A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

tədbirlərdən  biri  də  əsrlərlə  ulu  babalarımıza  ünsiyyət 
vasitəsi kimi xidmət edən ana dilimizin inkişaf etdirilməsi 
üçün lazımi şəraitin yaradılması idi. Məhz, belə bir şəraitin 
yaradılması  nəticəsində  Xətai  "Azərbaycan-(türk-M.Ç.) 
dilini  dövlət  dili  səviyyəsinə  qaldırdı".  (Ə.Dəmirçizadə, 
Azərbaycan ədəbi dilinin tarixi, I, Bakı,  1979, səh. 166).  Ən 
başlıcası  isə,  Altay  dilləri  arasında  ilk  dəfə-hələ  XV-XVI 
əsrlərdə  Ş.İ.Xətai  dövründə,  dövlət  dili  statusunu  alan  dil 
də  məhz  Azərbaycan-türk  dili  olmuşdur.  Əlbəttə,  bütün 
bunlar  xalqımızın  ümumi  mədəni  səviyyəsinin  yüksəlmə­
sinə müəyyən təsir etdiyi kimi, ümumxalq dilinin  vahidləş- 
rnəsi  və  inkişafı  üçün  də  əlverişli  imkan  və  şərait  yarat­
mışdır.  "Bu  baxımdan  Azərbaycan  -  (türk -  M.Ç.)  dilinin 
dövlət dili  kimi  həm yazılı,  həm  şifahi  yolla  Səfəvi  dövlə­
tinin  ərazisində  geniş  dairədə  işlənilməsi  də  ümumxalq 
Azərbaycan-(türk-M.Ç.)  dili...  ümumiləşmə  istiqamətində 
inkişaf etmişdir"  (Ə.Dəmirçizadə,  səh. 166).
Tarixi  sənədlərin  verdiyi  məlumatlardan  aydın  olur ki, 
XVI  əsrdə Azərbaycan  Səfəvilor dövlətinə görkəmli döv­
lət  və  hərb  xadimi,  məşhur  şair  Xətainin  başçılıq  etdiyi 
dövrlərdə  Azərbaycan-türk  dilinin  mövqeyi  və  nüfuz 
dairəsi  daha  da genişlənmişdir.  Başqa  sözlə  desək,  Azər­
baycan-türk  ədəbi  dili  dövlət  idarələrində  və  müəssisə­
lərində, sarayda, orduda vo hərbi  hissələrdə  işlədilən rəs­
mi  hərbi  təlim  dilləri  sırasında  özünəməxsus  xüsusi  yer 
tutmuşdur.  Xətainin  ana  dilinə  göstərdiyi  qayğının  nəti­
cəsi  olaraq,  Azərbaycan-türk  dili  orta  əsrlərdə  islamiy­
60
yətin  dini  və  elm  dili kimi  şöhrət tapmış  ərəb  dili  və h ə­
min  dövrlərdə  bədii  əsərlərin,  xüsusilə  poeziya  dili  kimi 
geniş  yayılmış  fars  dili  ilə  yanaşı  eyni  hüquqa malik  ol­
muşdur. Hətta,  öz işləkliyinə və yayılma areallarına görə, 
bəzi  sahələrdə  ərəb  və  fars  dillərinin  keçmiş  nüfuzuna 
kölgə  salmışdır.
Hətta,  Xətai  dövründə  ana  dilinin  rəsmiləşdirilməsinə 
o  dərəcədə  diqqət  yetirilir  ki,o  dövrün  mədrəsələrində 
ərəb  və  fars  dilləri  ilə  yanaşı Azərbaycan-türk dilində  də 
təlim-tədris  işləri  aparılır.  Bu  da,  artıq,  Azərbaycan-türk 
dilinin öz varlığım təsdiq etməyə və  gələcəyin ən mühüm 
dillərindən biri  olacağı  ehtimalını  daha da  artırırdı.
Burada bir epizodu  xatırlamaq  da yerinə düşərdi.  Xətai 
gənclərə nəsihətində yazırdı:
"Vətənimin  bir  ovuc  torpağını  bir  ovuc  altundan,  dili­
mizin  bir  kəlməsini  bir  ölçü  miicəfhərdən  üstün  bildim. 
Dilimizin və  Vətənimizin obədiyyən yaşaması üçün əlim­
dən gələni etdim.  Məni  lənətlə yad etməyin!  Yaxşı  nə  et­
dimsə  davam  etdirin,  xətalarımı  təkrar  etməyin...  Atalar 
sizə üç ƏMANƏT qoyublar: D İL İM İZ ,  Q E Y R Ə T İM İZ , 
V Ə T Ə N İM İZ !"
Xətainin  ölkədə  apardığı  digər  islahatlarla yanaşı,  mə­
dəni-maarif sahəsində  gördüyü  tədbirlər  də  təqdirə  layiq 
idi.  O  cümlədən,  həmin  dövrdə  ərəb  və  fars  dillərindəki 
mövcud elmi, bəddi  və  dini əsərlərin Azərbaycan-türk di­
linə  tərcümə  edilməsi,  həmçinin  elmin  və  mədəniyyətin, 
dilin  və tarixin  m üxtəlif sahələrinə dair Azərbaycan-türk
61


dilində də təlim-tərbiyə mahiyyətli əsərlər və kitablar ya­
zılması barədə tədbirlər görülməsi də dilimizin inkişafına 
geniş imkanlar açmışdır.
Məlumdur  ki,  XV-XVI  əsrlər  mədəniyyətimizin  və 
dilimizin tarixində  Xətai-Füzuli  mərhələsi  adlanır.  M əhz 
bu  dövrdə,  görkəmli  şair  Xətainin  təşəbbüsü  ilə  şairlər 
məclisi təşkil edilmiş, Azerbaycan-türk dilində yazmaq və 
yaratmaq üçün lazım şərait yaradılmış, hətta, Xətainin özü 
də  Azərbaycan-türk  dilində  yazmaqla  müasir  həmkar­
larına nümunə göstərir və  gələcək üçün bir zəmin,  örnək 
hazırlayırdı. Elə buna görə də, bədii yaradıcılıq  sahəsində 
ərəb  və  fars  dillərinin  nüfuzu  get-gedə  məhdudlaşırdı. 
"Demək  olar ki,  Azərbaycan-(türk-M.Ç.)  dili  həm  şifahi, 
həm  yazılı  qollar  üzrə  sarayda,  mədrəsələrdə,  şəhərli  ta­
cirlərin,  sənətkarların  işlərində  (ticarət  və  peşə  sahə­
sində,-  M.Ç.)  və  məclislərdə  (rosmi  və  qeyri-rəsmi.- 
M.Ç.)  artıq,  normallaşmış  ədəbi  dil  halında  işlənilən 
ümumi  ünsiyyət  və  m ədəniyyət  vasitəsi  olmuşdur" 
(Ə.Domirçizadə,  səh. 167).
Tarixdən məlumdur ki, İslam dininin qəbul edilməsi ilə 
əlaqədar  olaraq,  qədim  türk runik yazısı  məhv edilir, təd­
ricən unudulur, onun əvəzində isə ərəb əlifbası qəbul olu­
nur.  İslam  dininin  qəbul  edilməsinin  ilk  əsrlərində  "türk­
lər islam dünyasına o  qədər böyük mənəvi  ehtirasla daxil 
olur,  burada  özlərini  o  qədər  rahat  hiss  edirlər  ki,  müəy­
yən səviyyədə,  hətta,  türk olduqlarını  "unudub" üınumən 
bir müsəlman kimi düşünürlər. Məhz bunun nəticəsidir ki,
62
bir sıra türk saraylarında, elm, mədəniyyət mərkəzlərində 
eyni  zamanda  üç  müsəlman  dili  (ərəb,  fars,  türk  dilləri) 
işlənir"  (N izam i Cəfərov,  Türkologiya tarixinə üm um i bir 
baxış,  Bakı,  2000,  soh.8).  Deməli,  dünya  poeziyasının 
korifcyi  Füzulinin  üç  dildə  divan  yaratması  da  məhz  bu 
reallıqla bağlı  olmuşdur.
Tarixdən  məlumdur  ki,  XX  əsrin  əvvəllərində,  yəni 
1918-ci  il  may  aymın  28-də  axşam  saat  19-10  dəqiqədə 
Azərbaycan  Milli  Şurası  tərəfindən  Azərbaycanın 
istiqlaliyyəti elan edilmişdir. Azərbaycan Xalq Cümhuriy­
yəti  ölkənin  daxili  və  xarici  siyasətində,  iqtisadiyyatında, 
mədəniyyət  və  maarif sahəsində  olduğu  kimi,  dövlət  dili 
və  onun  statusu  haqqında  da  zəruri  tədbirlər  görmüş, 
Azərbaycan  hökuməti  Azərbaycan-türk  dilinə  dövlət 
statusu  verilməsi,  kargüzarlıqda  Azərbaycan-türk  dilinin 
tədbiq  edilməsi  barədə  1918-ci  il  27  iyun  tarixli  xüsusi 
qərar  vermişdir.  Həmin  qərarda  deyilirdi:  "Dövləti  lisan 
türk  dili  (Azərbaycan  türkcəsi.-M.Ç.)  qəbul  edilərək, 
irəlidə  bütiin  məhkəmə,  idarcyi-daxiliyyə  və  sair 
vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər 
hökuməti  m üəssisələrdə  rus  dili  istimalma  müsaidə 
edilsin".  Ümumiyyətlə,  Azərbaycan  hökumətinin  bu 
qərarında  iki  il  ərzində  bütün  dövlət  orqanlarının,  tədris 
müəssisələrinin  öz  işlərini  ana dilində  qurmaları  nəzərdə 
tutulmuşdur.  Göründüyü  kimi,  cəmisi  23  ay  yaşamış 
Azərbaycan  Xalq  Cümhuriyyəti  həyatın  başqa  sahə­
lərində  olduğu  kimi,  dil,  dövlət  dili  sahəsində  də  böyük
63


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə