A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

3.  XV-XVI  əsrlər  -  Ş.İ.Xətai  və  M.Füzuli  dövrü yazılı 
ədəbi dil.
4. XVJI-XV1H əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü 
yazılı  ədəbi  dil.
5.  XIX  əsr  -  Q.Zakir  və  M.F.Axundov  dövrü  yazılı 
ədəbi  dil.
6.  XX  əsr- N.Nərimanov,  C.Məmmədquluzadə,  Sabir,
S.Vurğun,  M.İbrahimov, X.Rza dövrü yazılı  ədəbi  dil.
Buraya  kimi  deyilənlərdən  aydm  olur  ki,  dilimizin 
inkişafında özünü göstərən hər bir mərhələnin özünəməx­
sus müəyyən rolu olmuş, onun əsrlərdən-əsrlərə, nəsillər­
dən-nəsillərə  keçdikcə  daha da səlisləşməsinə və təkmil­
ləşməsinə böyük imkanlar yaratmışdır.  Məhz bu imkanlar 
da  son  minillikdə  Azərbaycan-türk  ədəbi  dilinin  özünə­
məxsus  şəkildə  inkişafına  və  Altay  dilləri  ailəsinə  daxil 
olan  dillər  arasında  xüsusi  mövqeyinin  artmasına  daha 
münasib  şərait yaratmışdır.
AZƏRBAYCAN-TÜRK  DİLİNİN  SÜRƏTLİ 
TƏŞƏKKÜLÜNDƏ  DİLDAXİLİ  VƏ  DİLXARİCİ 
FAKTORLARIN  ROLU
Altay  dilləri  ailəsində  özünəməxsus  yeri  olan  Azər­
baycan-türk dilinin sürətli  təşəkkülü prosesində dilin inki­
şaf  qanunlarının,  o  cümlədən  dildaxili  və  dilxarici  fak­
torların da başlıca rolu olmuşdur.
Dünyanın  bütün  dillərində  olduğu  kimi,  Azərbaycan- 
türk  dilinin  inkişafında  da  dildaxili  faktorlar  başlıca  və
56
aparıcı  rola  malik  olmuşdur.  Başqa  sözlə  desək,  Azər­
baycan-türk dili  də  ilk növbədə yalnız öz daxili imkanları 
hesabına  həm  əsas  lüğət  fondunu,  həm  də  qrammatik 
quruluşunu  sadədən  mürəkkəbə,  bəsitdən  mücərrədə 
doğru  tədrici  inkişaf  qanununa  müvafiq  şəkildə  inkişaf 
etdirmiş  və  zənginləşdirmişdir.  Əlbəttə,  dilin  inkişafında 
baş  verən  dəyişiklikləri  cəmiyyətin  siyasi,  iqtisadi,  elmi 
və  mədəni  həyatında  baş  verən  dəyişikliklərdən  kənarda 
düşünmək olmaz.Çünki həyatda baş verən bütün hadisələr 
ilk  növbədə  öz əksini  dildə tapır.
Tarixən  Azərbaycanın  ictimai-siyasi  həyatında  da, 
iqtisadi  və  mədəni  həyatında  da  zəngin  dəyişikliklər baş 
vennişdir.  Bu da,  hər şeydən əvvəl,  dilin  sürətli  inkişafını 
təmin  edən  amillərdəndir.  Başqa  sözlə  desək,  Azərbay­
can-türk  dilinin  özünəməxsusluğunu  büruzə  verməsi  və 
digər  türk  dillərinə  nisbətən  mövqeyinin  artması  bir  sıra 
liqvistik  amillərlə  bağlı  olmuşdur.  Bu  amillər  sırasında 
cəmiyyətin  ictimai-siyasi,  elmi  və  mədəni  həyatında  baş 
verən  dəyişikliklərlə  əlaqədar  yeni  termin  və  sözlərin 
yaranması,  sözlərin  semanik  məna  kəsb  etməsi  (təkmə- 
nalılıq, çoxmənalılıq, omonimlik, sinonimlik,  antonimlik), 
dialekt  və  şivələrdən  yeni  sözlər  mənimsəməsi,  leksik 
şəkilçilərin  köməyi  ilə  yeni  sözlərin  meydana  gəlməsi, 
bəzi  yanaşı  işlənən  sözlərdən birinin  öz  vurğusunu yarım 
və  ya  tam  itirməsi  nəticəsində  mürəkkəb  sözlərin  yaran­
masını  qeyd  etmək olar.
Burada  dilin  inkişafında  dilxarici  faktorların  ə h ə ­
miyyətini  də  qeyd  etməmək  olmaz.  Çünki  hər  hansı  bir
57


dilin  inkişafında  az-çox  dərəcədə  dilxarici  faktorlar  da 
yardımçı  rola  malik  ola bilir.Bəs,  dilxarici  faktorlar  necə 
meydana gəlir? Bu faktorlar,əsas etibarı ilə, bir neçə yolla 
yarana bilir.  Birincisi,  tarixən  ayrı-ayrı  xalqların bir-birilə 
siyasi,  iqtisadi, mədəni və.s.  əlaqələri  olur.  Azərbaycanın 
geostrateji  və  coğrafi  mövqeyi  də  yaxın  və  uzaq  qonşu 
olan ölkələrlə tarixən müəyyən əlaqələr yaratmağa imkan 
vermişdir.  Bu  əlaqələr  də,  hər  şeydən  əvvəl,  öz  əksini 
dildə  tapır.  Yəni,  bu  əlaqələr  zamanı  bir  dildən  digərinə 
müəyyən  söz və ya termin keçir.
Azərbaycan-türk  dilinə  tarixən  yaxından  əlaqədə 
olduğu ərəb  və  fars  dillərindən, rus  dili  vasitəsilə  rus  və 
Avropa  mənşəli  dillərdən  bir  qrup  sözlər  keçmişdir. 
İkincisi,  tarixən  elmi-mədəni  əlaqələr  zamanı  ayrı-ayrı 
xalqın  ədəbi  irsinin  nümunələri  Azərbaycan-türk  dilinə 
tərcümə  edilərkən də  müəyyən söz və ya termin  dilimizə 
keçmişdir.  Əlbəttə,  bütün  bunlar tarixən Azərbaycan-türk 
dilinin  xüsusi  mövqeyinin  təşəkkül  tapmasına  geniş 
imkanlar yaratmışdır.
58
“V ətənin  bir  ovuc  torpağını  bir  ovuc  altundan, 
dilim izin   b ir k əlm əsin i  bir  ölçü  m ücəfbərdən  üstün 
bildim .  D ilim izin   və  V ətənim izin əbədiyyon  yaşam a­
sı  üçün  əlim dən  g ə lə n i  etdim .  M əni  lə n ə tlə  y a d   e t­
m əyin!  Yaxşı  nə  etdim sə,  davam  etdirin,  xatalarım ı 
təkrar etm əyin ...  A talar S izə  üç ƏM ANƏT qoyubdur: 
DİLİMİZ,  QEYRƏTİMİZ,  VƏTƏNİMİZ
/ ”.
Şah  İsmayıl  Xətai.
4.  A Z Ə R B A Y C A N -T Ü R K   D İL İN İN  
D Ö V L Ə T   ST A T U S U   H A Q Q IN D A
Azərbaycan-türk dilini digər Altay  dillərindən fərqlən­
dirən  əsas  xüsusiyyətlərdən  biri  də  tarixən  ulu  babaları­
mızın  dilimizin  inkişafına, zənginləşməsinə  və təkmilləş­
məsi  qayğısına  qalması  və  ondan  rəsmi  dövlət  dili  kimi 
istifadə  edilməsinə  geniş  şərait  yaratmasından  ibarətdir. 
Tarixdən  məlumdur ki,  Azərbaycan-türk  dili  özünün  var­
lığı  ərzində  bir neçə  dəfə  rəsmi  dövlət  dili  kimi  tanınmış 
və  dövlət dili  elan olunmuşdur.
Azərbaycan-türk  dili  ilk  dəfə  XV-XVI  əsrlərdə,  xü­
susilə  Səfəvilər  dövrünün  əvvəllərində  rəsmi  dövlət  dili 
elan  edilmiş  və  bu  dilin  inkişaf etdirilməsi  məqsədilə  bir 
sıra  tədbirlər görülmüşdür.  Ölkənin  siyasətinin,  iqtisadiy­
yatının  və  mədəniyyətinin  inkişafına  yönəldilmiş  belə
59


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə