6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə3/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

I. 
Giriş. Burada Azərbaycan dili haqqında qısa izahat 
verilir. Bundan sonra Azərbaycan dilinin tərkib his-
sələri, ədəbi dil, danışıq dili və bunların xüsusiyyət-
ləri aydınlaşdırılır.
II. Fonetika. Dilimizin səs sistemi, fonetik hadisə və qa-
nunları şərh olunur.
III. Orfoepiya. Ədəbi dilimizin tələffüz normaları izah 
edilir.
IV. Yazı. Yazı anlayışından, ümumiyyətlə, yazının əmələ 
gəlməsindən, onun tipləri və inkişafetmə yolların-
dan bəhs olunur. Eyni zamanda, burada Azərbaycan 
yazısı da izah edilir.
V. 
Əlifba. Əlifba anlayışı, əlifbanın xüsusiyyətləri və 
əhəmiyyəti aydınlaşdırılır. Bununla bərabər, müasir 
Azərbaycan əlifbasının tərkibi, hərflərə ad verilməsi 
qaydaları izah olunur.
VI. Qrafika. Əlifbamızdakı hərflərin dilimizdəki han-
sı səsi bildirdiyi, necə oxunduğu, hərflərlə səslə-
rin nisbəti və hərflərin necə yazıldığı (cızıldığı) 
göstərilir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
8
VII. Orfoqrafiya. Azərbaycan dilinin orfoqrafiyasında is-
tifadə olunan prinsiplər haqqında məlumat verilir.
Bununla bərabər, sözlərin bitişik, defislə və ayrı ya-
zılması göstərilir, sətirdən-sətrə keçirilməsi qaydala-
rı izah olunur.
VIII. Leksikologiya. Azərbaycan ədəbi dilindəki sözlər-
dən, onların mənşəcə qruplaşdırılmasından, işlənmə 
dairəsindən və s. bəhs olunur.
IX. Onomalogiya. Dildəki xüsusi adların növləri, yaran-
ması və istifadə olunması aydınlaşdırılır.
X. 
Semasiologiya. Ədəbi dildəki sözlərin məna xüsu-
siyyətləri və növləri şərh olunur.
XI. Frazeologiya. Dilimizdəki frazeoloji vahidlər, onla-
rın tipləri, məna növləri və üslubi xüsusiyyətləri izah 
olunur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə