2. ÜMumi DİLÇİLİk II indd


DİLLƏRİN GENEALOJİ TƏSNİFİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə19/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   15   16   17   18   19   20   21   22   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

5. DİLLƏRİN GENEALOJİ TƏSNİFİ
Dillərin mənşə ümumiliyinə görə qruplaşdırılmasına 
genealoji
1
bölgü deyilir. Bu təsnifdə dillərin ancaq müasir 
vəziyyəti lazımi əsas vermir. Burada dillərin genetik birli-
yi, tarixi, bunların bir-birinə qarşılıqlı münasibəti nəzərə 
alınıb, onların qohumluğu
2
müəyyənləşdirilir.
Qohum dil anlamı. Material ümumiliyinə, ortaqlığına 
malik olan dillər qohum hesab edilir. Belə dillər bir kökə – 
qədim bir dilə mənsub olur. Dillərin qohumluğu onların 
bütün komponentlərində özünü göstərir.
Dil qohumluğunun müəyyənləşdirilməsi. Dillərin qo-
humluğu onların fonetik, leksik, morfoloji və sintaktik 
oxşar və yaxın əlamətləri əsasında müəyyənləşdirilir. Hər 
1
Genealoji – yunanca “genealogiya” sözündəndir. Bu sözdəki gen (genos) hissəsi “mənşə 
(əmələgəlmə)” deməkdir.
2
“Qohum” termini biologiyadan götürülüb, şərti mənada işlənilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
34
bir dilin qohumluğunun sübut olunması ətraflı müşahidə, 
dəqiq yoxlama və ciddi axtarış tələb edir.
Dillərin qohumluğu müəyyən edilərkən istər lüğət 
tərkibində, istərsə də qrammatik quruluşda olan hər cür 
oxşarlıq dillərin qohumluğunu müəyyən edən amil sayıl-
mır. Məsələn, Azərbaycan dilinin lüğət tərkibində işlənən 
kitab, katib, müharibə, müəllim, sahib, adəm, səma, kainat, idrak, 
şüur, təfəkkür, alim və s. kimi yüzlərcə belə söz fars və ərəb 
dillərində də işlənir. Yaxud, Azərbaycan dilinin qramma-
tik quruluşunda işlənən -na (naxoş, namərd, nainsaf və s.), 
-bi (bihəya, biqeyrət və s.) şəkilçilər fars dilində, -ist (kom-
munist, sosialist və s.), -izm (marksizm, leninizm, kommu-
nizm və s.) şəkilçilər isə rus dilində də işlənir.
Bütün bu leksik və morfoloji yaxınlıq Azərbaycan di-
linin nə fars dili ilə, nə də rus dili ilə qohum olmasını əsas-
landırır. Çünki bu misallardakı söz və şəkilçilər qohumluq 
əlaməti deyildir. Bunlar bizim dilə yad dillərdən gəlmişdir.
Dillərin qohumluğu müəyyən edilərkən belə təsadü-
fi halları deyil, dilin özünəməxsus olan xüsusiyyətlərini 
müqayisə etmək üçün onun qədim tarixinə nəzər salınır, 
oradan dilin özünə aid faktlar götürülür və başqa dillərlə 
müqayisə edilir. Buna görə də dil faktlarının müqayisəsi 
təsadüfi şəkildə yox, tarixilik nöqteyi-nəzərindən aparılır. 
Dil faktları müqayisə edilərkən nə qədər uzaq keçmişə mü-
raciət edilsə, bir o qədər obyektiv nəticələr əldə etmək olur.
Dillərin genetik vəhdətə əsasən qruplaşdırılması 
təcrübəsinin tarixi uzaq keçmişlə bağlıdır. Hələ XI əsrdə 
Şərqin böyük filoloqu kimi tanınan Mahmud Qaşqarlı 
müqayisə metodu əsasında bir sıra türk dilinin qohum ol-
duğunu göstərmişdir.
XVI əsrdə dillərin qohumluğunun öyrənilməsi diqqət 
mərkəzinə keçmişdir. Dünya dillərini qohumluğa görə 
geniş şəkildə öyrənməyə və qruplaşdırmağa İosif Yustus 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
35
Skaliger (1540–1609) xüsusi səy göstərmişdir. O, 1599-cu 
ildə yazdığı “Avropa dillərinə dair mühakimə” adlı əsərin-
də Avropa dillərində 11 “ana dili” müəyyən etmiş və bun-
ları da iki yerə bölmüşdür:

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə