A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

döləri  ərəb  və  fars  dillərinə  nüfuz  etməyə başlamış,  ərəb 
və  fars  dillərində  yazıb  yaradan  şair  və  alimlərin  əsər­
lərində  öz  əksini  tapmağa  başlamışdır.  Məsələn,  Qətran 
Təbrizi,  Xaqani və Nizaminin farsca yazılmış  əsərlərində 
Azorbaycan-türk  dilinin  yüzlərlə  söz  və  ifadələri,  xüsusi 
adları, hətta, kalka olunmuş  atalar sözləri və.s.  işlədilmiş­
dir.  Bunları  isə,  yazılı  ədəbi  dilimizin  təşəkkülü tarixinin 
keçid  mərhələsi  üçün  ilkin  bünövrə  hesab  etmək  olar. 
Sonralar isə,  yazılı  ədəbi  dilimizin bütün üslubları  həmin 
bünövrələr  üzərində  inkişaf  etməyə  başlamışdır.  Bu  da, 
elə  həmin dövrlərdən ana dilimizdə  yazıya alınmış  mətn­
lərin  həm  sayının,  həm  də  keyfiyyətinin  yüksəldilməsi 
üçün  geniş  imkanlar  yaradırdı.  Məsələn,  "Təvarixi-Al- 
Səlcuq"  adlı  kitabədəki  bir mənzum parçaya nəzər  salaq. 
Zairəddinin  Pərvanəyə  göndərdiyi  qeyd  olunan  bu  parça, 
hələlik, Azərbaycan-türk dilində bizə gəlib çatan ilk yazılı 
abidələrdən  biridir:
"Şəməm k i,  ba dəm yandüvü dükəndi tənim,
H eç olm adı bir vəchlə xəndan dəbənim.
Pərvanə k i,  uralar boynumu,  düşə bədənim".
Yaxud,  Səlcuq  soltanı  İzzəddin  Geykavusun  öz  qəbir 
daşına  həkk  olunmaq  üçün  sağlığında  yazıb  qoyduğu 
beytə  nəzər salaq:
"Biz cəbani tərk edüb getdik,
R əncini dildə bərk edüb getdik.
Şim didən geru n övbət erdi sizə,
N etəkim  o l erm iş id i bizə".
52
Yuxarıdakı  bədii  parçalara  dərindən  nəzər  saldıqda 
aydın  olur  ki,  artıq,  nəinki  ayrı-ayrı  sözlərimiz,  hətta, 
onlardan düzəldilmiş  ifadələr,  cümlələr, mətnlər və bədii 
parçalar da yazıya alınmışdır.  Bütün bunlar açıq-aydın şə­
kildə  göstərir  ki,  artıq  IX-XI  əsrlərdə  (hələlik  əlimizdə 
yazılı  mənbə  yoxdur,  bəlkə,  əvvəllər  də)  ümumxalq  dili 
əsasında  Azərbaycan-türk  yazılı  ədəbi  dilinin  sabitləş­
m əsi  üçün  zəngin  bir  bünövrə,  zəmin  yaranmışdır. 
Deməli,  Azərbaycan-türk  yazılı  ədəbi  dilinin  tam  təşək­
külü,  artıq,  1X-X1  əsrlərdə  başa  çatmış  və  sonrakı  dövr­
lərdə  cilalana-cilalana,  səlisləşə-səlisləşə,  zənginləşə- 
zənginləşə,  dəqiqləşə-dəqiqləşə  və  təkmilləşə-təkmil­
ləşə  bu günkü müasir səviyyəyə gəlib çatmışdır.
Yuxanda  qeyd  edildiyi  kimi,  Azərbaycan-türk  dili,  ar­
tıq,  öz  varlığını  təsdiq  etmişdir.  Bu  fikri  Nizami  Gəncə­
vinin  1188-ci  ildə yazmış  olduğu  məşhur  "Leyli  və  M əc­
nun" poemasının ayrı-ayrı  epizodları  da təsdiq  edir.  Artıq, 
Xll  əsrin  70-ci  illərində  şöhrəti  aləmə  yayılmış  Nizami 
haqqında  məlumatlar  Şirvan  şahı  Əxsitana  gəlib  çatır.  O, 
Nizamiyə  müraciətlə  "Leyli  və  Məcnun"  dastanını  yaz­
mağı  xahiş  edir.  Lakin  Nizami  şalım  bu  sifarişini,  heç  də, 
ruh  yüksəkliyi  ilə  qəbul  etməsə  də,  oğlu  Məhəmmədin 
xahişi  ilə  bu  əsəri  yazmağa  razılıq  verir  və  1188-ci  ildə 
həmin poemanı  tamamlayıb  şaha təqdim  edir.
Bir  gün  Şirvanşahın  qasidi  Gəncəyə  Nizaminin  yanma 
gəlir  və  hökmdarın  məktubunu  ona  təqdim  edir.  "Hökm­
dar dünyam  söz sehri  ilə  fəth edən  şairi  "qulluq  halqasına
53


məhrəm"  adlandırır  və  bundan  sonra  "Leyli  və  Məcnun" 
haqqında eşqnaməni fars və ya ərəb dilində yazmağı  xahiş 
edir.  Həmin məktubda şah yazırdı:
"Bu m övzu   şa h ıd ır bütün  sö zlə rin ,
L a yiq d ir bu sö zə   sən in  hünərin.
B u  tə z ə  g ə lin ə  çək ən d ə zəh m ət,
Fars,  ə rə b   d ililə   vur ona  z iy n ə t 
K am al cövh ərin in  x əzin əsin d ən  
G ör kim in   sapm a  in c i düzürsən.
Türk d ili yaraşm az şah n ə slim izə ,
Ə sk ik lik  g ə tirə r tü rk d ili b izə .
Y ü k sək  o lm a lıd ır b izim   d ilim iz,
Y ü ksək yaran m ışdır b izim  n əslim iz!"
Şah  bu  ifadələri  də  əbəs  yerə  deməmişdir.Çünki,  o 
görürdü ki,  Azərbaycan-türk  dili  yalnız məişətdə yox, ey­
ni zamanda şah sarayına, əslizadələr sarayına daxil olmuş, 
fars  və  ərəb  dilləri  ilə eyni  səviyyədə ümumişlək  hüququ 
qazanmışdır  və  Azərbaycan-tiirk  dilinin  işlənmə  dairəsi 
günü-gündən  genişləndiyi  halda,  ərəb  və  fars  dillərinin 
keçmiş  nüfuzu  get-gedə  məhdudlaşırdı.  Məhz  bunu  hiss 
etdiyi  üçün  şah  əvvəlcədən  şairə  xəbərdarlıq  edir  ki,  bu 
dastanı  türk dilində  yox, bilavasitə  fars dilində  yazsın...
Şahm  məktubundan  oxuduğu  bu  ifadələr,  şahın  şairin 
doğma  ana  dilinə  təhqiranə  yanaşması,  Azərbaycan-türk 
dilinin  milli  varlığına  və  həmin  xalqın  ana  dilinə  yu­
xarıdan baxması, bir növ, onu inkar etməsi şairi həddindən 
artıq  əsəbiləşdirir  və  qəzəbləndirir.  Elə  bu  yerdə  şair  öz 
kin və nifrətini  beləcə ifadə  edir:
54
"Qulluq halqasına  düşdü qulağım ,
Qan  vurdu  beyn im ə,  ə s d i dodağım  ".
-deyən Nizami açıq-aydın şəkildə bildirir ki, şahın onun 
ana dilinə təhqiranə münasibəti onun qəlbini yaralamış və 
əsəbiləşməsinə  səbəb  olmuşdur.  Şairin  doğma  Azərbay­
can-türk dilinə olan münasibətini onun  "Xəmsə"sində 400 
dəfəyə qədər işlənmiş  "türk" stnonimi və doğma dilindən 
fars  dilinə  çevirib,  əsərlərinin  münasib  epizodlarında 
işlətdiyi  atalar sözləri  və  zərbül- məsəllər də təsdiq edir.
Artıq,  XHI-XİV  əsrlərdə  Azərbaycan-türk yazılı  ədəbi 
dili öz axarına düşür.  Poeziya səhnəsinə türk və fars dillə­
rində  yazıb yaradan Həsənoğlu,  Şərq poeziyasının məş'əli 
Nəsimi;  XVI  əsrdə  isə  dünya  poeziyasının  korifeyi, 
"Türkcə  şe'r  mənim  əslimin  səliqəsinə  uyğundur"-deyən 
M.Füzuli  aləmə  səs  salır.  Bu dövrün  görkəmli  dövlət  xa­
dimi  və  məşhur şairi  Xətai  Azərbaycan-türk  dilini  rəsmi 
dövlət dili e’lan edir, şairlər məclisinin yaranmasına şərait 
yaradır, özü də  doğma ana dilində-Azərbaycan  türkcəsin­
də  yazıb-yaradır  və  digərlərinə  nümunə göstərir.  Elə  hə­
min  dövrdən  də  Azərbaycan-dürk  dili  milli  dilə doğru  ilk 
inkişaf  istiqaməti  götürüb,  bu  günkü  səviyyəyə  gəlib 
çatmışdır.
Azərbaycan-tiirk  yazılı  ədəbi  dilinin  inkişaf  tarixini 
aşağıdakı  mərhələlərə bölmək olar:
I.IX-X Həsri ərə  qədər  -  "Kitabi-Dədə  Qorqud"  dövrü 
yazılı  ədəbi  dil.
2.XIII-XIV əsrlər -  Həsənoğlu  və  Nəsimi  dövrü  yazılı 
ədəbi  dil.
55


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə