2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

III BÖLMƏ
DİLLƏR VƏ
ONLARIN TƏSNİFİ


6
DİLLƏR HAQQINDA
Müasir dilçiliyin ən başlıca və mürəkkəb problemlə-
rindən biri dünyada mövcud olan dillərin, böyük və ya ki-
çik, az və ya çox yayılmasından asılı olmayaraq, hər birini 
araşdırmaq, onlardakı fərqli, yaxın və ümumi cəhətləri aş-
kar edib, dünya dillərinin miqdarını müəyyənləşdirməkdən 
ibarətdir. Elm aləmində bu haqda müxtəlif fikirlər vardır.
Dünya dilləri dedikdə, hazırda qüvvədə olan dillərlə bə-
rabər vaxtı ilə ünsiyyət vasitəsi olmuş, lakin indi öz rolunu 
itirmiş dillər də nəzərdə tutulur. Bu cəhət əsas götürülərək 
bütün dünya dilləri iki yerə bölünür: ölü dillər və canlı dillər.
ÖLÜ VƏ CANLI DİLLƏR
Müəyyən tarixi dövrdə xalqa ünsiyyət vasitəsi kimi 
xidmət etmiş və tədricən unudulub sıradan çıxmış dillərə 
ölü dillər deyilir. Məsələn, sanskrit, pali, prakrit, pəhləvi, 
soqdiy, Xarəzm, şumer, latın, hett, qıpçaq, peçeneq, uqarit, 
akkad, aramey, etrusk, Finikiya, elam dilləri və s.
Elam dili eramızdan əvvəl III minillikdə İranın cənu-
bunda meydana gəlmiş Elam dövlətinin dili olmuşdur. Bu 
dil üç min il öz varlığını saxlamışdır. Onun haqqında son 
məlumat IX əsrə aiddir
1
. Həmin məlumata əsasən demək 
XII FƏSİL
DÜNYA DİLLƏRİ
1
Bax: Ю.Б.Юсифов. «Элам: социально-экономическая история». Москва, 1968, с. 49-89.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
7
olar ki, elam dili təkcə Elam dövlətində deyil, bütövlükdə 
Əhəməni dövlətində geniş yayılmışdır. Əhəmənilərin ha-
kimiyyəti illərində elam dili dəftərxana, inzibati idarə və 
dövlət dili kimi işlədilmişdir.
Elam dilinin müxtəlif qədim dillərilə qohumluğu 
fikri irəli sürülmüşdü, lakin bu qohumluq indiyədək 
elmi cəhətdən sübut edilməmişdir
1
. Elam dilinin müasir 
Qafqaz, dravid və türk dilləri ilə ümumi mənşə qohum-
luğu olması nəzəriyyələri də elmdə mövcuddur, lakin on-
ların ayrı-ayrılıqda elam dili ilə qohumluğunu göstərən 
leksik və qrammatik əlamətlər inandırıcı dəlillər əsasında 
açılıb göstərilməmişdir
2
.
Elam dilində ilk yazı növü kimi piktoqrafik – şəkli 
yazıdan, sonra isə başqa yazı formasından istifadə olun-
muşdur. Hər iki yazı növünə aid mətnlərin dili göstərir ki, 
elam dili bir neçə inkişaf mərhələsi keçmişdir.
Elam dili barədə təsəvvür yaratmaq üçün aşağıdakı 
misala nəzər yetirək. Akkad hökmdarı Naram-Sin ilə Elam 
hökmdarı arasında bağlanılmış müqavilədə belə cümlə 
işlədilmişdir: pitir Naram-Sanni-ra pitir u-ri lut-tir Na-
ram-Sinni-ra lutir u-ri, yəni “Naram-sin-in düşmən-i mən-
im düşmənimdir. Naram Sin-in dostu mənim dostumdur” 
(defislə müvafiq şəkilçilər sözdən ayrı göstərilmişdir). 
Cümlədə pitir “düşmən”luttir “dostu”u “mən”ra, -ri (-r) 
müvafiq şəkilçiləri bildirir
3
.
Dilin “ölməsi” xalqın taleyi ilə bağlı olur. Belə ki, qə-
bilə, tayfa, xalq müəyyən səbəbdən məhv olarkən onun 
dili də sıxışdırılır və çox halda ölü dillər cərgəsinə keçir.
1
Ю.Б.Юсифов. «Ранние контакты Месопотамии с северо-восточными странами (При-
урмийская зона)», – Вестник древней истории, 1937, № 1, c. 34-48; Ю.Б.Юсифов. «O 
языках древнейших насельников Азербайджана» – “Azərbaycan filologiyası məsələləri”, 
Bakı, 1983, səh. 63-64, 68.
2
Ю.Б.Юсифов. «Элам», c. 38-39.
3
Ю.Б.Юсифов. «Элам: социально-экономическая история», 1968, с. 48-49.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
8
Hazırda “ölü” adlandırılan dillərdə danışmış bir 
çox qədim xalqların nəsli tamamilə kəsilib sıradan çıx-
mışdır. Məsələn, latın dilində danışan xalqın nəslinə in-
diki italyanların, fransızların, rumınların, ispanların və 
b. tərkibində rast gəlmək mümkündür. Qədim qıpçaq 
və peçeneqlərin nəsli müasir qazaxların, qumuqların, 
noqayların, qaraçay-malkarların, karaimlərin, qaraqal-
paqların və bir çox başqa türkdilli xalqların tərkibində 
qaynayıb-qarışmışdır. Qədim etruskların (tursakların) 
nəsli isə müasir italyanların tərkibində yaşamaqdadır. 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə