A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

xinə  dair  mövcud  faktların  araşdırılması  və  elmilik  ba­
xımdan  sistemə  salınması;  qədim və  zəngin folklor mate­
riallarının,  arxeoloji  qazıntılar  nəticəsində  əldə  edilmiş 
tarixi  məlumatların  həm  elmi-məntiqi,  həm  də  tarixi- 
linqvistik baxımdan araşdırılmasım tələb edir. Başqa sözlə 
desək, Azərbaycan xalqının təşəkkülü tarixinə bir prizma­
dan  yox,  ən böyük və  ən  müxtəlif prizmalardan  baxmaq, 
onun  vasitəsilə  tarixin  bizə  irs  qoyduğu  mənbələrdəki 
gizlin sirrlərini  açmaq
lazımdır...  Bu  sahədə  tarixçilərimizin  və  filoloq  alim­
lərimizin qarşısında çox böyük vəzifələr durur...
Bütün  dünya  dillərinin  inkişaf tarixində  olduğu  kimi, 
Azərbaycan-türk  dili  də  müasir  mərhələyə  gəlib  çatana 
kimi  bir  neçə  mərhələ  keçmiş,  nəhayət,  ümumxalq  dili 
üzərində  seçmə  və  evəzetmə  əməliyyatı  aparmaqla  dilin 
tədricən  cilalanmış,  səlisləşmiş,  təkmilləşmiş  və  müəy­
yən  dərəcədə  orfoepik,  orfoqrafik  və  üslubi  normaya  sa­
lınmış  ədəbi  dil  ünsiyyəti  meydana  gəlmişdir.  Məlumdur 
ki,  hər bir ədəbi  dil  hamının  anladığı, başa düşdüyü vahid 
normalar  əsasında  tarixin  müəyyən  pilləsində  təşəkkül 
tapır və inkişaf edir.  Bu baxımdan  Azərbaycan-türk ədəbi 
dilinin  inkişafı da uzun bir tarixi  dövr keçmiş və bu günkü 
səviyyəyə  gəlib  çatmışdır.  Azərbaycan-türk  dilinin 
qaynaqlarının  verdiyi  məlumatlara  görə,  onun  təşəkkül 
tarixi  erkən  orta  əsrlərə  təsadüf edir.  Bunu  bir  çox  linq- 
vistik mənbələr, o cümlədən şifahi ədəbiyyat nümunələri, 
toponim  və  antroponimlər,  yazılı  ədəbiyyat  nümunələri 
və  tarixi  sənədlər də  təsdiq  edir.
40
Dünyanın  bütün  dillərində  olduğu  kimi,  Azərbaycan- 
türk  ədəbi  dilinin  də  tarixən  təşəkkül  tapmış  iki  qolu 
vardır:  şifahi  ədəbi  dil,  yazılı  ədəbi  dil.
AZƏRBAYCAN-TÜRK  ŞİFAHİ  ƏDƏBİ  DİLİ  VƏ 
ONUN TƏŞƏKKÜLÜ TARİXİ. Azərbaycan xalqının əsil 
tarixinin yazılmasında ən mö'təbər mənbələrdən biri, xal­
qımızın ümumtəfokkürünün məhsulu kimi təşəkkül tapan, 
xalqımızın tarixən  həm  yol  yoldaşı,  həm də bu  qədim  və 
uzun  yolun  əks  etdiricisi,  onu  bədii  təfəkkürün  ümumi 
məhsulu kimi  qoruyub, bu  günə çatdıran  folklor material­
larının da (şifahi xalq ədəbiyyatı, musiqi, rəqs) böyük elmi 
əhəmiyyəti  vardır.  Çünki  hər  bir  folklor  nümunələri 
xalqımızın tarixinin bu və ya digər gizlin səhifələrini  özü­
nün  ayrı-ayrı  misralarında,  beytlərində,  bəndlərində  və 
yaxud  elmi-fəlsəfı  xarakterli  atalar sözü  və zərbül-məsəl- 
1 ərində,  ümumi  məişət  xarakterli  ifadə  və  cümlələrində 
qoruyub  saxlayır,  onu  büllurlanmış,  cilalanmış  və təkmil­
ləşmiş  şəkildə  nəsldən-nəslə,  əsrlərdən-əsrlərə  ötürür. 
Beləliklə  də,  bütün  bunları  bu günə gətirib  çıxarmışdır.
Ümumiyyətlə,  dünya dillərinin hamısında olduğu kimi, 
Azərbaycan-türk  ədəbi  dilinin  şifahi  qolu  da  tarixən, 
yazılı ədəbi dilə nisbətən, bir neçə əsr əvvəl təşəkkül tap­
mışdır.  Azərbaycaıı-türk  şifahi  ədəbi  dilinin  təşəkkülü 
qədim  tarixə  malikdir.  Şifahi  mənbələrin  verdiyi  məlu­
matlara  görə,  artıq,  V1I-V1II  əsrlərdə  Azərbaycan-türk 
ədəbi  dilinin  şifahi  qolu,  demək  olar  ki,  tam  mənası  ilə 
təşəkkül  tapmış  və  ümumxalq  xarakteri  kəsb  etmişdir.
41


Bunu  əsrlərlə  xalqımızın  yaddaşına  hopmuş  şifahi  xalq 
ədəbiyyatının  ayrı-ayn  nümunələri  açıq-aydın  şəkildə 
göstərir.  Başqa  sözlə  desək,  qədim  şifahi xalq  ədəbiyyatı 
nümunələrində  xalqımızın  dili,  adət-ənənələri,  etik  və 
estetik  normaları,  məişəti,  məşğuliyyəti  və.s.  geniş 
şəkildə öz əksini tapmışdır. Məsələn,
Sadağı  tər,  oxu  tər,
Sadaq şaxlar,  oxu  tər.
K irp ik lərin   tərp ətm ə,
Q əm   tünlükdür,  ox  istə r.
Bu  xalq  qoşqusunun  qədim  dövrlərdə,  xüsusilə 
xalqımızın  silah  kimi  nizə  və  oxdan  (yay  oxundan)  isti­
fadə  etdiyi  zaman  yarandığına  heç  bir  şübhə  yeri  qalmır. 
Bu xalq qoşqusunun məzmunu keçmiş dövrlə bağlı olduğu 
halda,  onun  dili  də,  janrı  da  müasir  dilimizdən  heç  də 
fərqlənmir.  Bu  qoşquda  işlədilmiş  yalnız  bir  söz  müasir 
dilimiz  üçün  arxaik  sayılan  "sadaq"  sözüdür.  Məlumdur 
ki,  ulu  babalarımız  tarixən  "oxu  sadaqda",  "qıpmcı  isə 
qında"  saxlamışlar. Deməli, bu qoşqudakı  "sadaq" sözü ox 
qabı  mənasında işlədilmişdir.
Yaxud: 
Vermə xəzərə m əni,
Ç əkər bazara m əni.
Yada k ən iz verincən,
Salla m əzara m əni.
Ə zizinəm  h ər aylar,
K eçər günlər, h ər aylar.
42
Qul qardaşım Bağdaddan 
G əncə deyib haraylar.
A tdılar oda məni,
Qatdılar şama məni.
Qul edib bazarlada 
Satdılar oda məni.
Tarixi  sənədlərdən  məlumdur  ki,  Şimali  Qafqazda  və 
Volqa  çayının  aşağı  axarında  sakin  olmuş  xəzərlər  395- 
396-cı illərdə sürətlə axışıb Azərbaycana gəlirlər. Xalq bu 
tarixi  hadisəyə  biganə  qalmamış,  onu  yaddaşlarda  yaşat­
maq  məqsədilə  həmin  hadisənin  konkret  məzmununu 
kiçik bir bədii parçada gələcək nəslə  təqdim  etmişdir.  Bu 
bədii  parçanın-bayatının  da  məhz  xəzərilərin  Azərbay­
cana gəlişinin ilk dövrlərində yaranmasına söz ola bilməz. 
Bayatının  məzmunundan  aydın  olur  ki,  bu  bayatı  yaran­
dığı  dövrlərdə  hələ  quldarlıq  cəmiyyəti  davam  etməkdə 
imiş.  Bu  mülahizəni  bayatıdakı  "Çəkər  bazara  məni" 
misrası  açıq-aydm  şəkildə sübut edir. Tarixdən  məlumdur 
ki,  insanların  bazarda  alınıb-satılması  quldarlıq  cəmiyyəti 
üçün  səciyyəvi  olmuşdur.  Bu  fikir  də  yuxarıdakı  bədii 
parçada  öz əksini  tapmışdır.
Ə zizim  sa l düzəlt,
Taxta g ə ti,  sa l düzəlt.
B izi k eçir o üzə,
Ömrümüzə sa l düzəlt.
43


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə