6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə17/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   13   14   15   16   17   18   19   20   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

c) Qrammatika sahəsində. Morfoloji baxımdan yana-
şıldıqda ədəbi danışıq üslubunda bir qrup sözlərin – nitq 
hissələrinin daha çox işləndiyi müşahidə edilir. Danışıqda 
əsas nitq hissələrindən əvəzliklər və feillər daha çox işlənir. 
Mən gördüm. Sən danışdın. Onlar yazdılar. Biz görüşdük və s.
Ədəbi danışıq üslubunda qeyri-müəyyən nitq hissələ-
rindən nida və modal sözlərə də tez-tez müraciət olunur. Bu 
qrup sözlər nitqin emosional-ekspressiv keyfiyyətini artırır.
Bu üslubu bir sıra sintaktik dil əlamətləri də səciy-
yələndirir. Burada yarımçıq və müxtəsər cümlələr geniş 
yer tutur. Cümlələrin elliptikliyindən tez-tez istifadə 
olu nur və s.
Ədəbi danışıq üslubunun etnolinqvistik əlamətləri. 
Şifahi danışıq prosesində dilxarici vasitələrə də müraciət 
edilir. Ədəbi dilin bu üslubunda mimika və jestlərdən ge-
niş istifadə olunur. Bunlar dinləyicini səfərbərliyə almaq-
da, fikri gücləndirməkdə danışana kömək edir.
1
2. Ədəbi dilin bədii üslubu
Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunma-
sına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii 
dil də adlanır.
Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. 
Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvi-
dir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən 
onun əsasını təşkil etmişdir.
Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr 
üslubu.
1
Afad Qurbanov. Ümumi dilçilik, II cild, Bakı, 1993, səh. 184-185.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
31
Bədii üslubun bu formaları bir sıra cəhətləri və əlamət-
lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan 
əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir 
verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində bu 
ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda 
qafiyəli nəsr də olmuşdur).
Bədii üslubun hər iki formasında janrlarla əlaqədar 
bir sıra üslublar da olur, məsələn:
1) qəzəl üslubu;
2) qoşma üslubu;
3) dram üslubu;
4) hekayə üslubu;
5) satira üslubu və s.
Ədəbi dilin bədii üslubunun bir sıra özünəməxsus xü-
susiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. 
Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.
Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müx təlif 
söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər 
seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üs-
lub oradan istifadə etməsin. Dildə hər nə varsa, bədii üslubun 
ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, 
yaxud surətin nitqini fərdiləşdirmək üçün, sənət, peşə ilə 
əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla 
bərabər, həmin üslubda sözlərin məna qruplarından – eyni 
səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif for-
malı, lakin yaxın məna ifadə edən sözlərdən (sinonim); məna-
ca bir-birinin ziddi olan sözlərdən (antonim); formaca yaxın, 
lakin müxtəlifmənalı sözlərdən (paronim) bədii ifadə vasitəsi 
kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya 
dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə