən  N.A.Bas- 
kakovun  tarixi  bölgüsüdür.  O, özünün mülahizəsinə  görə, 
türk  dillərinin  təşəkkületmə  tarixini  altı  m ərhələyə 
bölmüşdür.  Lakin, bu mülahizələrlə razılaşmaq çətindir...
Çünki,  hər  hansı  bir  dilin,  o  cümlədən  də,  Altay  dilləri 
ailəsinə  mənsub  olan  türk  dillərinin  tarixini  də  həmin 
dillərin  daşıyıcıları  olan  xalqların  tarixi  inkişaf mərhələ­
lərinə  uyğun  olaraq,  müxtəlif mərhələlərə  bölmək  lazım­
dır.  Lakin  N.  Baskakovun,  eləcə  də,  bəzi  digər  türkoloq 
alimlərin araşdırmalarında da belə qüsurlara yol verilmişdir.
Məlumdur  ki,  müasir  tarixşünaslıqda  insan  cəm iy­
yətinin tarixi ən qədim, qədim, orta əsrlər, yeni dövr və ən
101


yeni  dövr  olmaqla  bir  neçə  mərhələyə  bölünmüşdür. 
Deməli,  türk  dillərinin  təşəkkül  tarixi  də  bu  aspektdə 
tarixi mərhələlərə bölünməlidir.
1. 
Türk  dillərinin  ən qədim  dövrü.  Bu  dövr  eramızdan 
əvvəl  12-10-cu  minilliklərdən  başlanır  və  eramızdan  əv­
vəl  III-II  minillikləri,  yəni  yazıyaqədərki  dövrü  əhatə 
edir.  Bu dövrdə şumer dilində  "Bilqamıs"dastanı yaranmış 
və yazıya köçürülmüşdür. Bu mərhələ tarixdə Şumer döv­
rü adlanır.
2. 
Türk dillərinin qədim dövrü.  Bu  dövr  eramızdan  əv­
vəl ikinci minillikdən başlanır və bizim eradan əvvəlki III 
əsrə  qədər olan dövrü əhatə  edir.  Bu dövr Türk dillərinin 
tarixində  Altay  epoxası  adlanır.  Bu  dövrdə  Altay  dilləri 
ailəsinə  mənsub  olan  Türk  dilləri  monqol-mancur-tunqus 
dillərindən, demək olar ki, tamamilə ayrılır və yeni bir dil 
iailəsi kimi təşəkkül tapır.
3-Türk dillərinin son qədim dövrü.  Bu dövr eramızdan 
ə w ə l  III  əsrdən  başlanır  və  bizim  eranın  beşinci  əsrinə 
qədər davam edir. Bu dövr Türk dillərinin tarixində qədim 
Hun  dövrü  adlanır.  Bu  mərhələdə  Türk dilləri  Qərbi  Hun 
və  Şərqi  Hun  dilləri  olmaqla  iki  budağa  ayrılır.  Bizim 
eranın  ilk  əsrlərindən,  öz  növbəsində,  Qərbi  Hun  budağı 
Bulqar  və  Oğuz-karluq-qıpçıaq;  Şərqi  Hun  budağı  isə, 
Uyğur-Oğuz və Oğuz-qıpçaq yarımqruplanna ayrılır.
4. 
Türk  dillərinin  erkən  orta  əsrlər  dövrü.  Bu  dövr 
eramızın  V-  X  əsrlərini  əhatə  edir.  Bu  dövrdə  Türk  dıl-
102
lərinin  Bulqar  yarım  budağı  xəzər  və  bulqar;  Oğuz-kar- 
luq-qıpçaq  yarımbudağı  Qıpçaq-Oğuz  və  karluq;  Uyğur- 
Oğuz  yarımbudağı  əvvəlcə  Uyğur-tükyük,  sonra  isə, 
qədim  uyğur  və  qədim  oğuz;  Qırğız-qıpçaq  yarımbudağı 
isə,  qədim qırğız qrupuna ayrılır.  Elə  bu mərhələnin  son­
larına  yaxın  Qıpçaq-Oğuz  qrupu,  öz  növbəsində,  qıpçaq 
və  oğuz olmaqla iki  müstəqil qrupa ayrılır.
5. Türk dillərinin orta türk dövrü. Bu dövr eramızın XI- 
XV əsrlərini əhatə edir.  Bu dövrdə Qıpçaq qrupu əvvəlcə 
qıpçaq-bulqar və qıpçaq-polovets (qıpçaq-polovets və qıp- 
çaq-noğay)  yarımqruplanna;  Oğuz  qrupa  Oğuz-bulqar, 
Oğuz-sulcuq,  Oğuz-türkmən;  Karluq  qrupu  karluq-xo- 
rəzın,  karluq-uyğur yarımqruplanna;  Uyğur-tükyük  qrupu 
tuba  (tuvin-karakas)  yarnnqmpuna;  Uyğur-oğuz  yarım- 
budağı  yaqut:  Uyğur-oğuz və Qırğız- qıpçaq yarımbudaq- 
larından  xakas  (xakas  və altay dilləri):  Qədim  Qırğız qm- 
pu  isə  Altay  (cənub  dialektləri)vo  qırğız  yanmqruplarma 
vo ya dillərinə  ayrılır.
6.  Türk dillərinin yeni dövrü.  Bu  dövr XVI  əsrdən XX 
əsrin  birinci  rübünə qədər olan dövrü  əhatə edir.  Bu dövr­
də  Bulqar  qrupundan  çuvaş;  Qıpçaq-bulqar yarımqrupun- 
dan  tatar,  başqırd;  Qıpçaq-polovets  yarımqrupundan  ka- 
raim,  kumık,  qaraçay,  balkar,  Krım  tatarlarının  dili;  Qıp- 
çaq-noqay yarımqrupundan  noqay,  qaraqalpak,  qazax,  öz- 
bək  dilinin  dialektlori;  Oğuz-bulqar  yarımqrupundan 
qaqauz,  Balkan  türk  şivələri;  Oğuz-səlcuq  yarımqrupun- 
dan  Azərbaycan-türk,  türk  (Osmanlı  türkcəsi),  Krım  tatar
103


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə