A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

"İncitək  sözlər  seç,  az  danış, 
az 
din, 
qoy  az  sozlərinlə  diinya  bəzənsin.
Az  sözün  incitək  mənası  solmaz,
çox  sözün  nərgiz  tək  qiyməti olmaz"
Nizami.
3.  A Z Ə R B A Y C A N -T Ü R K   D İL İN İN  
T Ə ŞƏ K K Ü L Ü   T A R İX İ
Azərbaycan-tiirk  odəbi  dilinin  təşəkkülü  tarixinə  keçməz­
dən əvvəl, keçmiş Sovet və Azərbaycan tarixşünaslığmda özü­
nü  göstərən  qeyri-elmi,  qeyri-məntiqi  və  subyektiv  baxışlara, 
ötəri də olsa,  nəzər salmaq yerinə düşərdi...
AZƏRBAYCAN  TARİXİNDƏ 
SUBYEKTİV  BAXIŞLAR
Azərbaycan  tarixində  mövcud  olan  subyektiv  baxışlar 
bir neçə səbəbdən yaranmışdır:
Müasir  Azərbaycanşünaslıqda  bilavasitə  Azərbaycan 
xalqının  tarixi  ilə  əlaqədar  olan  əsərləri  nəzərdən  keçir­
dikdə  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  həmin  tarixçi­
lərimiz  arasında  "tarix"  anlayışına,  onun  ümumi  məğzinə 
və  məzmununa yanaşma,  tədqiq  etmə  və  araşdırma prin­
siplərində ikitirəlik,  ikili  münasibət hökm  sürməkdədir:
I. 
Birinci  qrup tarixçilər "tarix"  anlayışına dar mə'nada 
yanaşır,  tarixdə  xronolgiya  axtarır,  məntiqi  nəticələri  isə 
arxa  plana  salırlar  və  hətta,  məntiqi  qanunauyğunluqları 
unudurlar  və  beləliklə  də,  tarixi  tədqiqatları  və  araş­
36
dırmaları  bu  və  ya  digər  mənbələrdəki  qeydləri,  bə'zən 
yerli-bə'zon  yersiz,  sistemə  salmaq  və  xalqın  təşəkkülü 
tarixini  təhrif  etmək  və  saxtalaşdırmaqla  məşğul  olurlar. 
Bütün bunlar,  sovet  "tarixşünaslığınm"  "parçala hökmran­
lıq et" ideologiyasının bilavasitə həyata keçirilməsi, xalqı­
mızı  tarixi  soy  kökündən,  mədəniyyətindən,  şərəfli  ən'ə- 
nələrindən ayırmaq, türk dünyasından ayrı salmağa,  uzaq­
laşdırmağa xidmət edirdi. Digər tərəfdən də, Azərbaycan- 
türk  xalqının  tarixini  ayrı-ayrı  etnik  qrupların  nümayən­
dələrinin  təhrif  etməsi,  saxtalaşdırması,  qədim  Oğuz 
türklərinin  tarixi  Azərbaycan  ərazisinə  XI  əsrdən  sonra 
gəlmələrinə  dair  qeyri-tarixi,  qeyri-məntiqi,  qeyri  huma­
nist konsepsiya irəli sürmələri ilə bağlı olmuşdur. Bu qrup 
"tarixçilər"  xalqımızın  tarixinə  dair  nə  mövcud  xüsusi 
ədəbiyyata,  nə  türk  xalqları  ilə  ortaq  ümumi  ədəbiyyata, 
nə  qonşu  xalqların  tarixi  sənədlərindəki  mö’təbər  mən­
bələrə  əhəmiyyət  verirlər.  Məsələn,  bədxah  qonşuları­
mızdan  erməni  alimləri  c'tiraf edirlər ki,  hələ  V-V1I  əsr­
lərdən  erməni  dilində  türk  sözləri  işlənməyə  başlamışdır 
və  müasir erməni  dilində  5  mindən  çox  türk  sözləri  indi 
də  işlənm əkdədir.  Həmçinin  analoji  fikirlərə  tarixi 
qonşularımız  gürcü  xalqının  tarixi  mənbələrində  də  rast 
gəlirik.  Onların  V-VIII  əsrlərə  aid  edilən  tarixi  mənbələ­
rində  60-daıı çox  türk sözləri  işlənmişdir.  Bu proses, yə'ni 
Azərbaycan-türk  dilindən  sözalma  ən’ənələri  sonrakı 
əsrlərdə  də  davam  etdirilmiş,  müasir  gürcü  dilində  isə 
minə yaxm türk sözləri  işlənməkdədir.  Həmçinin VIII  əs­
rə  aid  edilən  gürcü  mənbəyində  qeyd  olunur  ki,  Make-
37


doniyah  İskəndərin hücumu dövründə Kür çayı  vadisində 
buntürklər  (qədim  türklər)  yaşayırdılar.  H ələ  digər 
mənbələri  demirəm...
Yuxarıda  qeyd  olunanlan  nəzərə  aldıqda  istər-istəməz 
belə  suallar  meydana  çıxır:  "Əgər  Oğuz  türkləri  tarixi 
Azərbaycan  ərazisinə  XI  əsrdən  sonra  gəlibsə,  bəs,  onda 
V-VII  əsrlərin erməni və  gürcü mənbələrinə qədim dövr­
lərdən  türk  sözləri  necə  keçmişdir?..  Yaxud,  bəs,  dünya 
mədəniyyəti  xəzinəsinin  incisi  sayılan  məşhur  "Kitabi- 
Dədə  Qorqud"  dastanı tarixi  Azərbaycan  ərazisində  necə 
yaranmışdır?  Yaxud,  tarixi  Azərbaycan  ərazisi  ilə  bila­
vasitə  yaxından  bağlı  olan  şifahi  xalq  ədəbiyyatı  nümu­
nələri XI  əsrdən  əvvəlki Azərbaycan  ərazisində necə ya­
ranmış  və  əsrlərdən-əsrlərə,  nəsillərdən-nəsillərə  keçə- 
keçə  bu günə necə  gəlib çatmışdır?..
Dərd  də  elə  buradadır ki, Azərbaycan  tarixşünaslığı  ilə 
məşğul  olan  birinci  qrup  "bəsit tarixçilər"  bu sualların heç 
birinə  cavab  vermirlər,  yaxud  da  tariximizi  saxtalaşdır­
maq,  təh rif  etmək  məqsədilə  qəsdən  bu  sualların 
üstündən  "sükutla"  keçirlər...
Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  birinci 
qrup  tarixçilərin  tədqiqatlarında  xalqımızın  bir  neçə  min 
illik  tarixi  lcimi,  onun  dövlətçilik  tarixi  də,  dilinin  tarixi 
də,  hətta,  adət-ən'ənəlorinin  tarixi  də  başdan-başa  saxta­
laşdırılmış  və  təhrif olunmuşdur.
"Azərbaycan  türklərinə  gəlincə,  bu  xalq  da  ulu  türk 
dünyasının  mənşəcə  eyni  olan  bir  qolu  olub,  Qafqaz  və
38
Kiçik  Asiyanın  şərqində  böyük  bir  ərazidə  dövlət 
qurmuşlar.  Onlar "azər  (asor)  adı ilə tarix elminə  altı min 
il  qədimdən  mə'lum  olan  bu  xalq  barədəki  faktı  öz  təd­
qiqatlarına  və  yazılı  Norveç  saqasına  əsasən böyük  müa­
sirimiz  Tur Heyerdal  da təsdiq  edir".  Digər bir  tədqiqatçı 
isə yazır:  "Azərbaycan  dövlətçiliyinin 4200 il yaşı  var"...
11.  İkinci  qrup  tarixçilər  isə,  "tarix"  anlayışını  geniş 
mə'nada dərk edir, xalqın tarixi ilə bilavasitə bağlı olan ən 
mö'təbər  mənbələrə  istinad  edir,  həm  elmilik  həm  də 
məntiqildik  cəhətdən  düzgün  nəticələrə  gəlirlər.  Bu  isə, 
hər şeydən əvvəl, tarixçilərimizin  "tarix" anlayışına tama­
milə geniş mə'nada yanaşması ilə bağlıdır.  Geniş mə'nada 
tarix  elmi-xalqın  siyasi,  iqtisadi,  mədəni  həyatını;  xalqın 
tarixən  yaratmış  və  yaşatmış  olduğu  elmi-fəlsəfi,  elmi- 
hüquqi,  etik  və  estetik  görüşlərini;  adət-ən'ənələrini;  xal­
qın  açıq  səma  altında  yaratmış  olduğu  etnoqrafik  muzey­
lərini  (qəbiristanlıqlarını,  künbəzlərini  və  kurğanaları)  və 
onların  özündə  qoruyub  saxladığı  gizlin  səhifələri;  xalqın 
tarixi  möhürü  hesab  etdiyimiz  antroponimik  (şəxs 
adlarım),  toponimik  (yer  adlarını),  hidronimik  (su  aləmi­
nin  adlarını)  və  digər  adlarını;  həmçinin  istər  xalqımızın 
bizə  irs  qoyduğu  mənbələrdə,  istərsə  də  tarixən  qonşu 
xalqların  yazılı  mənbələrində  özünə  yer  tapmış  xüsusi 
adları  və ya sözlərin nəzərə alınması;  Azərbaycan tarixinə 
dair  xüsusi  və  ümumi  mənbələrin  saf-çürük  edilməsi; 
həmçinin  qonşu  xalqların  tarixi  mənbələrinə  dərindən 
nəzər  salınması  və  həmin  mənbələrdən  xalqımızın  tari­
39


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə