6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə20/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   16   17   18   19   20   21   22   23   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də 
eyni üslubda yazılır. Bu növ əsərlər elmi üslubu icti-
mai-publisistik üsluba yaxınlaşdırır.
4. Ədəbi dilin publisistik üslubu
İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin an-
layacağı şəkildə izah edilməsi publisistik üslub adlanır. 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
35
Bu üsluba, eyni zamanda, kütləvi üslub, kütləvi dil də 
deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, adi məlumat 
xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, qəzet 
xülasələrinin və s. dili daxildir.
İctimai-publisistik üslubun əmələ gəlməsində mətbu-
atın xüsusi rolu vardır. Buna görə də bu üslubu çox zaman 
mətbuat üslubu da adlandırırlar. Lakin qeyd etməliyik ki
qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üs-
lubda yazılmır.
Elə buna görə də bütün məqalələri mətbuat üslubu 
adı altında başa düşmək düzgün deyildir; mətbuat üslu-
bu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) qə-
zet üslubu, b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri 
vardır. Bu fərqlər, hər şeydən əvvəl, ondadır ki, qəzetdə 
mənası gec başa düşülən sözlərə, tərkiblərə yer verilmir. 
Ancaq jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar və 
sair çox işlədilir.
Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu, 
əsasən, XIX əsrdə milli mətbuatın meydana çıxdığı dövr-
dən formalaşmağa başlamışdır.
İctimai-publisistik üslubun janrlara görə müxtəlif 
qolları olmasına baxmayaraq, bunların hamısının ümumi 
və digər üslublardan fərqli xüsusiyyətləri vardır. Həmin 
xüsusiyyətlər ictimai-publisistik üslubun sadəliyində, yığ-
camlığında, kütləviliyində, kəskinliyində və təsirli olma-
sında özünü göstərir.
İctimai-publisistik üslubun səciyyəvi cəhətləri aşağı-
dakılardan ibarətdir:
1) sözün istehza ilə işlədilməsi;
2) sarkazmlar yaradılması;
3) frazeoloji vahidlərdən geniş istifadə olunması;
4) bədii ədəbiyyatdan sitatlar verilməsi;
5) ifşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
36
İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslub-
dur. Burada xalq danışıq ünsürləri çox olur. Məsələn, “Kir-
pi” jumalındakı məqalələrin əksəriyyətində istənilən qədər 
xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr 
və s. vardır.
İctimai-publisistik üslubda yazılan oçerklər bunu bə-
dii üsluba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi 
materiallar isə rəsmi üsluba yaxınlaşdırır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə