2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə16/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   12   13   14   15   16   17   18   19   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

İNKORPORLAŞAN DİLLƏR
İnkorporlaşan
2
dillərin başlıca struktur xüsusiyyəti 
ondan ibarətdir ki, bir neçə sözün az və ya çox dərəcədə 
1
Bax: Ю.С.Маслов. «Введение в языкознание», M., 1975. c. 197-198.
2
Latınca “incorporatiosözündən olub, mənası “birləşmək, öz tərkibinə daxil etmək” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
29
bir söz tərkibində birləşməsi, morfoloji bitişməsi nəticə-
sində cümlə əmələ gəlir. Başqa şəkildə demiş olsaq, bizim 
işlətdiyimiz cümlələrin hər biri inkorporlaşan dillərdə bir 
mürəkkəb sözlə ifadə olunur. Məsələn, dilimizdəki “Mən 
gəldim ki, bunu ona verim” cümləsi Şimali Amerika hin-
dilərinin çinuk dilində, bir sözlə, yəni i-n-i-a-ı-u-d-a-m 
sözünə uyğun gəlir. Alimlər müəyyən etmişlər ki, bu söz-
dəki ayrı-ayrı səslər bu və ya başqa anlayışı və sözü bildi-
rir
1
. Yaxud, asteklərin dilində nakatl – “ət”, kva – “yemək”, 
ni – “mən “ deməkdir. “Mən ət yeyirəm” – dedikdə söz-
lər birləşərək “ninakakva” kimi tələff üz olunur ki, bu da 
“söz-cümlə” şəklini alır. Burada dil vahidini söz və cüm-
ləyə ayırmaq olmur.
İnkorporlaşan dillərə Amerika hindilərinin bir sıra dillə-
ri, Asiya dillərindən olan çukot, koryat, aleut, eskimos, kamça-
dal və s. dilləri aid etmək olar.
1
Bax: P.S.Kuznetsovun adını çəkdiyimiz kitabı, səh. 23.
DİLLƏRİN TİPOLOJİ TƏSNİFİ
Köksözlü
dillər
Aqlütinativ 
dillər
Sintetik dillər
Analitik dillər
Flektiv
dillər
İnkorporlaşan 
dillər
8-ci sxem
Dil inkişaf edən hadisədir. Buna görə də dünya dillə-
rinə dair bu dörd dil tipinə məxsus olan dillər əbədi olaraq 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
30
eyni dil tipində qalmayıb, dəyişərək başqasına keçə bilər. 
Bunu tarixi faktlar da göstərir. Belə ki, vaxtı ilə Çin dili şə-
kilçili dil tipi olmuş, uzun inkişaf yolu nəticəsində köksöz-
lü dillərə yaxınlaşmışdır.
Dünya dillərinin qruplaşdırılması və öyrənilməsində 
tipoloji təsnif müəyyən dərəcədə əhəmiyyətə malikdir. La-
kin bununla bərabər onun bir sıra çatışmazlığı da vardır:
1. Tipoloji təsnifin vasitəsilə aqqlütinativ və flektiv dillə-
rin sərhədini tam müəyyənləşdirmək olmur. Məlum-
dur ki, hər iki dil tipində bir-birinə oxşar hadisələr az 
deyildir. Bunların hansı dilə məxsus olduğu dəqiq 
göstərilmir.
2. Tipoloji təsnifdə bütün dünya dilləri əhatə edilmir. Bu 
bölgüdə az miqdar dildən bəhs olunur. Elm aləmində 
geniş şərh olunmamış dillər burada öz əksini tapmır. 
Belə bir cəhət tipoloji təsnifin natamamlığını göstərir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə