6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə18/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   14   15   16   17   18   19   20   21   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsin-
də geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə 
yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
32
bunları çox müxtəlif formalarda, müxtəlif məqam və və-
ziyyətdə işlətmək olur.
Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda 
istifadə olunması onların məcazi məna kəsb etməsi imkan-
ları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəy-
yən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların 
müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edi-
lir. Buna görə də bədii üslub obrazlı olur və bu cəhətinə 
əsasən digər üslublardan fərqlənir.
Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda 
bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa 
bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət 
əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar – ritorik 
suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da, öz növ-
bəsində, onu başqa üslublardan fərqləndirir.
Fonetik materialın istifadəsində. Bədii üslubda di-
lin səs sistemi, bir növ, estetik təsir vasitəsinə çevrilir. Xü-
susən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. 
Eyni zamanda, səslərin fonetik sıralanması ilə bəzən ifa-
dənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, 
bədii üslub üçün xarakterikdir.
Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş 
istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz və-
zifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii 
surətlərin nitqini fərdiləşdirmək və sair kimi üslubi cəhət-
lər üçün işlənilir
1
.
Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara 
tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində 
verilərək həmin mətnin məzmunu ilə uyğun gəlir. Bunların 
vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.
1
Bu haqda ətraflı məlumat almaq üçün müəllifin “Bədii əsərlərin dilində poetik sitatların 
üslubi rolu” (V.İ.Lenin ad. APİ-nin əsərləri, № 2, 1965) adlı məqaləsinə baxmaq olar.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
33
Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obraz-
lı, emosional və ekspressivdir. Bu üslub başqa üslublara 
nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azər-
baycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu 
üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsa-
sında get-gedə daha da təkmilləşir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə