1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə14/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

42.Yük vaqon arabacıqları.
Hazırda MDB dövlətlərinin dəmiryol nəqliyyatı sistemində istismar olunan və yeni yaradılan yük vaqonları iki və dörd oxlu arabacıqlarla təchiz olunur, iki oxlu arabacıqlardan "METİ-X3-0"(Mərkəzi Elmi-Tədqiqat İstitutu, HHHH-X3-O, modeli 18-100) tiplisi daha geniş yayılıb. Bu arabacıq bütün yük vaqonlarında (refrijerator vaqonları istisna olmaqla) quraşdırılır. İzotermik hərəkət vasitələrinin (refrijerator) vaqonları KVZ-U2 tipli (Kalinin vaqonqayırma zavodu-KVZ) arabacıqla təchiz olunur. Dörd oxlu arabacıqlar (model 18-173) isə 8-oxlu sistern və yarımvaqonlarda yerləşdirilir. İstismarda UVZ-9m (model 18-142) və UVZ-10M (model 18-522) (Ural vaqonqayırma zavodu) tipli 3-oxlu arabacıqlara da rast gəlinir. Sənaye dəmiryol nəqliyyatı vaqonları əsasən UVZ-11A (model 18-522A) tipli arabacıqlarla təchiz olunur.

43.Sərnişin vaqon arabacıqları
Dəmir yolu ilə sərnişinlərin və baqaj- əl yüklərinin daşınmasında istifadə olunan hərəkət tərkibi vahidinə sərnişin vaqonu deyilir. Sərnişin vaqonları bütöv kuzova malik olub, sərnişinlərin rahatlığı üçün lazımi əsas qurğularla (oturmaq və uzanmaq yeri, ventilyasiya və işıqlanma sistemləri, eletrik təchizatı və s.) təchiz olunan bağlı-qapalı sahədir. Sərnişin vaqon parkı sərnişinləri daşıyan vaqonlardan, vaqon restoranlardan, poçt, baqaj və xüsusi vaqonlardan ibarətdir. Daşınma məsafəsindən asılı olaraq sərnişin vaqonları uzaq reysli, yerli əlaqəli və şəhərətrafı vaqonlara bölünürlər. Bu vaqonlar bir-birindən kuzovunun daxili quruluşuna görə fərqlənirlər.
Uzaq reysli vaqonlar sərnişinləri uzaq məsafəyə (700 km-dən çox) daşımaq üçündür. Bu vaqonlar kupeli və kupesiz olurlar. Onlar sərnişinlərin dincəlməsi üçün yumşaq və sərt divanlarla təchiz olunurlar. Müvafiq olaraq sərt və ya yumşaq tipli vaqonlar adlanır.
Yerli əlaqəli vaqonlar (150- 700 km-dək) əsasən gündüz vaxtlarında sərnişinləri yaxın məsafələrə daşımağa xidmət edir. (bu vaqonlarda sərnişinlərin rahatlığı və istirahəti üçün kreslolar və divanlar olur).
Şəhərətrafı vaqonlarda əsasən sərnişinlər yaxın məsafələrə (60-150 km) qısa zaman (1-2 saat müddətində) daşınır.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə