2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə24/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   20   21   22   23   24   25   26   27   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. Slavyan dilləri qrupu
Slavyanşünaslar tərəfindən bu qrup dillər üç yarım-
qrupa bölünür:
1. Şərqi slavyan dilləri;
2. Qərbi slavyan dilləri;
3. Cənubi slavyan dilləri.
1. Şərqi slavyan dilləri yarımqrupuna rus, belarus və 
ukrayn dili daxildir.
1) Rus dili Rusiya dövlətinin rəsmi dilidir. Milli rus dili-
nin iki ləhcəsi (şimal ləhcəsi “o”laşan və cənub ləhcə-
si “a”laşan) və bir neçə dialekti vardır. Rus ədəbi dili 
Moskva şivəsi əsasında formalaşmışdır ki, burada 
Kursk, Oryol, Tula, Ryazan dialektlərinin də əlamət-
ləri nəzərə alınmışdır.
Rus dilinin yazılı abidəsi XI əsrə aiddir. XII əsrdə bu 
dildə “İqor polku dastanı” meydana çıxmışdır. Rus 
dili bütün slavyan dillərinin ən geniş yayılmışıdır.
2) Belarus dili Belarus Respublikasının dövlət dilidir. 
Başqa slavyan dilləri ilə ortaqlı yazılı abidələrə malik-
dir. Belarus ədəbi dili XIX əsrdə meydana gəlmişdir.
3) Ukrayn dili (buna malorus, malorusiya, rusin, ruten də 
deyilir) ukraynalıların doğma dilidir. Bu dildən Uk-
rayna Respublikasında rəsmi dövlət dili kimi istifadə 
edilir. Ukrayn dilinin iki ləhcəsi (Dunayın sağ sahili 
ləhcəsi, Dunayın sol sahili ləhcəsi) vardır. Ukrayna 
ədəbi dili XVII əsrdə Kiyev-Poltava dialekti əsasında 
formalaşmışdır.
2. Qərbi slavyan dilləri yarımqrupunu polyak, çex,
slovak, serb-lujiç, kaşub dilləri təşkil edir.
1) Polyak dili. Polşa dövlətinin rəsmi dilidir. Bu dildən 
ABŞ-dakı polyaklar da istifadə edirlər. Polyak dilinin 
yazılı abidələri XIV əsrə məxsusdur. Hazırda latın 
qrafikasından istifadə olunur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
43
2) Çex dili Çex Respublikasının dövlət dilidir. Yazılı abi-
dələri XIII əsrə aiddir.
3) Slovak dilindən Slovakiyada istifadə olunur. Bu dilin 
sahibi slovaklardır.
4) Serb-lujiç dilinin iki ləhcəsi vardır: yuxarı lujiç və aşağı 
lujiç ləhcələri. Bu dilin yazısı latın qrafikası əsasındadır.
5) Kaşub dili polyak dilinə daha yaxındır. Bu dildə danı-
şanların miqdarı azdır.
Qərbi slavyan dilləri yarımqrupuna daxil olan dillər-
dən – polab dili XVIII əsrdən ölü dillər cərgəsinə keçmişdir.
3. Cənubi-slavyan dilləri yarımqrupuna bolqar, sloven, 
serb-xorvat, makedon dilləri aiddir.
1) Bolqar dili Bolqarıstanın dövlət dilidir. Yazılı abidələri 
IX əsrə aiddir.
2) Sloven dili İtaliyada və Sloveniyada istifadə olunur. 
Onun yazılı abidəsi X əsrə məxsusdur.
3) Serb-xorvat dili Bosniya və Herseqovina, Serbiya, Xor-
vatiya, Çernoqoriyada işlənilir. Qədim abidəsi XI əsrə 
aiddir. Serblər Kirill qrafikasından, xorvatlar isə latın 
yazı sistemindən istifadə edirlər.
4) Makedon dili də bu yarımqrupa daxildir.
Slavyan dillərindən qədim slavyan dili ölü dildir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə