A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

lərlo  qədim  nağılları,  bayatıları,  atalar  sözü  və  zərbül- 
məsəlləri  və.s.  qeyd etmək olar. Deməli, qədim dünyanın 
ulu  kitablarından  olan  "Kitabi-Dədə  Qorqud"  dastanının 
və  Nizami  "Xəmsə"sinin,  Füzuli  divanlarının  və  poema­
larının yaranması və yayılması da Azərbaycan-türk dilinin 
xüsusi  mövqeyinin  təşəkkül  tapmasına  təkan  vermiş  və 
geniş  imkanlar yaratmışdır.
4. 
Azərbaycan-türk  dilini  digər  türk  dillərindən  fərq­
ləndirən,  onun  xüsusi  mövqeyinin  formalaşmasına 
köməklik göstərən amillərdən biri də bu dildə ilk mətbuat 
orqanının  yaradılması  olmuşdur.  Çar Rusiyası  Qafqazı  və 
bütövlükdə Zaqafqaziyanı işğal edib, burada öz mövqeyini 
tamamilə  möhkəmləndirdikdən  sonra  yerli  xalqların 
nümayəndələrindən  öz  idarəçilik  sistemində  istifadə 
etmək  və  ölkənin  qanun  və  sərəncamlarını  xalqa  çatdır­
maq  məqsədilə  Tiflis  şəhərində  1828-ci  ildə  rus  dilində 
"Tiflisskie  vedomosti"  adlı  qəzetin  nəşrinə  sərəncam  ve­
rir.  Məmin qəzetin  1829-cu ildən gürcü,  1830-cu ildən fars 
və  1832-ci  ilin  yanvarından  Azərbaycan-türk  dillərində 
tərcüm ələri  çap  olunmağa  başlayır.  Azərbaycan-türk 
dilində nəşr  olunan  bu  qəzet  "Tiflis  əxbarı"  adlanırdı.  Bu 
qəzet yalnız  Güney  Qafqazda  deyil,  eyni  zamanda  İranda 
və  Türkiyədə  də  yayılırdı.  Lakin  qəzetin  ömrü  uzun 
olmadı,  təxminən  bir  il  sonra  1833-cü  ilin  əvvəllərində 
qəzetin  redaktoru  P.S.  Scnkovskinin  ölümü  ilə  qəzet  də 
bağlandı.  Bundan  başqa,  1838-1846-cı  illərdə  "Qafqazın 
bu  tərəfinin  xəbəri"  adlı  tərcümə  qəzeti  çap  olunmuşdur.
32
Bu  qəzetin  səhifələrində  rəsmi  dövlət  fərmanları,  qərar 
və  qanunları  çap  olunurdu.  XIX  əsrin  ortalarında  Azər­
baycanın  görkəmli  ədibləri  M.F.Axundov  və  M.Ş.Vazeh 
Azərbaycan-türk  dilində  qəzet  və  jurnal  nəşr  etdirmək 
təşəbbüsü ilə çıxış etsələr də, Çar Rusiyası bu təşəbbüsün 
reallaşmasına  imkan  verməmişdir.  1868-ci  ildə  Fl.B.Zər- 
dabi  milli qəzet nəşr etmək barədə yeni təşəbbüs göstərir, 
nəhayət,  həmin  təşəbbüs  düz  yeddi  il  sonra  öz bəhrəsini 
verdi.  1875-ci  il  iyunun  22-də  ilk  milli  mətbuat  orqanı 
olan  "Əkinçi"  qəzetinin  ilk  sayı  işıq üzü  gördü.  Beləliklə 
də,  Azərbaycan  milli  dövri  mətbuatının  özülü  qoyuldu. 
Lakin  bu  qəzetin  ömrü  uzun  olmadı,  cəmisi  56  sayı  işıq 
üzü  gördükdən sonra  1877-ci ildə bağlandı.  Aradan az bir 
müddət  keçdikdən  sonra  Tiflisdə  H.S.  Ünsizadənin 
redaktorluğu  ilə  1879-1880-ci  illərdə  "Ziya",  sonralar  isə 
1880-1884-cü  illərdə  "Ziyadi-Qafqaziyyə"  qəzetləri, 
C.Ünsizadə  Tiflisdə  1883-cü  ildə  "Kəşkül"  adlı  jurnal 
nəşr  etməyə  başlamış  (11  sayı  nəşr  olunub),  sonralar  isə 
həmin jurnalın  bazasında  "Kəşkül"  adlı  qəzet  nəşr  etdir­
mişdir.  Həmin  qəzet  isə  1891-ci  ildə  öz  fəaliyyətini  da­
yandırmışdır.  XX  əsrin  əvvəllərində  isə  Azərbaycanda 
onlarla  qəzet  və jurnallar,  o  cümlədən  M.Şahtaxtlınm  re­
daktorluğu ilə  "Şərqi-rus"  qəzeti və C.Məmmədquluzadə­
nin  redaktorluğu  ilə  "Molla  Nəsrəddin"  və  Ə.FIüseynza- 
dənin  redaktorluğu  ilə  "Füyuzat" jurnalları  çap  olunmuş­
dur.  Bütün  bunlar  Azəıbaycan-türk  ədəbi  dilinin  sürətli 
inkişafına  böyük  təkan  vermiş  və  onun  digər  türk  dilləri
33


arasında mövqeyinin  artmasına səbəb  olmuşdur.
5. 
Orta əsrlərdən bəri Azərbaycan-türk dilinin mövqeyi­
ni  artıran  amillərdən  biri  də  digər  türk  dillərinə  nisbətən, 
məhz  Azərbaycan-türk  dilində  mənəvi  mədəniyyətimizin 
sürətli inkişafı, ilk mətbuat orqanlarının yaradılması; ədəbi- 
bədii  sahədə  ilk  dəfə  nəsr və  dram janrlarının  (faciə,  ko­
mediya),  opera  və  balet  əsərlərinin,  kinossenarilərin  yara­
dılması;  milli  dram,  opera  və  balet  teatrlarının,  kinostu­
diyanın təşkil olunması  və.s. də böyük rol  oynamışdır.
KOMEDİYA: Azərbaycan ədəbiyyatında ilk komediya 
M.F.Axundovun  1850-ci  ildə  yazdığı  "Hekayəti-Molla 
İbrahimxəlil  kimyagər"  əsəridir.
DRAM:  Azərbaycan  ədəbiyyatında  dram  janrmm  ilk 
nümunələri  XIX  əsrin  ikinci  yarısında  yaranmışdır.  O 
cümlədən,  C.Məmmədquluzadənin  "Çay  dəstgahı" 
(1889), N.Vəzirovun  "Sonrakı  peşmançılıq fayda verməz" 
(1891),  Ə.Haqverdiyeviıı  "Yeyəsən  qaz  ətini,  görəsən 
ləzzətini"  (1892),  N.Nərimanovun  "Nadanlıq"  (1894) 
əsərlərini göstərmək  olar.
FACİƏ:  Azərbaycan  ədəbiyyatında  faciənin  ilk  nü­
munəsi  XIX  əsrin  sonlarına yaxın  yaranmışdır.  O  cümlə­
dən,  N.Vəzirovun  "Müsibəti-Fəxrəddin"  (1896),  Ə.Haq­
verdiyevin  "Dağılan  tifaq"  (1896),  "Bəxtsiz cavan"  (1900) 
və  "Ağa  Məhəmməd  şah  Qacar"  (1907), N.Nərimanovun 
"Nadir şah"  (1898), əsərləri də Azərbaycan ədəbiyyatında 
faciənin  ilk nümunələridir.
34
OPERA:  Azərbaycan  operasının  tarixi  böyük  ədib  və 
bəstəkarımız  Ü.Hacıbəyovun  "Leyli  və  Məcnun"  (1907) 
əsəri  ilə  başlamışdır.  Bu  əsərin  liberettosu  M.Füzulinin 
"Leyli  və  Məcnun"  (1907)  poeması  əsasında yazılmışdır. 
Ü.Hacıbəyov  1909-cu  ildə  "Ər  və  arvad"  operettasmm 
musiqisini  və  liberettosunu yazmışdır.
BALET:  Azərbaycan  balet  əsərlərinin  tarixi  Ə.Bədəl- 
bəylinin  1940-cı  ildə tamaşaya qoyduğu "Qız qalası"  əsə­
ri  ilə  başlayır.  Əsərin  librettosu  eyni  adlı  xalq  əfsanəsi 
əsasında bəstəkar özü  tərəfindən yazılmışdır.
SSENARİ:  Azərbaycan  kinosunun  tarixi  1916-cı  ildən 
başlanır.  Həmin  ildə  "Piroııs  qardaşları"  səhmdarlar  cə­
miyyəti  İbrahim  boy  Musabəyovun  eyni  adlı  romanı 
əsasında  "Neft  və  milyonlar  səltənətində"  adlı  bədii  fil­
mini  çəkir.  Filmdə  H.Əroblinski çəkilmişdir.
35


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə