A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

Ə zizim  yelkən  g əti,
Yelkənə örkən gəti.
L övbəri salla dənizə,
Bağ üçü örkən g əti.
Bu  el  qoşquları  öz  məzmunu,  ifadə  tərzi  e'tibarilə  bu 
günkii  dilimizlə,  folklorumuzla yaxından səsləşsə  də,  on­
ların  tərkibində  işlənmiş  bir  neçə  söz,  o  cümlədən  "sal", 
"yelkən",  "örkən"  və  "lövbər"  sözləri  bilavasitə  gəmiçi­
liklə bağlı olub, ulu babalarımızın çox qədim zamanlardan 
gəmiçiliklə  məşğul  olmalarına  dəlalət  edir.  Bu  el  qoş- 
qularmdakı  "lövbər",  "yelkən"  sözləri  müasir  dilimizdə 
fəal  şəkildə  işləndiyi  halda,  "sal"  ve  "örkən"  sözləri  ar­
xaikləşmişdir.  Qedim dilimizdə  "sal" gəmi,  "örkən"  sözü 
isə  kəndir  mə'nasında  işlədilmişdir.  Deməli,  bu  el  qoş­
qularının erkən orta əsrlərdə, yə'ni ulu babalarımızın "sal" 
və  yelkənli  gəmilərdən  istifadə  etdiyi  dövrlərdə  yaran­
masına heç  bır şübhə  yeri qalmır.
Yaxud  da:  Ərəb g ə ld i hay verin.
N ə istəsə p a y  verin.
A za duran döyüllər,
G ətirin tay-tay verin.
Ə zizim  y ü z dərdim,
M əlhəm sizdi y ü z dərdim.
Ərəb g ə ld i ac oldu,
Birkən artdı y ü z oldu.
44
Ərəb nədi,
Corab nədi?
Ərəbin üzü 
D əvənin dizi.
Şifahi  xalq  ədəbiyyatından  götürdüyümüz  bu  nümu­
nələrdən  göründüyü  kimi,  bu  kiçik bədii  parçaların  ərəb 
istilası  dövründə,  yəni  V1I-V1II  əsrlərdə  yaradılmasına 
heç bir şübhə  yeri qalmır.  Çünki  ərəb  istilasına məruz qa­
lan  xalq  bu  məzmunlu  bayatı  və  məsəlləri  məhz  həmin 
dövrlərdə yarada bilərdi. Əlbəttə, bu tipli və ya məzmunlu 
bədii  parçaların  nə  ərəb  istilasından  əvvəl,  nə  də  ondan 
sonra  yaradılmasına heç  bir zərurət ola bilməzdi. Xalq  isə 
öz  həyatında baş  verən  hadisələri  elə  həmin  vaxtlar yad­
daşlarına köçürmüş  və gələcək  nəsillərə  ötürmüşlər.
Yuxanda qeyd olunan elmi-məntiqi  vo fəlsəfi gücə ma­
lik  zərbül-məsəl  xarakterli  ifadələrdən  və  bayatının 
ümumi məzmunundan və  məntiqi nəticəsindən  aydm olur 
ki,  bu  ifadələr məhz VII  əsrin ortalarında ərəb  işğalı  döv­
ründə  yazılmışdır,  həm  də  bu  ifadələr xalqın  bədii  təfək­
kür  və  elmi  süzgəcindən  elə  ustalıqla  keçirilmiş,  ona  elə 
mə'na  çaları  verilmişdir  ki,  sanki  xalq  bu  ifadələrin  də, 
bayatının  da  məzmununu  "xalq  tərəzi"sində  çox  dəqiq­
liklə çəkmiş, xalqın o dövrlə bağlı  vəziyyətini, yə'ni  ölkə- 
nini  ərəblər  tərəfindən  işğal  olunmasını  və  islam  dinini 
qəbul  etməyənlərin  qılıncdan  keçirildiyini  bədii-elmi
45


parçalarda  qeydə  almış  və  özündə  xalqımızın  tarixinin 
müəyyən  səhifələrini  qoruyub  saxlayan  həmin  ifadələri 
və  bayatıları  nosldən-nəslə  ötürərək bu  günkü  nəslimizə 
çatdırmışdır. Məgər, belə lokonik və qısa ifadələrlə böyük 
bir  tarixi  məzmunu  ifadə  edən,  xalqm  tarixini,  tarixi 
ünvanım  necə  təhrif  etmək  olar.  Məgər,  folklorumuzda 
özünə geniş yer tapan yüzlərlə belə bayatıların, ifadələrin, 
elmi gücə malik atalar sözlərinin ifadə etdiyi məzmun xal­
qımızın qədimlərdən,  ən  geci  isə,  eramızın  ilk  əsrlərində 
xalq kimi təşəkkül etməsinə  dəlalət edirmi?  Bunlara  göz 
yumub,  xalqımızı  XI  əsrin  ortalarından  kəlmə  adlandırıb, 
onun  təşəkkülü  tarixini,  xalqımızın  qədim,  zəngin  v ə 
keşməkeşli  tarixini  necə  təhrif  etmək  olar?  Belə  qeyri- 
elmi  aspektdə  çıxış  edən  tarixçilərin  "fəaliyyəti"nə  necə 
qiymət vermək  olar?
Xalqımızın  mədəniyyət  tarixinin  əvəz  olunmaz  şah 
əsəri  sayılan  "Kitabi-Dədə  Qorqud"  dastanları  da  bədii 
mo'ziyyotləri  ilə  yanaşı  dərin elmi gücə malik  bir əsərdir. 
Bu  dastanlar  mə'Ium  olduğu  kimi,  eramızın  V-VII  əsrlə­
rində  tam  şəkildə  formal aşmışdır.  Bu mülahizəni  sonralar 
dastana  əlavə  edilməsi  ehtimalı  olunan  müqəddiməyə 
verilmiş  qısa bir epizod da təsdiq  edir.  "Kitabi-Dədə Qor­
qud"  dastanlarında  deyilir:
"Rəsul  aleyhissəlam  zamanına  yaqın  Boyat  boyından, 
Qorqut  ata  diyərlər,  bir  ər  qopdı.  Oğuzm,  ol  kişi  təmam 
bilicisiydi,-ııə diyərsə,  olurdı"...
46
"Ölən adam dirilməz, çıxan can gerü gəlməz"...
"Yad  oğlı  saqlamaqla  oğul  olmaz,-böyüyəndə  salur- 
gidər,  gördüm  diməz".
"Kül təpəcik olmaz, Güyəgü oğul olmaz".
"Qarı düşmən dost olmaz".
"Ər,  malına qıymayınca adı çıqmaz
Qız anadan  görməyincə  ögit olmaz.
Oğul  atadaıı görməyincə süfrə çəkməz".
"Qonağı  gəlməyən qara evlər yıqılsa,  yeg!".
"Adam  içməyən acı  sular sızınca sızmasa, yeg!".
"Yalan  söz bu dünyada olınca, olmasa, yeg!".
"Oğul kimdən  oldığın ana bilür".
Dastanların  mətnindən  götürdüyümüz  "Rəsul  aleyhis­
səlam  zamanma  yaqın",  ifadəsinin  məzmununa  və  mən­
tiqi  nəticəsinə  nəzər salaq.  Dilimizdə öz məzmunu və lo- 
konikliyi  ilə  fərqlənən  onlarla  ifadələr  vardır  ki,  həmin 
ifadələr  həm  üslubuna,  həm  də  ifadə  etdiyi  məzmununa 
görə  bir-birinin  təxminən  eyniyyətini  təşkil  edir,  yalnız 
vaxt-zaman  e'tibarı  ilə  bir-birindən  fərqlənir.  Məsələn, 
"axşama  yaxın,  səhərə  yaxın,  günortaya  yaxın"  və  "Ki- 
tabi-Dodə  Qorqud"  dastanından  götürdüyümüz  "Rəsul 
əleyhissəlam  zamanma  yaqm"  və  s.  Bu  ifadələrdən  bi­
rincisində  axşama,  ikincisində  səhərə  və  üçüncüsündə 
günortaya  təxminənə  2-3  saat  qaldığı  nəzərdə  tutulduğu 
halda,  dördüncüsündə,  yə'ni  "Rəsul  əleyhissəlam  zama­
nma  yaqm"  ifadəsində  zaman  baxımından  təxminən  bir
47


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə