MəDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü0,87 Mb.
#63690


 

 



 

 

                                   

AZƏRBAYCAN  RESPUBLİKASI 

                            MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ  

            F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI  

                                        ELMİ-METODİKA ŞÖBƏSİ                    

 

 

 

 

 

 

 

 

 

 

 

(  Xanımana Əlibəylinin 95 illik yubileyi ilə                             

                            əlaqədar ) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                             

Uşaq ədəbiyyatımızın “xanım anası” 

 

 

 

 

 

 

 

 

 

                                                 

                                                    Bakı - 2015 


 

                                                  



                                              Tərtibçidən:                                  

 

 

Əziz  uşaqlar!  Bu  il  sizlər  üçün  “Ulduzların  nəğməsi”,  “Mərcanqulu 



əfsanəsi”, “Sənubərin gözləri” kitablarında maraqlı şeirlər, nəğmələr qoyub getmiş 

sevimli şairimiz Xanımana Əlibəylinin 95 illik yubileyidir. O, həmçinin “Təzə il”, 

“Günəş  olaram  məndə”,  “Pişik”  və  bir  çox  uşaq  nəğmələrinin  də  sözlərinin 

müəllifidir.  Uşaq  yazıçısı  olaraq  şairin  bu  il  95  illik  yubileyi  keçirilir.  Bu 

münasibətlə keçirilən tədbirlərə kitabxanamızda qoşulacaq. 

Ədəbi  fəaliyyətə  erkən  yaşlarından  başlayan  Xanımana  Əlibəylinin 

şeirlərinin  dili  sadə,  qafiyələri  musiqili  olduğundan  bu  şeirlər  yaddaşlarda  asan 

həkk  olunur.  Şeirlərinə  yazılmış  mahnılarının  isə  uşaqlar  tərəfindən  daima 

sevilərək  oxunması  şairin  bu  gün  də  unudulmamasından  xəbər  verir.  Əsərləri 

müxtəlif    xalqların  dillərinə    tərcümə  edilmiş  şairəmizin  yubileyi  münasibətilə 

hazırladığımız bu vəsaitdə bizim də məqsədimiz Xanımana Əlibəylini sizlərə daha 

yaxından  tanıtmaq,  onun  yaradıcılığında  yer  alan  tapmacaları,  şeirləri  yenidən 

sizlərə  sevdirməkdir.  Vəsait  iki  hissədən  ibarət  olub,  Giriş  hissə  və  Keçiriləcək 

tədbirlər bölümünə ayrılır. 

 

Girişdə şairənin həyat və yaradıcılığı haqqında məlumat verilir, əsərlərindən 



söhbət  açılır.  II  hissədə  isə  şairənin    yubileyi  ilə  bağlı  kitabxanada  keçirilməsi 

nəzərdə  tutulan  tədbirlər  –  təşkil  olunacaq  sərgilər,  uşaqlara  maraqlı  olan 

viktorinalar,  sözlərinə  yazılmış  musiqilər  haqqında,  şairənin  kitablarının  elektron 

təbliği  üçün  retro  bazasından  danışılır.  Şairənin  xatirəsinə  hazırlanan  ədəbi-bədii 

gecədə isə Xanımana Əlibəyli  haqqında sitatlar, qızı Gülər Abdullayevanın anası 

haqqında  xatirələri,  “Gözəllər  gözəli”  pyesinə    hazırlanmış  səhnəcik,  bədii 

kompozisiyalar verilmişdir. 

 

 

 

 

 

 

 

 



                                             

 

 



 

 

 



 

 

 



 

 



 

                                               



                                                     Haqqında: 

 

Bakı  kəndələrindən  olan  Keşlədə  ziyalı  ailəsində  1920-ci  ildə  anadan  olan 



Xanımana  Əlibəyli,  orta  təhsilini  Bakıda  almış,  hələ  məktəbdə  oxuyarkən  həkim 

olmaq  arzusu  ilə  yaşamışdır.  16  yaşında  ikən  Xanımana  Bakıda  Tibb  İnstitutuna 

daxil  olmuşdur.  1942-ci  ildə  institutu  uğurla  bitirən  gənc  həkim  təyinatla 

vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd 

tibb  məntəqəsində  fəaliyyətə  başlamışdır.  Azərbaycan  Tibb  Universitetinin 

müalicə-profilaktika  fakultəsini  bitirdikdən  sonra  uşaq  poliklinkalarının  birində 

çalışmışdır.  Uşaqlara  olan  sevgisi  və  Azərbaycan  Uşaq  ədəbiyyatına  marağı 

nəticəsində  sonrakı  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakultəsində təhsilini davam etdirmişdir. Tələbəlik illərində yazdığı “Ana” şeri onu 

ədəbiyyata  həvəsləndirmişdir.  Kiçikhəcmli  şeirlərindən  ibarət  “  Balaca  həkim  ” 

adlı ilk şeir kitabı 1955-ci ildə çap edilmişdir. “ Çoxbilmiş çəpişlər ”, “ Dovşanın 

ad  günü”,  “  Ləpələrin  nağılı  ”,  “  Sənubərin  gözləri  ”,  “  Məni  günəşə  at  ”  və  b. 

şeirlər  kitabının  da  müəllifi  olmuşdur.  Xanımana  Əlibəyli  uşaqlar  üçün  yazılmış 

yüzlərlə  şeirin,  onlarla  poema  və  səhnə  əsərinin,  30-dan  artıq  kitabın  müəllifidir. 

Müəllifin  “  Cınquş  ”,  “  Dovşanın  ad  günü  ”,  “  Aycan  ”,  “  Gözəllər  gözəli  ” 

pyesləri  uzun  müddət  uşaqlar  üçün  gənc  tamaşaçılar    teatrının  səhnəsini  

bəzəmişdir.  Tezliklə  Xanımana  ikinci  ali  təhsil  almaq  üçün  ADU-nun  filologiya 

fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə 

bitirmişdir 

 

Əsərlərində  vətənə  məhəbbət,  insan  əməyinə  və  istedadına  ehtiram,  təbiət 



gözəlliklərinə  vurğunluq,  ataya,  anaya,  müəllimə  qardaş-bacıya  ümumiyyətlə 

böyüklərə hörmət və ehtiram, özündən kiçiklərə şəfqət və  məhəbbət, kamil insan 

üçün  yaraşmayan  eybəcər  hallara  nifrət,  gücün  birlikdə  olması  kimi  insani 

keyfiyyətləri  tərənnüm  edən  X.Əlibəylinin  bəzi  əsərləri  keçmiş  SSRİ  xalqlarının, 

eləcə də çex və slovak dillərinə tərcümə edilmişdir.“  

 

Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, 



Bakı  şəhərində  dəfn  edilmişdir.  Filologiya  elmləri  doktoru,  şair  Rafiq  Yusiflinin 

yazdığı  kimi,  Xanımana  "mələklərin  qanadında  Tanrı  dərgahına  uçmuşdur" 

("Ədəbiyyat qəzeti", 11 may 2007-ci il). 

 

“  Dovşanın  ad  günü  ”  “  Gözəllər  gözəli  ”  poemaları  onun  ən  populyar 



poemalarından  biri  olub,  məktəb  yaşına  çatmamış  uşaqlar  üçün  nəzərdə  tutulub. 

Dovşanın  ad  günü  poemasında    yenicə  təbiəti  tanımağa  başlayan  uşaqlar  üçün 

müəllif  çəpişi,  quzunu,  tülkünü,  xoruzu, kirpini,  meymunun  əlamət  və  cizgilərini 

çox  ustalıqla  tərənnüm  etmişdir.  Sənətkar  heyvanlarin  simasında  dəyanət,  bir-

birinə  kömək,  əl  uzatmaq  kimi  keyfiyyətlərlə  yanaşı,  tülkünün  obrazında 

tamahkarlıq, oğurluq, xəyanətin də mövcudluğunu da göstərmişdir. 

                                     Dovşana bax, dovşana. 

                                     Bu gün nə tez oyandı? 

                                     O hoppana-hoppana  

                                     Pəncərədə dayandı. 

                                     Bax atlana-atlana 



 

                                     Əl qol açıb qurbağa, 



                                     Dərhal girib meydana 

                                     Başladı oynamağa....... 

 

Gənc  şair  Bakıdakı  13  nömrəli  orta  məktəbdə  təhsil  almış,  həmişə  yaxşı 



oxumuş,  müəllimlərinin  sevimlisi  olmuşdur.  Onlardan  biri,  sonralar  görkəmli 

yazıçı  kimi  tanınan  Məhərrəm  Əlizadə  Xanımananın  istedadını  görüb  onunla 

məşğul  olmuş,  ilk  şeirlərinin  kütləvi  informasiya  vasitələrinə  yol  açmasına, 

özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi 

olmuşdur.  Xanımananın  ilk  şeirləri  1938-ci  ildən  dövri  mətbuatda  dərc  olunmağa 

başlamış,  "Balaca  həkim"  adlı  birinci  kitabı  isə  1955-ci  ildə  Uşaqgəncnəşr 

tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur. 

  

Bədii  yaradıcılıq  sahəsində  yeni,  ciddi  uğurlar  qazanan  məhsuldar  şairəmiz 



1953-cü  ildə  o  zamankı  uşaq  ədəbiyyatımızın  parlaq  simalarından  olan  Mirvarid 

Dilbazi  və  Mikayıl  Rzaquluzadənin  zəmanətləri  ilə  SSRİ  Yazıçılar  İttifaqına  üzv 

qəbul edilmişdir. 

                                               Keçiriləcək tədbirlər: 

 

 

 



  Öz  maraqlı  şeirləri  ilə  körpə  balalarımızı  sevindirmiş  şairimizin  95  illk 

yubileyi şəhərimizin orta məktəblərində və kitabxanalarda yüksək səviyyədə qeyd 

olunması  nəzərdə  tutulub.  Uşaq  kitabxanası  olaraq  F.  Köçərli  adına  Respublika 

Uşaq  kitabxanasıda  yubilyarın  kitablarının  təbliği,  əsərlərinin    oxuculara 

çatdırılması üçün, yubiley sərgiləri, ucadan oxular, şairənin yazdığı tapmacalardan 

ibarət  viktorinalar,  ədəbi-bədii  gecələr,  səhərciklərin  keçirilməsi  ilə  zəngin 

olacaqdır.  Kiçikyaşlı  məktəblilər  üçün  təşkil  edilən  proqramlarda  ilk  növbədə 

Xanımana  Əlibəylinin  kitablarının  təbliği  üçün,  kitab  guşələri  təşkil  olunacaq. 

Hazırlanmış  proqramda  uşaqları  yazıçının  əsərləri  ilə  tanış  etmək  üçün  

tapmacalarından  təşkil  edilmiş  viktorinalar,  kiçikyaşlılar  üçün  şeir  səhərcikləri, 

sozlərinə yazılmış gözəl uşaq musiqiləri səsləndiriləcək.  

 

Xanımana  Əlibəylinin    yaradıcılığında  uşaqların  zehni  inkişafına  kömək 



edən tapmacalardan istifadə etməklə viktorinaların keçirilməsidə uşaqlar tərəfindən 

maraqla  qarşılanar.  Təşkil  olunmuş  viktorinada  kitabxanaçının  söylədiyi 

tapmacaların cavabını uşaqlar söyləyir. Sonda fəal iştirakçılar mükafatlandırılır.  

 

Kimdir gəzir bu otağı?                                              Saqqalı al rəng olur 



Nə əli var, nə ayağı,                                                  Tükləri qəşəng olur 

Mürəkkəbi töküb mizə,                                             Oxuyur neçə dəfə                                       

Görünməyir dəcəl gözə.                                            Səs düşür hər tərəfə 

Saçlarımı tutub yoldu,                                               Əlbəttə artist deyil 

Heç bilmədim necə oldu?                                         Ancaq səsi pis deyil 

                                 Külək                                                                 Xoruz   

 

Hoppandı navalçaya,                                                O çayın üstə yatır, 



Axdı tuta, alçaya.                                                      Nə islanır, nə batır. 

                             Yağış                                                                      Körpü 




 

 



O, hansı canlıdır heç səsi yoxdur,                             Başında var budağı 

Quruya çıxmağa həvəsi yoxdur.                               Gəzir meşəni, dağı 

                                Balıq                                                              Maral 

 

Öz evciyini almış                                                     Günəş kimi girdədir 



Gecə-gündüz dalına;                                                Göydə deyil yerdədir 

İstəyir yağsın yağış -                                                Rəngi qızılı-sarı, 

Kar etməyir halına                                                   Baxır günəşə sarı 

                               İlbiz                                                                Günəbaxan 

 

O, ağacda yaşayır,                                                    Bostanda şar kimidir, 



Çoxlu fındıq daşıyır.                                                Ağappaq qar kimidir. 

Qoy qonaq gəlsin hər qış                                           Üst-üstə geyib donu -  

Ona dostu yoldaşı.                                                    Şaxta kəsməin onu. 

Bilir hara nə yığmış -                                                                           Kələm 

Çox yaxşıdır yaddaşı 

                              Dələ 

 

 

 



Uşaqların  sevimli  yazıçısı  olan  Xanımana  Əlibəyli  onlar  üçün  gözəl  şerlər, 

tapmacalarla  yanaşı  şeirlərinə  bəstələnmiş  gözəl  uşaq  mahnıları  ilə  də  onları 

sevindirmişdir. Bunlardan: 

Əks-səda (Söz: Xanımana Əlibəyli, musiqi: Hökümə Nəcəfova) 



Armud (Söz: Xanımana Əlibəyli, musiqi: Şəfiqə Axundova) 

Günəş olaram mən də (Söz: Xanımana Əlibəyli, mus: Hökümə Nəcəfova) 

Qonaqlıq (Söz: Xanımana Əlibəyli, mus: Oqtay Zülfüqarov) 

 

Günəş olaram mən də                                     

                                               söz:Xanımana Əlibəyli  

                                               mus:Hökümə Nəcəfovanı 

 Qışda şaxtada, buzda                                    

 Günəş çimir hovuzda. 

 Qoy gətirim ləyəni, 

 Su tök, yuyundur məni. 

 Ay ana, böyüyəndə 

 Günəş olaram mən də. 

  Qışda şaxtada, buzda 

 Günəş çimir hovuzda. 

 Lap istisində yayın 

 Qoy gətirim ləyəni, 

 Su tök, yuyundur məni. 

 Ay ana, böyüyəndə 

 Günəş olaram mən də. 

 



 

                                            



                                          

Təzə il 

                                                                              Söz: Xanımana Əlibəyli,  

                                                                             Mus: Hökümə Nəcəfova. 

 

Döşündə ağ qərənfil,                                   Sən gələndə, təzə il,                        



Xoş gəlmisən, təzə il.                                  Ağ gül açır elə bil; 

Yolkamıza qar ələ,                                      Yolkamıza qar ələ, 

Gəl, oynayaq əl-ələ.                                    Gəl, oynayaq əl-ələ. 

 

                                   Çöllərdə fırfıra tək  



                                   Hərlədir qarı külək.  

                                   Yolkamıza qar ələ,  

                                    Gəl, oynayaq əl-ələ.   

 

Oxucularımıza Xanımana Əlibəylinin kitablarını yaxşı təbliğ etmək üçün aşağıdakı 



sərgi  formalarını  verə  bilərik.  I  sərgi  forması  yalnız  Xanımana  Əlibəylinin 

kitablarının sərgisindən ibarət ola bilər.  

              

 

    



           

 

 

   


 

 

 



 

 

 



 

 

   



 

 

 



          

 

   



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

      



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“  Uşaq  əədəbiyyatımızın  “Xanım  anası””,  “Azərbaycan  uşaq  dramaturgiyasının 



banisi ”, “ Xanımana Əlibəyli – 95 ”, “ Uşaqların sevimlisi ”  və s. b başlıqlar ilə 

təşkil etdiyimiz sərgidə yazıçının uşaq kitablarından götürülmüş illisturasiyalardan, 

yazıçının    şəkillərindən  də  istifadə  edə  bilərik.  Həmin  sərginin  hazırlanmasında 

istifadə  edilən  Xanımana  Əlibəyli  haqqında  deyilən  aşağıdakı  sitatlari  təqdim 

edirik:  

“Xanımana  Əlibəyli  Azərbaycan  uşaq  ədəbiyyatının  klassiki  və    uşaq 

dramaturgiyasının banisidir. ” 

                                                                                                      Xalq yazıçısı Anar 

“Xanımna  Əlibəyli  Uşaq  ədəbiyyatımızın  “  xanım  anası  ”  və  Azərbaycan  uşaq 

poeziyasının banisidir.” 



                                                                              Alim, akademik  Bəkir  Nəbiyev 

“ Fəхr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar sevə-sevə oхuyurlar  ” 

“  O,  hər  gələn  uşaqlarla  yenidən  doğulacaq,  müstəqil  Azərbaycanın  yeni-yeni 

körpə nəsilləri onun “ dovşanın ad günündə ” iştirak edəcək ”. 

                                                            “ Professor, f. e. d.  Gülər Abdullabəyova  

Yazıçının  kitablarının  bir  neçə  nüsxəsi  kitabxananın  Qızıl  fondu  tərəfindən 

mühafizə edilir. Qızıl fondda saxlanılan bu kitablardan, istifadəçilər kitabxananın 

www.clb.az

  saytında elektron variantda istifadə edə bilərlər. 



 

 



 

Bu  şeirlərlə  uşaqlarda  vətənə  xalqa  məhəbbət,  insan  əməyinə  hörmət, 

dostluqda  dəyanət,  xəyanətə  nifrət  kimi  xüsusiyyətləri  tərbiyə  etmək  olar 

Kiçikyaşlı  oxucular  rəngarəng,  maraqlı  tədbirləri  sevdiyi  üçün  Xanımana 

yaradıcılığından  bu  nümunələrdən  istifadə  edib  məktəblilərlə  müxtəlif  maraqlı 

tədbirlər hazırlamaq olar. Bu hissləri onlara müxtəlif oyunlar, viktorinalar vasitəsi 

ilə aşılaya bilərik. Çünki uşaqlar müxtəlif oyunlara maraqlıdırlar.  

Onun  maraqlı  personajlardan  ibarət  “  Dovşanın  ad  günü  ”  poemasının  ifadəli 

oxusunu keçirmək məktəbyaşlılar üçün daha məqsədəuyğun olardı. Əlli ildən çox 

bir  vaxtda  hələdə  sevilərək  oxunan  bu  əsərdə  heyvanlar  aləminin  ən  tipik 

təmsilçiləri:  çəpiş,  quzu,  xoruz,  çaqqal,  meymunun  təsviri  verilmişdir.  Şairin 

ustalıqla təsvir etdiyi bu obrazlr oxucuya insana xas olan müxtəlif xasiyyətləri açır. 

Siçanın  timsalında  xeyirxaliq,  yoldaşa  kömək,  tülkünün  timsalında  biclik, 

canavarin timsalında isə acgözlük və s təsvir olunur.   

 

Adətən  kiçikyaşlı  məktəblilər  üçün  hazırlanan  proqramlar  uşaqlar  üçün 



yorucu  olmamalıdır.  Bunu  nəzərə  alıb  Xanımana  Əlibəylinin  yaradıcılığını 

tanıtmaq  üçün  proqrama  şairənin  şeirlərindən  hazırlanmış  oyunlar,  viktorinalar, 

kiçik  şeir  müsabiqəsi  daxil  edirik.  Bu  oyunlardan  “  Davamını  sən  de    oyunu 

zamanı şairənin  qısa şeirlərindən  bir neçəsini kitabxanaçı oxuyur. Davamını isə 

oxucular söyləyir. 

             

            ...............................(Ana dedi: - Oğlum Vüsal) 

            Bu gün nənənlə evdə qal,                                          

            Dərslərini hazırla sən.                                             

           Teatra gedirəm mən                                               

           Anasına dedi Vüsal:                                               

 Məni orda yadına sal                                                 



 

                                Qurdun evdə bir özü, 

                                 Bir də qoca atası var. 

                                 Düz çölə baxır gözü 

                                  .................................  (Yəqin bir xatası var) 

                                      

Aya baxın uzaqdan 

Elə bil ki, (Yemişdi) 

Qoy dərim onu tağdan 

İriləşib dəymişdir. 

Gözəl yazıçımız əsərlərində vətənə məhəbət, insan əməyinə və istedadına ehtiram, 

ataya, anaya, müəllimə ümmumiyətlə böyüklərə hörmətə çox geniş yer ayırmışdır. 

Xanımana  Əlibəyli  yaradıcılığını  uşaqlara  yaxından  tanıtmaq  üçün“Uşaqların 

sevimlisi ” başlığı altinda şeir gecəsi keçirə bilərik. Kitabxanaçı uşaqlara  şairənin 

həyat  və  yaradıcılığı  haqqında  məlumat  verdikdən  sonra,  şeirləri  və  şeirlərinə 

yazılmış musiqilər  səsləndirilir.  

 

Şifahi  ədəbiyyatımızın  təbliğinin  təsirli  formalarından  biri  də,  sual-cavab 



gecələridir. Sual-cavab gecələrinin  keçiriləcəyi  yerə  müəllifin kitablarından ibarət 


 

sərgi  hazırlanır.  Kitabxanaçı  uşaqlara  müəllif    haqqında  məlumat  verib,  ən  çox 



oxunan əsərlərindən parçalar oxuyub təhlilini verir. Sual-cavab gecələrində uşaqlar 

maraqlı olan sualların cavabını kitabxanaçı ilə birgə tapırlar. Həmçinin Xanımana 

Əlibəyli haqqında uşaqların nə dərəcədə bilikli olduqlarını öyrənmək üçün, yazıçı 

haqqında hazırladığımız sualları onlara təqdim edə bilərik. 

 

1.Uşaq yazıçısı kimi tanıdığımız Xanımana  Əlibəyli ixtisasca kim olub?   



       a)  müəllim 

   b)  həkim 

 

 2. Yazıçının ilk şeirlər kitabı hansı olub?  



        a) Balaca həkim   

    b) Cinquş 

        c) Dovşanın ad günü 

 

     3. Xanımana Əlibəyli tanıdığınız hansı uşaq jurnalının baş redaktoru olmuşdur.? 



          a)  Pioner 

          b)  Bala dili 

      c)  Göyərçin 

             

         4. “ Dovşanın ad günü ” hansı motivlər üzərində qurulmuşdur? 

          a) heyvanlar və onların oyuncaq variantı 

      b) dovşanın heyvanları başına yiğıb ad günü etməsindən 

          c) Ağaclar və bitkilər 

         5.  Xanımana  Əlibəyli  hansı  əsərinə  görə  Respublikanın  dövlət  mükafatına 

layiq görülmüşdür?  

            a) Nişanlı quş 

            b) Gözəllər gözəli 

        c) Cunquş         

         6.Yazıçının  hansı  əsəri  Azərbaycan  Dövlət  teatrı  tərəfindən  tamaşaya 

qoyulmuşdur? 

        a) Cunquş 

            b) Gözəllər gözəli 

            c) Kənd həkimi 

         7. Yazıçının  “ Cunquş ” əsərində hansı insani keyfiyyətlər təcəssüm   

              edilir? 

           a) düzgünlük 

       b) yaxşılıq və pislik 

           c) oğurluq 

         8.Yaziçinin  “ Nişanlı quş ” pyesində hansı obrazlar  verilib? 

       a) palıd, külək, çay 

           b) bayquş, ağacdələn, sərçə 

           c) palıd, cüyür, pişik 



10 

 

         9.  Nişanlı  quş  pyesində  Qoca  palıdı  xəstəlikdən  xilas  edən  ağacdələnə  



meşədə hansı ad verilir? 

             a) meşə həkimi 

                 b) tıq-tıq-tıq 

                 c) ağacdələn 

         10. Xanımana   Əlibəylinin sözlərinə yazılmış hansı mahnılar tanıyırsız? 

                     

                    ___________________________________________________ 

   


Kitab müzakirəsi: 

 

Bilirik  ki,  kitabxanada  təşkil  edilən  kitab  müzakirələri,  oxucu  fəallığının 



artmasında  xüsusi  rol  oynayır.  Kitab  müzakirələri  zamanı  bədii  əsərlərin  düzgün 

seçilməsinə  xüsusi  fikir  verilməlidir.  Seçilən  əsərlər  oxucuların  sərbəst  fikir 

bacarığı yürütmək qabiliyyətlərinin yaranması, həyata baxışın düzgün yaranmasına 

bədii-estetik  zövqün  formalaşmasına  müsbət  təsir  göstərdiyindən  müzakirələr  də 

oxucular  tərəfindən  xüsusi  maraqla  qarşılanır.  Xanımana  Əlibəyli  yaradıcılığnda 

dostluğa sədaqət, vətənpərvərlik, mərdlik kimi insana xas müsbət keyfiyyətlər əsas 

götürülür. Bu baxımdan Xanımana Əlibəyli yaradıcılığı daha maraqlı nümunələrlə 

zəngindir. İki pərdəli “ Nişanlı quş ” pyesi bu yöndən maarifçi bir əsərdir. Əsərdə 

meşələrin sultanı Palıdın mövqeyi belə izah edilir: 

Əsərin  çox  sadə  bir  süjet  xətti  var:  meşələrin  qüdrətli  Qoca  Palıdının  yarpaqları 

qurumağa başlayıb. Ona kim kömək edə bilər? Pyesdə meşə üçün xarakterik olan 

Külək, Çay, Bayquş, Ağacdələn, Cüyür,  Sərçə kimi obrazlar yer alıblar. 

   Axşam oldu, yuxusu var çiçəklərin, 

   Alabəzək böcəklərin. 

   Axşam oldu, mürgüləyir ağaclar da, 

   Meşələr də, yamaclar da. 

   Bir Palıddır səhərəcən oyaq qalan, 

   Dərin-dərin fikrə dalan. 

   

 Buradakı fikirlər sətiraltı məna kimi də xarakterizə edilə bilər: “Bir Palıddır 



səhərəcən oyaq qalan”. Yəni ailənin başçısı daim oyaqdır, oyaq qalmalıdır. Amma 

onun quruması  əsil fəlakətdir və meşədə bu çətin işin qarşısı alınmalıdır. Burada 

Bayquş “gecələrin hakimi” adlandırılır. Ağacdələn isə “meşə həkimi”dir. O, Palıdı 

“müalicə  edir” və  Palıd  yarpağından  hazırlanmış  “nişan”  alır  ki,  bu da  ən  böyük 

“meşə təltifi”dir. 

 Bu əsərdə çox maraqlı obrazlardan biri də, Külək və Çay obrazlarıdır. Pyesdə hər 

obrazın vəzifəsi də yaxşıca izah olunur.  

Külək: “Gedirəm, işləsin yel dəyirmanı”. 

Çay: “Mən axıram göy tarlalar boyunca, Əkinçilər sudan içsin doyunca”.  

 

Kitabxanada  vətənpərvərlik  mövzusu  vaxtaşırı  müzakirə  edilir.  Şairənin 



“Sevimli şəhid babam” poemasında uzun illər boyu çörəyini yeyib suyunu içdikləri 

Azərbaycanda  ermənilərin  azərbaycanlılara  nifrətindən  bəhs  edən  epizodlar  çox 

təsirlidir. Bu əsərin də, uşaqlarla müzakirəsi maraqlı keçərdi.  



11 

 

Xanımana Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara olan sevgisi onu şair etmişdir. 



O öz misralarında bunu belə ifadə edir: 

Sanki Allah bir qarlı qış 

Mənə şeir verdi bəxşiş. 

O, qışımı yaz eylədi, 

Bəxtimi bəyaz eylədi. 

“Balaca həkim” adlı ilk kitabı 

X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, “ 

Balaca həkim ” adlı birinci kitabı isə 1955-ci ildə “ Uşaqgəncnəşr ” tərəfindən 30 

min  nüsxə  tirajla  çap  olunmuşdur.  Azərbaycan  Yazıçılar  Ittifaqının  üzvü  kimi 

X.Əlibəyli bütövlükdə həyatını uşaq ədəbiyyatına həsr etmişdir. Onun indiyə qədər 

30-dan çox kitabı, 10-a yaxın uşaq pyesi nəşr edilib. Onlardan “Cunquş”, “Aycan”, 

“Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və başqa əsərləri kiçik 

oxucular tərəfindən rəğbətlə qarşılanıb. 

X.Əlibəyli  1953-cü  ildə  o  zamankı  uşaq  ədəbiyyatımızın  görkəmli 

nümayəndələrindən olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri 

ilə SSRI Yazıçılar Ittifaqına da üzv qəbul edilmişdir. 

Xanımana  Əlibəylinin  sənəti  həmişə  diqqət  mərkəzində  olmuş,  yüksək 

qiymətləndirilmişdir.  “Aycan”  pyesinin  uğurlu  tamaşası  münasibətilə  yaradıcı 

heyətin  üzvləri  rejissor  Ulduz  Rəfili,  bəstəkar  Şəfiqə  Axundova  və  baletmeyster 

Nailə  Nəzirova  ilə  birlikdə  Xanımana  da  Azərbaycan  SSR-in  Dövlət  mükafatına 

layiq görülmüşdür. 1991-ci ildə şairəyə  əməkdar incəsənət xadimi adı verilmişdir. 

1998-ci ildə Xanımana “Ilin qadını” adına layiq görülmüşdür. 

X.Əlibəyli “Aman ovçu”, “Ağ çəmən”, “Ulduzların qucağında”, “Bir yay səhəri”, 

“Çoxbilmiş çəpişlər”, “Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid babam” 

və digər qiymətli poemaların da müəllifidir. 



Sevimli  yazıçımız  öz  yaradıcılığında    XX  əsrin  sonlarından  davam  edən 

Qarabağ  dərdindən  də  yan  keçməmişdir.  Uşaq  ədəbiyyatımızın  sevimli 

nümayəndəsi olan Xanımana Əlibəylinin  “Sevimli şəhid babam” poemasında 

uzun  illər  boyu  çörəyini  yeyib  suyunu  içdikləri  Azərbaycana  “dost”  deyib 

arxada  xəyanət  etdikləri  azərbaycanlılara  erməni    nifrətindən  bəhs  edən 

epizodlar çox təsirlidir. 

Uşaqlar  deyin  görək  yazıçımızın  “Cunquş”  əsərini  oxumusunuzmu?  Bilirsinizmi 

bu  əsər  Şairənin  yaradıcılığında  ona  xüsusi  uğur  gətirən  əsərlərdəndir. 

Teatrlarımızda  müvəfəqiyyətlə  tamaşaya  qoyulan  bu  əsərin  tamaşasına  bəlkə  də 

getmisiniz.  Bu  əsər  hələ  müəllifin vaxtinda  dövlət  mükafatına  layiq  görülmüşdür. 

Əsərdə sevimli yazıçımız əsərlərinin çoxunda olduğu kimi yaxşı insan, ideal bəşər 

övladı  xarakterinin təcəssümünü yaratmışdır . Bütün hadisələr Cunquşla Yeltayın 

ziddiyətli  münasibətləri  ətrafında  cərəyan  edir.  Cunquş  müsbət  bir  insan  obrazı 

olaraq  heç  bir  muzd  almadan,  heç  bir  şəxsi  mənafe  güdmədən  ehtiyacı  olanlara 

kömək  edən  bir  insandır.  Məsələn  Vəli  babanın  bağını  hər  səhər  alaqdan 

təmizləyir,  suvarır,  qıçını  sındırmış  keçisinin  qıçını  sarıyır.  Amma  heç  vaxt 

xeyirxah əməllərindən danışmır. Vəli baba heç bilmir ki, o yuxudan qalxmamış bu 

işləri gəlib görən kimdir. 




12 

 

 



Cunquşun  tam  əksinə  olaraq  isə  Yeltay  isə  bu  əməllərdən  uzaq  biridir. 

Həmişə  Gözü  onun  bunun  əlində,  cibindədir.  Kimsə  ondan  kömək  istəsə  birinci 

sözü bu olur ki, əvəzində nə verəcəksən? 

 

Əsəri  oxuduqdan  sonra  belə  nəticəyə  gəlirik  ki,  Cunquş  kimi  xeyirxah 



insanları qorumaq, onlarla dost olmaq, onların əməllərindən dərs almaq lazımdır. 

 

Xanımananın  Yeltay  adı  verdiyi  mənfi  qəhrəman  isə  adına  uyğun  olaraq 



yelbeyin olur. Belə insanlar həyatda istədikləri çox şeyə nail ola bilmirlər.    

 

Yazıçının “ Balaca həkim ” adlı poeması da sevə-sevə oxuduğumuz 



əsərlərdəndir. Uşaqlara həkimlik sənətinin sevdirməkdə bu əsərin böyük rolu 

olmuşdur. Əsərdə balaca qızcığaz  hamısı birdən xəstələnən kuklalarının həkimidir. 

O gözünü açanda  həmişə həkim qayğısı görmüşdü. Anası bütün xəstələrinə öz 

ovladı kimi şəfa verirdi. İndidə əziz dostları-kuklalarının xəstələndiyini görəndə 

böyük canfəşanlıqla onlara yardım etməyə başlayır. 

 

Bu  da  çox  maraqlıdır  ki,  ömrünün  qürub  çağı  çap  etdirdiyi  bir  şerində 



Xanımana  öz  poetik  irsinin  taleyi  ilə  ilgili  Allaha  müraciət  edir.  Əvvəlcə  şairlik 

istedadını ona əta etdiyi üçün Yaradana şükranlıq və minnətdarlığını bildirən şair 

sonra  əsərlərinin  uzunömürlülüyü,  gələcəkdə  də  millət  balalarının  karına  gəlməsi 

üçün  yenə  Allahın  dərgahına  üz  tutur,  məhz ondan kömək  umur,  bu  münasibətlə 

yazdığı şerini də onun şərəfinə " Yalvardım Allaha " adlandırır: 

Sanki Allah 

bir qarlı qış 

Mənə şeir verdi baxşış. 

O qışımı yaz eylədi, 

Bəxtimi bəyaz eylədi. 

Allah onu etdi ətir, ? 

Səpdi aylara, illərə. 

Yalvardım: Allahım, yetir 

Şerimi nəsillərə.  

X.Əlibəylinin “ Cunquş ” adlı əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq 

görülmüşdü. Çox maraqlı faktdır ki, Kukla Teatrı 1980-ci ildə Hindistanda qastrol 

səfərində  olarkən  Dehli  və  Bombey  şəhərlərində  iki  əsərin  tamaşası  ilə  çıxış 

etmişdi:  Dahi  Ü.Hacıbəyovun  “  Məşədi  Ibad  ”  komediyası  və  X.Əlibəylinin  “ 

Cunquş  ”  pyesi.  Hər  iki  tamaşa  böyük  rəğbətlə  qarşılanmışdı.  Bu  barədə  Bakı 

qəzetlərindən birində verilmiş yazının başlığı belə idi: “ Xeyirxahlıq mücəssəməsi 

Cunquşu Hindistanda da sevdilər! ” 

 

Uşaq  kitabxanalarında    yubilyar  şair  və  yazıçılar  haqqında  keçirilən 



tədbirlərdən  biridə  onların    şeirlərinin  ucadan  oxusudur.  Şeirlərin  ucadan  oxusu 

uşaqların  yaddaşını  möhkəmləndirir,  hiss  etmək,  duymaq  qabiliyyətinin,  məntiqi 

təfəkkürünun  inkişafına  kömək  edir.  Kitabxananın  nağıl  otağında  Xanımana 

Əlibəylinin  “  Bir  bina  ”,  “  Nənəyə  hədiyyə  ”,  “  Qurbağa  ”  şeirlərinin  ucadan 

oxusunu  təşkil  edə  bilərik.  Sadə  dildə  yazılmış  bu  şeirləri  dinləyərkən  uşaqlar  

məntiqi nəticəni sonda özləri çixarir. 

 

 



13 

 

            Bir bina                                                         Qurbağa 

 Məktəblə yan-yanadır,                                Bir qurbağa tir-tir əsdi 

 O xoş gəlir hər kəsə.                                   Bədənini soyuq kəsdi 

 İndi kitabxanadır,                                        İndi gölün dibindədir, 

 Keçmişdəsə mədrəsə...                               Bax əlləri cibindədir. 

 Günbəzinə nur saçıb 

 Parıldayır o bina 

 Ulduzlara yol açıb 

 Orada İbn Sina. 

2010-cu ildə keçirilməsi nəzərdə tutlan Xanımana Əlibəylinin anadan olmasının 90 

illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildə 

onun əsərləri iki cilddə nəşr olunmuşdur.  

Kitabın tərtibçisi şairənin qızı, professor Gülər Abdullabəyovadır. Akademik Bəkir 

Nəbiyev nəşrə  “Uşaq ədəbiyyatımızın Xanım anası” adlı ön söz yazıb. 

Ikicildliyin birinci cildi şairənin poema və şeirlərindən ibarətdir. Bu poemalardan 

bəziləri  isə  sonradan  drama  çevrilib,  məsələn,  “Dovşanın  ad  günü”  əsəri  kimi. 

Ikinci  cilddə  ədibin  yeddi  pyesi  toplanıb.  Əsərlərin  adları  da  uşaq  təfəkkürünə 

uyğundur:  “Dovşanın  ad  günü”,  “Aycan”,  “Gözəllər  gözəli”,  “Kənd  həkimi”, 

“Cunquş”, “Ləpələrin nağılı”, “Nişanlı quş”. 

Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakıda dəfn edilmişdir. 

   

 

                                           Ədəbi bədii gecə 



 

 

 



I aparıcı:   Əziz uşaqlar, hörmətli qonaqlar. Bu gün bura Azərbaycan   

                  uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqların sevimli       

                  şairi, nəğmələri dillər əzbəri olan Xanımana Əlibəylini    

                  xatırlamaq üçün yığışmışıq. Axı onun bu il 95 illik yubileyi   

                   qeyd olunur.  

II aparıcı: Xanımana Əlibəyli bədii yaradıcılığa həkim işlədiyi vaxtlarda             

                   başlamışdır. Ədəbiyyata sevgisi hədsiz olduğundan işləyə-işləyədə    

                   kitablardan ayrılmamışdır. Hər zaman uşaq ədəbiyyatının  mütaliəsi ilə   

                   məşğul olmuşdur. 

                  Çünki uşaq dünyasının qayğıları  bütövlükdə ədəbiyyatımızla 

                  yanaşı  səhiyyəmizin də problemi olub bir həkim kimi onu çox                       

                  narahat edirdi.  

                  Əslində sağlamlıq, deyəndə gözümüzün önünə elə uşaqlar gəlir.Bu   

                  meyara əsasən də şairənin yaradıcılığına nəzər salanda məhz onun        

                  uşaqlar  üçün nə qədər  narahat olduğunu görürük. Elə yazdığı bu   

                  misralar da  bunu təsdiqləyir. 

                                                      Sanki Allah bir qarlı qış 

                                                      Mənə şeir verdi bəxşiş. 

                                                      O qışımı yaz eylədi, 




14 

 

                                                      Bəxtimi bəyaz eylədi. 



                                                      Allah onu etdi ətir, 

                                                      Səpdi aylara illərə. 

                                                      Yalvardım Allahım yetir, 

                                                      Şeirimi nəsillərə. 



I aparıcı:  Bu misralar hələ 16 yaşında ikən  Tibb İnstitutuna daxil olmuş               

                  Xanımana Əlibəyliyə məxsusdur. Digər şeirlərinin birində isə, kuklaları     

                  xəstələnmiş qızcığazın  həvəslə onları müalicə etməsi həvəsi, qızcığazın    

                  anasının  xəstələnəndə ona göstərdiyi qayğı və  şəfqətin nəticəsidir.              

                                                  Sağ qoluma bağladım 

                                                  Tez aypara nişanı. 

                                                  Yavaşca qucaqladım 

                                                   Atı, fili, dovşanı –  

                                                  Qoydum divanın üstə. 

                                                  Uzandı çoxlu xəstə: 

                                                  Keçi, dəvə, qaz, toyuq... 

                                                  Çoxuna dəyib soyuq. 

 

 

II aparıcı:  Peşəkar uşaq ədəbiyyatının banisi Abdulla Şaiqdən sonra Xanımana   



                    Əlibəylinin də Azərbaycan uşaq ədəbiyyatında xüsusi yeri vardır. Bir   

                    uşaq şairəsi kimi Xanmananın üstünlüyü ondadır ki, böyüklər üçün adi   

                    həyat tərzinə çevrilmiş  hadisələri Xanımana, uşaqların dilinə        

                    çevirərək anlaşıqlı sadə şəkldə qələmə almışdır.  O, oxucularına  

                    həyatda qarşıya çıxan problemləri uşaq dili ilə həll etmək yolunu   

                    göstərir.  



                    Şairin qızı, f.e.d. Gülər xanım Abdullabəyova anasının   

                    yaradıcılığını belə danışır: “Anam tək uşaq şeirləri yox, sevgi   

                    şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri   

                   olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər   

                    yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi.                     

                    Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. Istəmirdi  

                    ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də   

                    uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi   

                    sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə   

                    məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini    

                    həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində   

                    problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında   

                    dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur,  

                    xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində   

                    əbədi yaşayır ”. 

                    X.Əlibəylinin poemaları Azərbaycan təbiətinin təsvirləri ilə zəngin   

                    olan bir tablo kimi canlanır qarşımızda. “ Meşə həkimi ” poeması buna   

                    bir sübutdur. 

                    Salıb meşəyə haray 



15 

 

                   Axır gümüş rəngli çay, 



                    Bir tərəfdə diz çöküb 

                    Söyüd çaydan içir su, 

                    Hörüklərini töküb 

                    Çimir, qaçır yuxusu.    



“Gözəllər gözəli” pyesindən bir parça             

Günəş çıxıb. Alma günəşin şəfəqlərində yuyuna-yuyuna şən bir nəğmə oxuyur 

 

Meyvəqurdu Alma, nədir tutmusan 

                       Birdəfəlik kəsərəm 

                       Günəşin qabağını? 

                       Bu bağdan ayağını. 

Alma:            Meyvəqurdu, məni 

                       Gətirmə zara, 

                       Günəş mənimkidir 

                       Çəkil kənara. 

                       Günəşdən mən 

                       Almalıyam işığı, 

                       Bil ki, mənəm 

                       Bağların yaraşığı 

                       Bu dünyaya ən ləzzətli, 

                       Payam mən, 

                       Özüdə günəşə, 

                       Aya tayam mən  



      (Meyvəqurdu öz –özünə deyinərək gözdən itir) 

                           

Yerlərin ayına bax...



 

                        Günəşin tayına bax... 

     Alça almanın özünü tərifləməsini eşidib deyir: 

                      Meyvəqurdu düz deyir. 

                       Mən lap məətəl qaldım 

                       Eşidəndə sözünü. 

                       Ay alma, boş yerə sən 

                       Təriflədin özünü. 

                       Atan “Al” yox 

                       Alma qoyub adını. 

                       Almasınlar,  

                       Bilməsinlər dadını. 

                       Heç alma dünyada 

                       Alçaya çatmaz. 

bunu eşidən heyva budaqdan başını qaldırır) 



                      Alça, tərifnamən 

                       Həddini aşdı. 

                       Səndəki turşudan 

                       Dişim qamaşdı. 




16 

 

                       Mən Heyvayam, 



                       Xoşlayırlar ətrimi. 

                       İnsanlar hamıdan çox 

                       İstəyirlər xətrimi. 

            ( Bu tərifnaməni eşidən əncir:) 



                     Heyva, danışdığın  

                      Boş qalmaqaldır. 

                      Mən Əncirəm 

                      Dadım elə bil baldır. 

                      Əncirin çox xeyri var 

                      Oxşayıram o, 

                      Saralan armuda.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

Armud:        Bir buna bax, özünü  

                       Mənə tay etdi bu da. 

                       Məclislərdə hamının 

                       Ürəyinə yatıram 

                       Mən bütün xəstələrin  

                       İmdadına çatıram. 

 (Bu an meyvəqurdu kənardan durub acı-acı baxır. Al rəngli nar  gəlir) 

                      Armud,söylə sənə 

                       Nə ehtiyac var? 

                       O mənəm, xəstəyə  

                       Məndə əlac var. 

 (Meyvəqurdu yenə öz-özünə kənardan baxıb deyinir: Heç onu  yoxdur                          



  dərən, Danışır çərən-pərən )  

Nəhayət bu söhbətdən sonra meyvələr belə qərara gəlirlər ki, sabah müsabiqə     

təşkil olunsun, bilinsin ki, hansı meyvə daha yeməlidir)  Bunu eşidən   

meyvəqurdu sevinərək aranı qarışdırmağa hazırlaşır.  

Meyvəqurdu: Meyvələr lovğadır çox, 

                        Heç birində dostluq yox. 

                        Danışdı hamı boş-boş, 

                        Heç kəsə gəlmədi xoş. 

                        Burda nə ki meyvə var, 

                        Bir günə qırmaq olar. 

   (Meyvəqurdu sağa-sola boylanır, alma olan budağa yaxınlaşır) 

                         Salam, ay qızıl alma salam 

                         Sənə vardır vacib sözüm. 

                         Dünən axşam Narın özü, 

                         Sənə yaman tələ qurdu 

                         Nar möhkəm tapşırdı mənə, 

                         Bir bərk ziyan vurum sənə. 

        Alma:       Sən ziyan vurasan mənə?  

        M.q:          İnan, əl vurmaram sənə. 

Meyvəqurdu aranı çaxnaşdırmaq üçün sevincək narın yanına gəlir: 



17 

 

                          Salam sənə  Gülövşə nar, 



                          Qarşında bir, təhlükə var. 

                          Almadır sənin qəddar düşmənin. 

         Nar:         Sağ ol, xəbər verdin mənə. 

                     Meyvəqurdu öz-özünə: 

                          Saldıq sizi rəqabətə 

                          Düşəcəksiz fəlakətə 



     Meyvəqurdu həşəratları çağırıb tapşırıq verir: 

                          Xəbər tutdum olacaq 

                          Sabah meyvə bayramı 

                          Meyvələr yarışacaq 

                          O saat bağa aşın  

                          Meyvələrə daraşın 



Alça və Heyva göylərdə Meyvəqurdunun kölgəsini görüb: 

                         Göylərə bax ay Alça, 

                         Uçur mavi bir xalça. 

   Heyva:          Yox dağlara çöküb duman. 

                         Düşmənlərdir o çox güman 



(meyvəqurdunun kələyindən xəbəri olan əncir Nara yaxınlaşıb qulağına) 

    Əncir:         Ey Nar, bir qulaq as mənə, 

                        Bir pis xəbər verim sənə. 

                        Həşərat istəyir Cuma 

                        Üstümüzə hücuma. 



      Nar:           Qorxma, kəsib yollarını, 

                        Bağlayarıq qollarını. 



(Meyvəqurdu gözdən itir. Alma sabahkı bayramda üstünlük qazanmaq üçün                    

                      çalışır., əynindəki zərli donuna sığal vurub hərlənir.) 

Alma:                Eh, narın başında 

                           Sınıq bir tac var. 

                           Mənimsə suyumda 

                           Min bir əlac var. 

                           Ay göndərib mənə 

                           Bu gözəl donu. 

                           Sabahki bayramda 

                           Geyinim onu. 

                           Hamıdan qiymətli 

                           Bir inci olum. 

                           Meyvələr içində 

                           Birinci olum. 

                           Məclisə saat onda 

                          Yola düşüm faytonda. 

                          Heyva Almaya tənə ilə: 

Heyva:              Tərifə tutmusan yenə özünü, 

                          Alma, saxla sabah söylə sözünü 




18 

 

                          Telləri töküb belə,  



                          Çox da lovğalanma elə. 

                          O gün, mənə sən demisən daş Heyva. 

                          Sabah isə deyəcəksən baş Heyva. 

Səhnədən  hamı  gedir.  Yenidən  Almanın  nəğməsi  esidilir.  Nəğmə  oxuya  –oxuya 

yarışmaya tələsir. 

 Almanin nəğməsi:   Uzanır yol boyu alma ağacı 

                                    Almalardır hər azarın əlacı 

                                    O, göylərdə sovqat gedir hər yana, 

                                    Bir nemətdir, həyat verir insana. 

                     Almanın nəğməsindən qəzəblənən meyvəqurdu: 

                                    Qoy oxusun şirin sözlər 

                                    Bir-birinə calansın 

                                    Fayton aşsın, qızıl Alma 

                                    Xəndəyə yumbalansın 



Almanın getdiyi fayton meyvəqurdunun diyirlədiyi daşa çırpılıb yerə dağılır. Alma        

yenidən durub yoluna davam edir.Uzaqdan narın gözəl nəğməsi eşidilir. 

Nar nəğməsi:             

Gözəl meyvə var- var       

                                         Onun adı nar-nar 

                       Səhnədə narın nəğməsinə hamı heyran qalır. 

                                        Mənim adım Nar-Nar, 

                                        Dadlı barım var-var 

                                        Mənim adım Nar-Nar, 

                                        Meyxoş meyvəm var-var  

                                        Payız fəsli gələndə, 

                                         Mən verirəm bar-bar. 

                       Bunu eşidən Meyvəqurdu Nara söz atır. 

                                        Meyvəqurdu toxunsa, 

                                        Ağlayarsan zar- zar. 

Bu sözdən sonra münsiflər heyəti olan Şaftalı Ərik Narı qovub Almanı çağırırlar 

səhnəyə. Alma nəğməsini söyləyir, rəqs edir: 

 

                                       Mən durna kimi süzüm, 



                                        Düşmən ürəyini üzüm. 

                         



           Şaftalı və Ərik Almaya yüksək qiymət verirlər. Bunu görən Nar deyinir: 

            ( Nar , Heyva paxıllıqla Almanın rəqsinə tamaşa edirlər. 



 

 Meyvəqurduların tələsindən xəbəri olan Əncir tövşiyə-tövşiyə məclisə   

            girərək yoldaşlarını xəbərdar etməyə tələsir.) 

         Əncir:                              Ay meyvələr, 

                                                  Gəldim xəbər verim mən, 

                                                  Aldatdı sizi düşmən. 

                                                  Yaramaz Meyvəqurdu 

                                                  Sizə bir tələ qurdu. 



19 

 

                                                  Meyvələr,qalmayın tək 



                                                  Gəlin, gəlin birləşək! 

                                                  Qoruyaq bir-birimizi. 

                                                  Düşmən məhv etməsin bizi! 

                                

    I aparıcı:             Xanımana Əlibəylinin poemaları uşaqlar üçün bir ibratəmaiz   

                               nümunə olub, uşaqlara ibrət verir onlara yol göstərir,  

                               tərbiyələndirir. Onun “ Məni günəşə at ” kitabında toplanmış “   

                               Məni günəşə at ” , “ Çoxbilmiş çəpişlər ”,“ Anamın nəğməsi ”,  

                               “ Aman ovçu ”, “ Mərcanqulu qalası ”, nağıl və əfsanələrdən   

                               toplanmış motivlər əsasında, “ Ulduzların qucağı ”, “ Bir yaz  

                               səhəri ”, poemaları isə müasir həyat hadisələri mövzusunda    

                               qələmə alınmışdır.   

     II aparıcı:        Bu əsərlərin hər birində müəllif ağıllı tədbirli olmağı təlqin edir. 

                               Ağıllı çəpişlərin vaxtında tədbir görməsi nəticəsində Qurd  

                               ocaqda yanır. Əziz uşaqlar bununla Xanımana Əlibəyli demək 

                               istəyir ki, düşmən nə qədər güclü olsa da, ağlın gücü ilə onu 

                               məğlub etmək olar.                                

      I aparıcı:      Şairənin  “Anamın nəğməsi” şeirində “ Çəpişlər ” in əksi olaraq 

                             düşünülməmiş atılan addımın heç bir nəticə vermədiyi təlqin  

                             edilir.Toyuqların düşünülməmiş addımı ilə tülküyə yem 

                             olmasının qarşısını ovçunun açdığı bir güllə alır. Balaları yoxa 

                             cıxarkən kədərli mahnı oxuyan ana toyuq, tülkü məhv edildikdən 

                             sonra şən nəğmələr oxumağa başlayır: 

                              Gəlin həmin nəğməni dinləyək. 



                              ( Oxucu  şeiri demək üçün səhnəyə gəlir ) 

 

                              Toyuqlarım gözəl-göyçək, 

                              Hərəsi bir cürə çiçək. 

                              Biri çil-çil, biri sarı, 

                              İpək kimi qanadları, 

                              Gəzin çöldə, gəzin düzdə,  

                              Səpilmişdir önünüzdə. 

                              Hər cürə dən, toyuqlarım, 

                              A mənim şən toyuqlarım

                                

        II aparıcı:       87 yaşında dünyasını dəyişən Xanımana Əlibəyli bu gün də   

                                 unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət  

                                 yoldaşlarının qəlbində əbədi yaşayır. 

 

                                            



 

                                                  

Son 

 


20 

 

İstifadə edilmiş ədəbiyyat: 

 

1. Fərəcov S. Uşaqların şəfqətli ədibi: Xanımana Əlibəyli // Mədəniyyət. - 2013. - 



19 aprel. - № 28. - S. 15. 

1.  Eyvazov  S.  Uşaq  məhəbbətini  qazanmağın  çətin  yolu:  Xanımana  Əlibəylinin 

dramaturgiyası haqqında // Mədəniyyət. - 2011. - 20 aprel. - N 27. - S. 13. 

1. Nəbiyev B. Uşaq ədəbiyyatımızın xanım anası: Xanımana Əlibəyli // Ədəbiyyat 

qəzeti. - 2008. - 11 yanvar. - S. 3-4. 

2.Uşaqların  sevimli  şairi  :  Xanımana  Əlibəyli  haqqında  //  Göy  qurşağı.  -  2007.  - 

№3(8). - S.14-15.  

1. Namazov Q. 1945-1960-cı illərdə uşaq ədəbiyyatı //Azərbaycan uşaq ədəbiyyatı. 

- B: Universiteti nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü uşaq ədəbiyyatı, VI fəsil. 

- S. 272-284. 

2.    Namazov  Q.  Xanımana  Əlibəyli  (1923-2007)//  Azərbaycan  uşaq  ədəbiyyatı.  - 

B: Bakı Universiteti nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü uşaq ədəbiyyatı, VII 

fəsil. - S. 332-336. 

3.  Əlibəyli  X.  (1920-2007).  Aman  ovçu;  Yuxuda;  Qızıl  şar:  şeirlər//  Azərbaycan 



uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. C.2. - B.: Öndər, 2004. - S. 178-184. 

 

 

Redaktor:     Şəhla  Qəmbərova  -     F. Köçərli adına Respublika 

                       Uşaq  Kitabxanasının direktoru 

 

Tərtib edəni: Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq 

                       Kitabxanası  elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Korrektor:    Məmmədli Ruhiyyə - F.Köçərli adına Respublika Uşaq      

                       Kitabxanası elmi-metodika şöbəsinin müdiri 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə