Ba ki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 72,91 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü72,91 Kb.
#49098


 

16 


BA

KI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 894.362 (092); 809.436.2-022; 297 

 

CƏLİL MƏMMƏDQULUZADƏNİN NƏSR ƏSƏRLƏRİNDƏ 

KULTONİM VƏ HAGİONİMLƏRİN TARİXİ-LİNQVİSTİK TƏDQİQİ 

 

S.S.AĞABƏYLİ 

Bakı Dövlət Universiteti 

aqabeyli@mail.ru 

 

Bu  tədqiqat  işində  kainatın,  bütövlükdə  yaranışın  Vahid  Allaha  məxsus  olduğu  haq-

qında  düşüncə  və  mülahizələr,  vicdan  azadlığının  insanın  düşünmək  və  öz  əqidəsinə  uyğun 

olaraq davranmaq hüququ olduğu göstərilmişdir. İslam dininin xalqın inanc dünyasında həmi-

şəyaşar olması baxımından, Cəlil Məmmədquluzadənin nəsr əsərlərindən seçilmiş kultonim və 

hagionimlər tarixi-linqvistik aspektdə tədqiqə cəlb edilmişdir. 

 

Açar sözlər: din, İslam, Cəlil Məmmədquluzadə, kultonim, hagionim 

 

İnsanların inancsız, cəmiyyətin dinsiz yaşaya bilməyəcəyini tarix çoxdan 



sübut edib. Hələ qədim dövrlərdən yunan filosofları Allahların mövcudluğunu 

zəruri  və  labüd  sayırdılar.  Məşhur  fransız  mütəfəkkiri  Volterin  fikrincə,  əgər 

Allah olmasaydı, insanlar onu uydurmaq məcburiyyətində qalardılar [8, 68]. 

Qloballaşan dünyada elm və texnikanın inkişaf etdiyi, müxtəlif mədəniy-

yətlərin  bir-birinə  inteqrasiya  etdiyi  bir  vaxtda  mütərəqqi  alimlərin  kainatın 

yaranmasını,  bütövlükdə  yaranışın  Vahid  Allaha  məxsus  olduğunu  təsdiq  və 

təsbit  etmələri  bu  gün  təəccüb  doğurmur,  çünki  məhz  “Qurani-Kərim”  çox 

əsrlər sonra kəşf olunmuş elmi yeniliklərin məbədidir; bu da dünyanın Allah 

tərəfindən yarandığına dəyərli dəlildir. Lakin “müxtəlif dövrlərdə dinə həqiqət-

d

ən  meydana  çıxan  zərurət  kimi  deyil,  zərurətdən  hasil  olan  uydurma  kimi 



baxıldığından” [8, 68], insanların vicdan azadlığı təqiblərlə, təhqirlərlə üz-üzə 

qalmışdı,  halbuki,  “vicdan  azadlığı  insanın  düşünmək  və  öz  əqidəsinə  uyğun 

olaraq davranmaq hüququdur” [8, 113]. 

Xalqımız  əsrlər  boyu  öz  milli-mənəvi  dəyərlərini  qoruyaraq  bugünkü 

nəslə ərmağan etmişdir. Bu baxımdan, Heydər Əliyevin bu fikrini vurğulamaq 

yerinə düşər: “Biz indi öz dəyərlərimizə qayıtmışıq... İslam istəyir ki, insanın 

bütün  həyatını  ilahiləşdirsin”  [8,  35];  “milli-mənəvi  dəyərləri  olmayan  millət 

həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası 

bizim müqəddəs kitabımız “Qurani-Şərif”də öz əksini tapmışdır. Ancaq bunun-



 

17 


la  yanaşı,  Azərbaycanın  mütəfəkkir,  mütərəqqi  insanları,  Azərbaycanın  hör-

mətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan 

xal

qının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim milli, əxlaqi mentalite-



timizdir... ” [8, 175]. 

Eramızın  VII  əsrindən  İslam  dininin  nüfuzetmə  məkanı  genişləndikcə, 

onun ilahiliyi  – 

elmliliyi, demokratikliyi ən sadə insandan böyük mütəfəkkir-

lərə  kimi  hamını  heyrətləndirdi,  “Quran”  öz  mükəmməlliyi,  bitkinliyi  ilə 

özündən əvvəlki kitabları kölgədə qoydu. İslamın bayrağı dünyanı fəth etdi.  

Xa

lq öz inanc dünyasında İslam dinini həmişə yaşatsa da, bu dinin, dinlə 



əlaqədar söz və fikirlərin bədii ədəbiyyatda öz əksini tapması təqdirəlayiqdir. 

Bədii əsərdə, ümumiyyətlə, çap əsərində qorunan hikmət xəzinədir. Bu xəzinə 

sözlərlə  ifadə  olunur.  Sözün  deyilişinin  fizioloji  prosesi  elmi  ədəbiyyatda 

açıqlansa da, söz müəmma olaraq qalır, yəni Allahın kiçik möcüzəsi yoxdur. 

Bizcə, söz möcüzəsi digər möcüzələr kimi bu gün də öz sirrini gizli saxlayır: 

Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz, 

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz [7, 95]; 

və ya 


Heç 

kim bilmədi təhqiq ilə ağzın sirrini,  

Sirri-

ğeybi nə bilir kimsə Xudadan ğeyri [7, 212]. 



İslam dininin xalqın inanc dünyasında həmişəyaşar olması baxımından, 

Azərbaycanın  görkəmli  yazarı  Cəlil  Məmmədquluzadənin  nəsr  əsərlərindən 

[10]  seçilmiş  onomastik  dil  vahidlərini  –  kultonim  və  hagionimləri  tədqiqat 

işində  araşdırmağa  çalışacağıq.  Öncə,  kultonim  və  hagionim  terminini izah 

edək. 

Latın mənşəli, hörmətehtirampərəstiş mənalı cultus və yunan mənşəli, 



ad 

mənalı onyma sözlərinin birləşməsindən əmələ gəlmiş kultonimə təkallahlı 

dinlərdə  dini  anlayışları  ifadə  edən  adlar  daxildir.  Hagionim  isə  (hagios  + 

onyma

müqəddəs  ad  anlamını  bildirir;  hagios  müqəddəs  mənalı,  yunan 

mənşəli sözdür: ən əzizən sevimliən gözələn möhtərəmən ülvi ad [2, 38]. 



Hagionim 

onomastikaya aid məna növlərini də özündə birləşdirir, məsə-

lən:  hagioantroponimlər,  hagiotoponimlər,  hagioekklezionim,  hagiohidronim-

lər və s. [2]. 

Müxtəlif  vaxtlarda  Azərbaycan  və  rus  dillərində  çap  olunmuş  bir  sıra 

əsərlərdə [9, 107; 11, 181; 12, 15; 13, 43] verilmiş aqioqrafiya yunan mənşəli 

hagios  – 

müqəddəs,  grapho  –  yazıram,  təsvir  edirəm  mənalı  iki  sözün 

birləşməsindən  əmələ  gəlmişdir.  Burada  hagios  sözünün  eliziya  hadisəsinə 

uğraması Hind-Avropa dilləri ailəsinə daxil olan rus dilində səsinin olmaması 

ilə  əlaqədardır.  Azərbaycan  dilinin  əlifbasında  h  səsi  olduğu  üçün,  bizcə, 



müqəddəs ad anlamlı hagionim terminini ilk mənbədə (yunan dilində) olduğu 

kimi qəbul etmək məqsədyönlüdür [2]. 

Cəlil  Məmməquluzadənin  nəsr  əsərlərindən  seçilmiş  kultonim  və 

hagionimlər müəllifi olduğum «“Koroğlu” dastanının onomastik sözlüyü»ndəki 

[2] təsnifata əsasən qruplaşdırılmışdır. 



 

18 


I. KULTON

İMLƏR 

1. Allahın adları 

Allah: 1) - 

Allah mübarək eləsin! [10, 16]; 2) - Allah-taala ona bir parça 

çörək verib, özgələrə möhtac eləməyib [10, 29]. 

Allah 

ərəb  mənşəli  sözdür.  2-ci  nümunədə  taala  ərəbcə  yüksəlmə



ucalma,  artma 

mənalı  təali  sözündəndir  [6,  585].  Bu  nümunədə  Allah-taala 



Yüksək Allah” anlamındadır. 

Xudayi-taala:  1)  - 

İnsan ki, xudayi-taalanın ... [10, 105]; 2) - Oğluvun 

qanının  kəsilməməyi  məhz  tənbehdir  ki,  xudavəndi-aləm  bu  günahların 

qabağında sənə göndərib [10, 126]. 



Xuda 

sözü fars mənşəli olub, a) allahtanrı; b) sahib, yiyə mənasındadır 

[6, 703]. 1-

ci nümunədəki xudayi-taala “yüksəkuca allahın” anlamındadır. 2-

ci nümunədə xudavənd sözü fars mənşəli olub, a) rəisağabaşçıərbab; b) al-

lah

tanrı mənasındadır; xudavəndi-aləm dünyanın ağası” allah (dini) demək-

dir [6, 702].  



Pərvərdigar: 1) - And olsun o pərvərdigara ki, yazaram [10, 71]. 

Pərvərdigar fars mənşəli olub, allah mənasını bildirir [6, 496]. 

Yaradan: 1) 

And olsun hər ikimizi yaradana [10, 101]. 



Yaradan 

fars  mənşəli  olub,  a)  dost,  yoldaş; b) sevgili,  məşuq,  məşuqə 

anlamlı  yar  sözündən  əmələ  gəlmişdir  [5,  531];  digər  mənaları  ilə  yanaşı, 



TanrıAllahXaliq; xəlq edən qüvvə” kimi dini anlama da malikdir [5, 532]. 

Bu  nümunədə  Yaradan  “Tanrı,  Allah,  Xaliq;  xəlq  edən  qüvvə”mənasında 

işlənmişdir. 



2. Əl-Əsmaul-hüsna 

Əl-Əsmaul-hüsna “ən gözəl adlar” deməkdir. Bu ifadə ayə və hədislərdə 

keçir: “Ən gözəl adlar “Əl-Əsmaul-hüsna” Allahındır” [2, 37]. 

Bari: 1) 

Bari pərvərdigar, bu nə bədbəxtlik [10, 196]. 

Fars mənşəli bari “yükə məxsus”, ərəb mənşəli bar(i) a) yaradanyara-

dıcı; b) allahxaliq anlamlıdır [6, 36]. Ərəb və fars mənşəli iki sözün birləş-

məsindən əmələ gələn Bari pərvərdigar “Yaradan Allah” mənasını bildirir. 



Cəlal: 1) - Allah öz cəlali xatirinə sənin də övladının dağını sənə 

göstərməsin, yazıqsan [10, 101]. 



Cəlal  ərəb  mənşəli  olub,  böyüklük,  ululuq,  əzəmət,  şan-şöhrət  [6, 756] 

bildirir. 



Kərim: 1) - Eh, allah kərimdir, bəlkə da qaytardılar [10, 228]. 

Kərim  ərəb  mənşəlidir;  səxavətli  adam,  comərd;  hörmətli  adam,  möh-

tərəm şəxs [6, 284]; kərəm sahibi [3, 129] anlamındadır. Bizcə, burada Kərim 

Allah 



kərəm sahibidir”, “səxavətlidir” mənasında işlənmişdir. 

Şükür: 1) - Ağa, indi Allaha şükür, məni tanıdın ki? [10, 22]. 

Şükr ərəb mənşəli olub, razılıqbildirmə, minnətdarlıq [6, 791] anlamında-

dır.  Bizcə,  Şükür  Şəkur  sözünün  təhrif  olunmuş  variantıdır  və  “Əl-Əsmaul-

hüsna”da 



çox  alicənab,  çox  nəcib  [1, 10]; ibadətə  görə  əcr  verən  [3, 129] 

mənanı bildirir. Bizcə, Şükür//Şəkur “ibadətə görə əcr verən” anlamındadır.  




 

19 


 1) - Allah öz birliyi 

xatirinə sənə bu sövdədə xeyir versin [10, 27]; 

2) - Allahdan gizlin deyil

, dəxi səndən niyə gizlin olsun [10, 17]. 

Bu  nümunələrdə  allahın  gözəl  adları  konkret  göstərilmir.  1-ci  nümünədə 

allahın  “əl-Vahid”-  vahid, “əl-Vətir” -  tək, “əl-Əhəd” -  bir olan, 2-cidə  isə  “əl-



Əlim” - bilən, “ər-Rai” - görən, “əl-Bəsir” - görən gözəl adları vurğulanır [3, 126-

129]. 


II. HAG

İONİMLƏR 

1. Hagioantroponimlər 

a) Peyğəmbərlərə verilən ad 

Peyğəmbər: 1) - Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdur [10, 26]. 

Fars mənşəli peyğam (klas.) xəbərsifariş mənasını bildirir. Peyğəmbər 

fars  mənşəli  olub,  a)  müxtəlif  dini  etiqadlara  görə,  Allahın  əmrlərini  xəbər 

verən və şərh edən şəxsrəsulnəbi; b) məs. gələcəkdən xəbər verən şəxs; c) 

təmiz, pak, müqəddəs adam anlamındadır [4, 588]. 

b) Peyğəmbər nəslindən olan insanlara verilən adlar 

İmam: 1) - A kişi, sən İmam Hüseyn, özünü dəsgaha qoyma [10, 104]. 

Bu nümunədə verilən imam sözü ərəb mənşəli olub, a) rəhbərbaşçı; b) 



peyğəmbərdən  sonra  din  işlərinə  rəhbərlik  edən  adam,  din xadimi;  cümə 

namazına rəhbərlik edən ruhani [6, 240]; peyğəmbər nəslindən olan insanlara 

verilən ad [2, 24] anlamındadır. 

2. İmamların adı 

Həzrət Abbas (ə): 1) - Çavuş, apararsan o ərizəni Həzrət-Abbasa [10, 66]. 

Abbas 

ərəbcə:  a)  sərt,  çatıq  qaşlı  kimsə; b) arslan  (bkz.Esed,  qəzənfər, 



şiir) [17] deməkdir. 

Həzrət Abbas (ə) təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, 

Həzrət Peyğəmbərin (s.ə.s) varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt 

cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır 

[14, 15]. 

İmam Hüseyn (ə): 1) … Bir deyirdi İmam Hüseyn haqqı [10, 53-54]. 

Hüseyn 

sözü ərəb mənşəli olub, gözəl deməkdir [6, 741]. 

İmam Hüseyn (ə) 7 yaşında ikən peyğəmbər dünyasını dəyişdi. Həzrəti 

Mühəmməd (s.ə.s.) həmişə onu dizinin üstündə oturdub, üzündən öpərdi, bu-

yurardı ki, “sən imamsan, imamın oğlusan və doqquz imamın atasısan. Hüseyn 

məndəndir,  mən  də  Hüseyndənəm”.  O,  30  il  atasının  xidmətində  bir  fədakar 

silahdaş  kimi  durmuş,  Cəməl,  Süffeyn,  Nəhrəvan  müharibələrində  iştirak 

etmişdir [3, 190-198]. 



İmam Rza (ə): 1) … bir deyirdi İmam Rza haqqı [10, 53-54]. 

Rza 

ərəb mənşəli kişi adı olub, məmnuniyyətrazılıq mənasını bildirir [18]. 

İmam  Rzanın imamətlik dövrü Abbasi xəlifələrinin hakimiyyəti illərinə 

təsadüf edir [3, 201-203]. 




 

20 


3. Səhabələrin adı 

a) İslam Aləmində mötəbər və müəyyən dini vəzifə daşıyan 

insanlara müraciət forması 

Həzrət: 1) - Çavuş, apararsan o ərizəni Həzrət-Abbasa [10, 66]. 

Həzrət ərəb mənşəli olub, a) önqabaqhüzur; bcənab anlamındadır [6, 

718]. 


b) Dini adlar 

Hacı: 1) - Hacı Novruz ağanı tanımırsan? [10, 178]. 

Hacı  ərəb  mənşəli  söz  olub,  Məkkəni  ziyarət  etmiş  şəxsə  verilən  dini 

addır [6, 712]. 



Kərbəlayı: 1) Bir dəfə Kərbəlayı Məmmədəlinin yoldaşı evlərinə qonaq 

aparmışdı [10, 112]; 2) - Ədə, Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda 

dolandır, yoxsa əlindən qurtarıb qaçar [10, 133]. 

Kərbəla(y)i  ərəb  mənşəli  söz  olub,  Kərbəla  şəhərində  İmam  Hüseynin 

məqrəbəsini  ziyarət  etmiş  şəxsə  verilən  dini  addır  [6,  284].  Bizcə,  Kərbbəla 

sözünün  eliziya  hadisəsinə  uğraması  nəticəsində  Kəblə  dini  adı  yaranmışdır 

(Bax: Kərbəla). 

 

Məşhədi:  1) Əvvəllər Məşədi Molla Həsən kitab satardı [10, 110]; 2) 

… Odur ki, Məşədinin güzəranı kağız yazmaqla keçir [10, 110]. 



Məşhədi  ərəb  mənşəli  söz  olub,  Məşhəddə  imam  Rzanın  məqbərəsini 

ziyarət  etmiş  şəxsə  verilən  dini  addır  [6,  385].  Məşədi  1-ci  nümunədə  şəxs 

a

dının əvvəlində, 2-ci nümunədə isə sərbəst işlənmişdir; hər iki halda Məşədi 



şəxs  adı  deyil,  yalnız  dini  addır.  Bizcə,  bu  nümunələrdə  Məşhədi  dini  adı 

eliziya hadisəsinə uğramış, h səsi düşmüşdür. 



4. Hagiotoponimlər 

 

Kərbəla: 1)  Məmmədhəsən  əmi  yatıb  bir  vaqeə  gördü,  yuxudan 

durub,  övrətini  çağırıb,  ona  xəbər  verdi  ki,  övrət,  necə  olmuş-olsa,  inşallah 

gedəm Kərbəlaya [10, 9]. 

 

Kərb  ərəb  mənşəli  olub,  qüssə,  kədər;  qəm,  hüzn  bildirir [6, 283]. 



Kərbbəla a) qəm və bəlamüsibət anlamındadır; b) İraqda şiələrin müqəddəs 

ziyarətgahlarından  birinin  adıdır  (burada  peyğəmbərin  nəvəsi,  birinci  imam 

Əlinin  oğlu  Hüseynin  məqbərəsi  mövcuddur  ki,  həmin  məqbərə  hər  il  şiələr 

tərəfindən ziyarət edilir və ziyarət edən adamlar kərbəlayı adı alırlar) [6, 284]. 



 

Qıl  körpü//Sirat körpüsü: 1)  -  Bəli,  qıl  körpüdən  keçəndədi  tamaşa 

[10, 105]. 



Sirat  yol 

mənasındadır  və  axirətdəki  Sirat  körpüsü  cəhənnəmin 

yuxarısında yerləşən keçid yoludur ki, hamı və ya insanların çoxu gərək oradan 

keçsin. Dünyada xalisi saxtadan və haqqı batildən ayırmaq asan deyildir və bu 

əməllərin asan fərz olunması xüsusi çətinliklərlə bərabər olacaqdır. Ona görə 

də, hədislərdə Siratı tükdən də nazik və qılıncdan da iti kimi təsvir edirlər. Sirat 

körpüsü  ilə insanın  dünyada  keçdiyi  yol  arasında  dəqiq tənasüb  və  uyğunluq 

mövcuddur [16]. 




 

21 


5. Hagioekklezionim 

Altı guşəli qəbr: 1) - … altı guşəli qəbri ziyarət edəm [10, 9]. 

Altı guşəli qəbr dedikdə, Kərbəlada dəfn olunmuş İmam Hüseynin qəbri 

nəzərdə tutulur [10, 303]. 



6. Hagioktematonimlər 

a) Hagioxrematonim 

Zülfüqar: 1) … bir deyirdi: 

... “cənab əmirin Zülfüqarı haqqı” [10, 54]. 



Zülfüqar 

ərəb mənşəli söz olub, a) “iki fəqərəli”, b) iki ağızlı qılınc; c) 



şiələrin  birinci  imamı  Əlinin  ləqəbi  [6,  228]  anlamındadır.  Bu  nümunədə 

Həzrət Əlinin qılıncına and içilir. 



b) Müq

əddəs kitablar 

Quran: 1) - Qurani-

münzəl haqqı özü veribdi [10, 24]; 2) Hərçənd Haçı 

Ramazan üçün Qurani-

Şərif ortalığa qoyduğu təfsir heç də əlverişli deyil idi … 

[10, 250]. 

Quran

”  müsəlmanların  müqəddəs  kitabıdır.  Quran  sözünün  mənası 

ərəbcə  “oxumaq,  tələffüz  etmək”dir [1, 14].  Münzəl  ərəb  mənşəli  söz  olub, 



enmişaşağı enmiş mənanı bildirir [6, 420]. “Qurani-münzəl” “göydən enmiş 

Quran

”  anlamındadır.  Şərif  ərəb  mənşəli  söz  olub;  a)  şərəfli,  mübarək, 



müqəddəs; b) nəcib, əsil mənasını bildirir [6, 781]. “Qurani-şərif” “müqəddəs 

Quran

” deməkdir. 



İncil: 1) - Ay xozeyin, səni and verirəm İncilə [10, 105]. 



İncil”  sözünün  mənası  “təbliğat”  deməkdir.  Rəvayətə  görə,  bu  kitab 

Allah-

taala  tərəfindən  İsa  bən  Məryəmə  verilib  və  bu  kitab  insanları  düzgün 



yola dəvət edib [1, 25]. 

Tədqiqat  işindən  alınan  nəticələr:  a)  mütərəqqi  alimlər  bütövlükdə 

yaranışın  Vahid  Allaha  məxsus  olduğunu  təsdiq  və  təsbit  edirlər;  b)  bizcə, 



kultonim  və  hagionim  terminlərini  ilk  mənbədə  (yunan  dilində)  olduğu  kimi 

Azərbaycan dilçiliyinin terminologiyasına  qəbul  etmək  məqsədyönlüdür;  c) 

Cəlil  Məmmədquluzadənin  nəsr  əsərlərindəki  kultonim  və  hagionimlər  Azər-

baycan xalqının “milli, əxlaqi mentaliteti”nin yaddaşıdır. 



 

ƏDƏBİYYAT 

1.

 



Abdullayeva X.İ., Bakıxan N.T. “QURANİ-KƏRİM”də adlar. Bakı: BİM, 1994, 49 s. 

2.

 



Ağabəyli S. S. “Koroğlu” dastanının onomastik sözlüyü. Bakı: “RS Poliqraf”, 2011, 48 s. 

3.

 



Ağayev R.A. Təqvimlər və ilkin islam bilgiləri. Bakı: “Beytül-Əhzan” ETM, 2002, 227s. 

4.

 



Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c. Bakı: Şərq-Qərb, 2006, 672 s. 

5.

 



Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, IV c. Bakı: Şərq-Qərb, 2006, 712 s. 

6.

 



Ərəb və fars sözləri lüğəti. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1966, 1036 s. 

7.

 



Füzuli M. Türkcə divanı. Tehran: Fərhəng və İrşadi İslami Nazirliyi, 1996, 531s. 

8.

 



Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər. Bakı: “Əbilov, 

Zeynalov və oğulları” NPE, 2007, 424 s. 

9.

 

Həbibli R.Y. Azərbaycan onomastik lüğətləri. Bakı: BDU, 2000, 145 s. 



10.

 

Məmmədquluzadə C. Əsərləri: 6 cilddə, I c. (nəsr əsərləri). Bakı: Azərnəşr, 1983. 311s. 



11.

 

Большая советская энциклопедия. Т. I. М.: Сов. энц., 1969, 516 с. 



12.

 

Словарь иностранных слов. Изд. 14-е, М.: Русский язык, 1987, 608 с.  




 

22 


13.

 

Словарь современного русского литературного языка. Т.I. М.-Л.: АН СССР, 1950, 767 с. 



14.

 

http://www.al-shia.org/htm/azr/lib/18/q17.htm 



15.

 

 http://www.sibtayn.com/az/index.php?option=com_content 



16.

 

 http://www.deyerler.org/texts/opinions/25764 



17.

 

 http://www.isimarsivi.com/isim/7-Abbas.html  



18.

 

 http://www.forum.joy.az/index.php?showtopic=3526 



 

ИССЛЕДОВАНИЕ КУЛЬТОНИМОВ И АГИОНИМОВ ИЗ  

ПРОЗАИЧЕСКИХ СОЧИНЕНИЙ ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ  

В ИСТОРИКО-ЛИНГВИСТИЧЕСКОМ АСПЕКТЕ 

 

С.С.АГАБЕЙЛИ  

 

РЕЗЮМЕ 

 

В данной исследовательской работе отмечены размышления и раздумья о сотво-

рении мира, присущее единому Аллаху, а также про права свободы совести в соответст-

вии с нормами поведения человека, которые являются его личным убеждением и мыш-

лением. Народ увековечил в своем божественном мире ислам и с этой точки зрения, в 

историко-лингвистическом аспекте исследованы культонимы и агионимы выбранные и 

сгруппированные из прозаических сочинений Джалила Мамедгулузаде. 

 

Ключевые слова: религия, ислам, Джалил Мамедгулузаде, культоним, агионим  

 

HISTORICAL-LINGUISTIC INVESTIGATION OF CULTONYMS AND AGIONYMS 

IN JALIL MAMMADGULUZADEH’S PROSAIC COMPOSITIONS 

 

S.S.AGHABAYLI 

 

SUMMARY 

 

The research work illustrates reflections and thoughts about the creation of the Universe 

inherent to the single  Allah, and the freedom of worship. The people immortalized Islam in 

their divine world. From this point of view the paper studies the cultonyms and agionyms cho-

sen and grouped from Jalil Mammadguluzadeh's prosaic compositions in historical and linguis-

tic aspects. 



 

Key words: religion, Islam, Jalil Mammadguluzadeh, cultonym, agionym 

 

Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə