2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   8   9   10   11   12   13   14   15   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

KÖKSÖZLÜ DİLLƏR
Şəkilçiləşməyən dillərə monosillobik (təkhecalı), ya-
xud köksözlü dillər deyilir. Elmi ədəbiyyatda bu tip dil-
lərin “amorf dillər” adlanmasına da rast gəlinir. Amorf ter-
minindən istifadə edilməsi bəzən mübahisə doğurur, onun 
düzgün olmadığı göstərilir. Əslində, “amorf” dedikdə bir 
sıra başqa terminlər kimi öz həqiqi mənasında deyil, şər-
ti olaraq işlənilir və forma düzəldən ünsürlərin olmaması 
nəzərdə tutulur
1
.
Köksözlü dillər bir sıra xüsusiyyətləri ilə başqaların-
dan fərqlənir:
1. Lüğət tərkibini təşkil edən leksemlər birhecalı kökdən iba-
rət dir. Bu tip dillərdə, əsasən, kök morfemlər mövcuddur.
2. Köksözlü dillərdə heç bir söz cümlə daxilində, nitq 
prosesində dəyişmir.
3. İntonasiya və vurğu həlledici rol oynayır. Bu vasitələr, 
elə bil, “sözdüzəltməyə” kömək edir.
4. Sözlərin sırası məna ilə bağlı olur. Müəyyən söz başqa 
sözün önündə və sonunda işlənməklə yeni-yeni mə-
naların ifadə olunmasına xidmət edir.
5. Sözlər arasında əlaqə yaratmaq üçün bəzən əsas söz 
(kök) öz həqiqi mənasından uzaqlaşaraq köməkçi kök 
vəzifəsini ifadə edir.
6. Bəzən mətndən asılı olaraq eyni bir söz həm əşya, həm 
əlamət, həm də hərəkət bildirir. Deməli, əşya, hərəkət, 
hadisə və s. bildirən sözlər bir-birindən zahiri əlamət-
lərinə görə fərqlənmir. Elə buna görə də dilçilər bu 
dillərdə nitq hissələrinin olmadığını söyləyirlər
2
.
1
Amorf – (a+moıphos) yunan mənşəlidir. “Morf” forma deməkdir, “a” isə inkarlıq bildirir. 
Bütövlükdə amorf formasız deməkdir. Dilçilikdə bu termindən “köksözlü dillər” termininin 
qarşılığı kimi istifadə olunur. Bax: Словарь иностранных языков. M., 1988, с. 33.
2
Bax: П.С.Кузнецов. Морфологическая классификация языков. Mосква, 1954, с. 14


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
24
Müasir dövrdə köksözlü dillərin bütün xüsusiyyətlə-
rinə tamamilə uyğun gələn dil yoxdur. Bu xüsusiyyətlərin 
hamısını eyni bir dildə tapmaq mümkün deyildir. Bunla-
rı bu və ya digər şəkildə ayrı-ayrı dillərdə, xüsusilə Cə-
nub-Şərqi Asiyada mövcud olan qədim (klassik) çin dilin-
də, tai dilində, müəyyən dərəcədə Hind-Çindəki Vyetnam 
dilində, Qərbi Afrikada istifadə olunan bəzi dillərdə müşa-
hidə etmək olur. Məsələn, çin dilində köksözlü dillərin bir 
sıra xüsusiyyətləri vardır.
Çin dilində “xao” sözü ifadə və cümlədəki yerinə və 
digər xüsusiyyətlərinə görə bir sıra mənalar ifadə edir:
1. “Xao jen” dedikdə “yaxşı adam”.
2. “Siyu xao” dedikdə “yaxşılıq etmək”.
3. “Dzio xao” dedikdə “qədim dostluq”.
4. “Xao daçvix” isə “çox əziz” mənasını ifadə edir
1
.
Bu sözlər, eyni zamanda, digər mənaların da ifadə 
olunmasında müəyyən rol oynayır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə