2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə17/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   13   14   15   16   17   18   19   20   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. DİLLƏRİN STADİAL TƏSNİFİ
Bu təsnifə görə, dillərin inkişafı mərhələlərlə götürü-
lür və bunlar üzrə qruplaşdırmalar aparılır. Mərhələli-sta-
dial təsnifin rüşeymləri XIX əsrdə Avqust Şleyxerin morfo-
loji təsnifində mövcud olmuşdur.
Nikolay Marr Avqust Şleyxerin təsnifinin ideya is-
tiqamətini götürüb onun əsasında 1928-ci ildə mərhələli 
şəkildə yeni təsnif irəli sürmüşdür.
Stadial təsnif “dillərin ilkin ünsürləri”nə əsaslanır. Mar-
ra görə, guya, bütün dünya dilləri dörd ünsürdən (sal, ber, 
roş, yon) əmələ gəlmişdir. Onun fikrincə, dillər bu eyni 
materialdan, ünsürlərdən törədiyi üçün onların təsnifi in-
kişafla bağlı olmalıdır. Marr dillərin inkişafının dörd mər-
hələdən ibarət olduğunu göstərir və buna uyğun da dilləri 
qruplaşdırırdı.
Nikolay Marr dilləri aşağıdakı kimi təsnif edir:


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
31
I qrupa aid dillər:
1) Çin dili;
2) Bəzi Afrika dilləri.
II qrupa aid dillər:
1) Fin-uqor dilləri;
2) Türk dilləri;
3) Monqol dilləri.
III qrupa aid dillər:
1) Yafəs dilləri;
2) Hami dilləri.
IV qrupa aid dillər:
1) Sami dilləri;
2) Hind-Avropa dilləri.
Bunlardan birinci qrupu təşkil edən dillər ilk mərhələyə 
aid olduğu üçün ibtidai dillər, dördüncü qrupa məxsus dil-
lər isə ən yüksək inkişaf etmiş dillər hesab olunur.
Dünya dillərini bu qaydada təsnif etmək elmi cəhət-
dən doğru deyildir. Müasir çin dili dördüncü qrupdakı 
dillərin heç birindən geri qalmır, hazırda BMT-də rəsmi 
dillərdən biridir. Eləcə də üçüncü qrupa daxil edilən dillər, 
o cümlədən türk dilləri özünün ahəngdarlığı, lüğət tərkibi, 
qrammatik quruluşu, ifadə forma və vasitələri ilə dünya-
nın ən zəngin dilləri sırasındadır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə