2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə15/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   11   12   13   14   15   16   17   18   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Flektiv dillərdə
Aqlütinativ dillərdə
Rus dilində 
 
 
Azərbaycan dilində
Друг 
tək 
dost
Друзья
cəm
dostlar
Alman dilində 
 
 
Azərbaycan dilində
Bruder
tək 
qardaş
Brüder
cəm
qardaşlar
İngilis dilində 
 
 
Azərbaycan dilində
foot 
tək 
ayaq
feet 
cəm
ayaqlar
man 
tək 
adam
men 
cəm
adamlar
Buradan göründüyü kimi, rus dilindəki “dostlar”, 
alman dilindəki “qardaşlar”, ingilis dilindəki “ayaqlar” 
və “adamlar” sözləri daxili fleksiya əsasında dəyişib yeni 
qrammatik forma əmələ gətirir.
Fleksiya sami dillərdə, o cümlədən ərəb və yəhudi dil-
lərində daha xüsusi rola malikdir.
3. Bir sözdüzəldici və ya sözdəyişdirici şəkilçi bir neçə 
qrammatik funksiyaya malik olur. Məsələn, rus dilin-
də bəzi sifətlərdə şəkilçilər eyni zamanda hal, kəmiy-
yət və cins kateqoriyalarını da bildirir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
28
4. Bir şəkilçi bəzən bir neçə qrammatik kateqoriyanı ya-
ratmağa xidmət edir. Məsələn, rus dilində – ka şəkil çi-
si kiçiltmə – əzizləmə (Иванушка, мальчишка, год ка, 
ручка və s.), qadın cinsi (соседка, санитарка, ак ти-
вист ка və s.) və ümumi əlamət (вечерка, неотложка, 
по гонка və s.) mənalarını bildirir.
Bu xüsusiyyətlərin sayını artırmaq da mümkündür. 
Buraya sözlərdə sıfır dərəcəli şəkilçilərin olması, söz əsas-
larının müstəqil işlənə bilməməsi və s. daxildir
1
.
Flektiv dillərin hamısı eyni xüsusiyyətə malik deyil-
dir. Buna görə də flektiv dillərin özləri də iki yerə bölünür: 
1) sintetik-flektiv dillər; 2) analitik-flektiv dillər.
1. Sintetik-flektiv dillərin başlıca xüsusiyyəti ondan ibarət-
dir ki, cümlə daxilində sözlər arasındakı əlaqəni söz 
özü yaradır. Bu cür dillərdə hal kateqoriyası özünü 
göstərir. Buraya qədim yazılı hind-Avropa dillərinə 
mənsub edilən sanskrit, yunan, latın, qədim slavyan dil-
ləri, habelə müasir rus dili daxildir.
2. Analitik-flektiv dillərin başlıca xüsusiyyəti ondan ibarətdir 
ki, cümlə daxilində sözlər arasındakı əlaqəni müstəqil 
söz yox, köməkçi sözlər və söz cərgəsi yaradır. Bu cür 
dillərdə ya tamamilə hal kateqoriyası özünü göstərmir, 
ya da onun müəyyən əlamətləri nəzərə çarpır. Buraya 
müasir hind-Avropa dillərindən fransız, italyan və ingilis 
dilləri, slavyan dillərindən isə bolqar dili daxildir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə