2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə14/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   10   11   12   13   14   15   16   17   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Azərbaycan dilində 
 
Rus dilində
kitab-lar
 
 
книги
kitab-lar-da 
 
 
в книгах
traktor-lar
 
 
тракторы
tələbə-lər
 
 
студенты
dəniz-lər
 
 
моря və s.
Göründüyü kimi, Azərbaycan dilində cəmlik anlayışı 
hər yerdə eyni şəkilçilərlə, yəni -lar və -lər ilə, rus dilində 
isə müxtəlif şəkilçilərlə ifadə edilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
26
3. Aqlütinativ dillərdə şəkilçilər bir sözdə eyni za-
manda ancaq bir vəzifə ifadə edir. Lakin flektiv dillərdə, 
o cümlədən rus dilində bir şəkilçi bəzən eyni zamanda iki 
vəzifəni yerinə yetirir.
Azərbaycan dilində 
 
Rus dilində
məktəblər
 
 
школы
lövhələr
 
 
доски və s.
Bu misallarda Azərbaycan dilindəki sözlərdə lər va-
sitəsilə ancaq cəmlik anlayışı ifadə olunur. Lakin rus sözlə-
rində və ı vasitəsilə eyni zamanda həm adlıq hal, həm də 
cəmlik ifadə edilir
1
.
Aqlütinativ dil tipinə aşağıdakı dillər daxildir: türk 
dilləri, fin dilləri, uqor dilləri, Qafqaz dilləri, dravid dilləri, İndo-
neziya dilləri, bantu dilləri və s.
FLEKTİV DİLLƏR
Flektiv
2
dillər də şəkilçilidir. Bu cəhətə görə köksözlü 
dillərdən fərqlənir. Lakin flektiv dillər bir sıra xüsusiyyət-
lərinə görə şəkilçili olan aqlütinativ dillərdən də seçilir.
Tipoloji bölgüyə görə, rus, alman, ingilis, latın, hind, 
ərəb, yəhudi və s. flektiv dillərə aiddir.
Flektiv dillərin aşağıdakı əsas xüsusiyyətləri mövcuddur:
1) Şəkilçilər bir-biri ilə və köklə möhkəm bağlı olur. Bu 
dillərdə çox zaman şəkilçiləri kökdən ayırmaq müm-
kün deyildir.
2) Başqa dillərə nisbətən flektiv dillərdə daxili flek-
siya, yəni qrammatik forma yaratmaq üçün söz 
1
Bax: P.S.Kuznetsorun adını çəkdiyimiz əsəri, s. 17.
2
Flektiv – latınca “flexio” sözündəndir. Mənası “əyilmək, başqasına keçmək (dəyişmək)” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
27
köklərində səslərin dəyişməsi halları daha qüvvət-
lidir. Bunu aqqlütinativ dillərlə müqayisədə aydın 
görmək olur. Məsələn, rus dilində “dost”, alman 
dilində “qardaş”, ingilis dilində “ayaq”“adam” söz-
lərini götürək və bun ların tək və cəm formalarına 
fikir verək.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə