A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V


əsrə  yaxın  olan  müddət  nəzərdə  tutulmalıdır.  Tarixdən



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

əsrə  yaxın  olan  müddət  nəzərdə  tutulmalıdır.  Tarixdən 
mə'lumdur ki, Rəsul aleyhissəlam VI əsrin 70-ci  illərində 
dünyaya  gəlmişdir.  Bu  da  dastanların  yaradıcısı,  düzüb 
qoşam,  eldən-elə  yayıb  xalqa  çatdıran  Dədə  Qorqudun 
Boyat  boyundan  dünyaya  gelməsinini  təxminən  V  əsrin 
sonu  və  ya VI  əsrin  əvvəlləri  olduğuna  dəlalət  edir.  Elə 
həmin  vaxtda  da  "Kitabi-Dədə  Qorqud"  dastanlan  düzü­
lüb  qoşulmuşdur.  Dastanlann  istər  ümumi  məzmunu,  is­
tərsə də dili müasir Azərbaycan həyatından və ədəbi dili­
mizin müasir üslubi və lüğət tərkibindən o qədər də  fərq­
lənmir.
Deməli,  məntiqi  baxımdan  yuxanda  qeyd  olunmuş 
atalar  sözləri  və  zərbül-məsəllər  də,  bayatılar  da  xalqı­
mıza,  ünsiyyət vasitəsi kimi xidmət edən xalq dilinin,  ar­
tıq, V-VII  əsrlərdə təşəkkül  tapmış  olduğuna dəlalət edir. 
Lakin  xalqımızın  təşəkkülü  tarixinə  bir  tərəfli  yanaşan 
tarixçilərimiz istər tarixi sənədlərə,  istərsə də bədii mən­
bələrə  linqvistik  və  məntiqi  baxımdan  yanaşmadıqlanna 
görə  səhv mülahizələr yürüdürlər.  Bu  da,  hər  şeydən əv­
vəl,  xalqımızın  təşəkkülü  haqqında  qeyri-elmi,  qeyri-ta­
rixi konsepsiyanın yaradılmasına səbəb olmuşdur.
Deməli,  əgər  "Kitabi-Dədə  Qorqud"  dastanlarının  ya­
ranması  və  xalq  arasında  geniş  şəkildə  yayılması  tarixi 
1400-1500  il  bundan  əvvələrə  gedib  çıxırsa,  həm  də,  bu 
tarix  ümumdünya  elmi  ictimaiyyəti  tərəfindən  qəbul 
edilirsə, onda Oğuz türklərinin XI əsrdə Azərbaycana gəl­
48
məsi  konsepsiyası  da  qədim  və  zəngin  ən'ənələrə  malik 
olan  xalqımıza  qarşı  düşməncəsinə  sün'i  şəkildə  uy­
durulmuş,  öz-özlüyündə  elmi  əhəmiyyətini  itirmiş  olur; 
Çünki  bu konsepsiyaya  görə,  XI  əsrdə  Azərbaycana  gəl­
mə  olan  xalqın,  1400-1500  illik  yaşa  malik  olan  dünya 
şöhrətli  "Kitabi-Dədə  Qorqud"  kimi  möhtəşəm  dastanı, 
görəsən,  Azərbaycan  ərazisində  necə  yarana  bildi.  Bu 
dastanın,  eləcə  də  digər  folklor  nümunələrinin  varlığı 
xalqımızın  Azərbaycan  ərazisində  daha  qədim  zamanlar­
dan məskunlaşmasına və oturaq həyat keçirməsinə dəlalət 
edir.
Yaxud  da ki:  Qızım ,  qızım ,  q ız ola,
Q ızım ı  verrəm ozana.
Ozan ağça qazana,
Qızım  göyə bəzənə.
("Kitabi-Dədə  Qorqud").
Aydan an, sudan dum.
Gec gələn qonaq ağır olar.
Dünya  mədəniyyətinin  şah  əsəri  "Kitabi-Dədə  Qor­
qud" dastanından götürdüyümüz yuxarıdakı bədii parçanın 
və  atalar  sözlərinin  dili  VII-VIII  əsrlərin  dil  xüsusiy­
yətlərini  özündə  əks  etdirsə  də,  tam  mənası  ilə  bu  günkü 
ədəbi  dilimizlə  səslənir.
Yuxarıda  qeyd  olunan  bədii  nümunələrdən  aydın  olur 
ki,  şifahi  ədəbi  dilimiz  bu  səviyyəyə  gəlib  çatana  kimi 
uzun  bir  tarixi  inkişaf yolu  keçmiş,  özünün  bədii  təfək­
49


kürünün məhsulunu uzun müddət yaddaşlarda yaşatmış və 
təkmilləşdirmişdir.  Xalqm  dili  de,  mədəniyyəti  də  belə 
bir  inkişaf  prosesi  keçməli  idi.  Deməli,  "hələ  VI-VII 
əsrlərdə  dünya  ədəbiyyatına  "Dədə  Qorqud  Kitabı"  kimi 
nadir  söz,  sənət  incisi  vermiş  olan  bir  xalq  bədii-estetik 
təfəkkürünün  inkişafı,  dili  və  bədii  üslubunun  bu  səviy­
yəyə  çatması  üçün  minilliklər  inkişaf yolu  keçməli  idi" 
(Elməddin Əlibəyzadə,  Azərbaycan xalqının mənəvi m ə­
dəniyyət tarixi, Bakı,  1998,  səh.312).
Buraya  kimi  deyilənlərdən belə  nəticəyə  gəlmək  olur 
ki,  Azərbaycan-türk  şifahi  ədəbi  dili,  artıq,  VII-VIII  əsr­
lərə  qədər  tam  mənası  ilə  təşəkkül  etmiş,  səlisləşmiş  və 
təkmilləşmiş  və  beləliklə  də,  yazılı  ədəbi  dilin  təşəkkül 
tapması üçün möhkəm bir bünövrəyə  çevrilmişdir.
AZƏRBAYCAN-TÜRK  YAZILI  ƏDƏBİ  DİLİ  VƏ 
ONUN  TƏŞƏKKÜLÜ  TARİXİ.  Məlumdur  ki,  yazılı 
ədəbi  dil yazının varlığı ilə bağlı  olub,  yazı  vasitəsilə  ün­
siyyətə  xidmət  edir.  Azərbaycan-türk  yazılı  ədəbi  dilinin 
tarixi  də  məhz  ulu  babalarımızın  istifadə  etdiyi  yazının 
sabitləşməsi  ilə yaxından  bağlı  olmuşdur.  Dilimizin tarixi 
ilə  bilavasitə  bağlı  olan  mənbə  və  qaynaqların  verdiyi 
məlumatlara  görə,  ilk  yazılı  abidələrimiz  bizə  ərəb  əlif­
bası  ile  gəlib  çatmışdır.  Hələlik,  IX  əsrdə yazıya  alınmış 
"Kitabi-Dədə  Qorqud"  dastanı  ilk  yazılı  mənbə  hesab 
olunur.
Yaxud:  Ə zizinəm  haramı gəldi.
Haram haramı gəldi.
50
Ərəb g ə ld i ulusdan,
Tatar, haramı gəldi.
Apardı tatar məni,
Qul edib satar məni.
Vəfalı yarım  olsa,
A xtarıb tapar məni.
Ümumxalq  təfəkkürünün  məhsulu  olan  bu  bayatılarda 
ifadə  olunmuş  məzmuna  nəzər  salaq.  Bu  bəndlərdə 
mənşə  e'tibarı  ilə  xalqımıza  yad  olan  ərəb-haramıların 
işğalı  və  mənşəcə  xalqımıza  qohum  olan  monqol-tatar­
ların Azərbaycanı işğal etməsi, yə'ni tatarların da "haramı" 
kimi  hərəkət  etməsi  öz  bədii  əksini  tapmışdır.  Deməli, 
tarixilik  e’tibarı  ilə  bu  bayatıların  da  monqol-tatar  yürüş­
ləri  dövründə  yaranmasına  heç  bir  şübhə  yeri  qalmamış­
dır.  Artıq, bu  xalq  qoşquları,  da şifahi  ədəbi  dilimiz  kimi, 
yazılı  ədəbi  dilimizin  də  təşəkkül  tapmasının  son  mərhə­
ləyə  qədəm  qoymasına  məntiqi  vo  əsaslı  bir  işarə verilir. 
Məhz,  bu  özül  üzərində  də  yazılı  ədəbi  dilimiz  özünün 
sonrakı  inkişaf mərhələlərini  keçmişdir...
Artıq,  X-XII  əsrlərdə yazılı  mənbələrdə  "türki"adı  ilə 
tanınmış  ana  dilimiz  təhsil  müəssisələrinə-mədrəsələrə 
daxil  olmaq  hüququ  qazanır.  Tədris  prosesində  müəllim­
lərin ərəb dilindən  etdiyi  şifahi tərcümələr ara-sıra yazıya 
köçürülmüş və beləliklə də, dilimizdə ilk tərcümə ədəbiy­
yatı  (əsərləri)  yaranmağa  başlamışdır.  Hətta,  elə  həmin 
dövrlərdən  Azərbaycan-türk  dilinin  onlarla  söz  və  ifa-
51


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə