1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Hərəkət vasitələrinin avtoəyləc avadanlıqlarının təyinatı və təsnifatı



Yüklə 10,11 Mb.
səhifə15/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

44.Hərəkət vasitələrinin avtoəyləc avadanlıqlarının təyinatı və təsnifatı
Dəmir yolunda qatarların normal iş şəraitinin təmini üçün hərəkət sürətini azaltmaq və artırmaq, qatarı müəyyən olunmuş yerdə saxlamaq, dayandırmaq və onu yerindən tərpətmək lazım gəlir. Bunun üçün bütün hərəkət tərkibləri kompleks qurğu - əyləc sistemləri ilə təchiz olunur. Qatarın əyləc sisteminin əsas vəzifəsi hərəkət sürətinin tənzimlənməsını və eləcə də istənilən hərəkət rejimlərində qatarın müəyyən olunmuş sahədə dayanmasını təmin etməkdir. XIX əsrin sonlarında qatarların əyləclənməsi üçün sadə mexaniki ötürməli əyləc qollarından istifadə olunurdu. Dəmir yolunda mexaniki əyləclərin zəncirli, kanatlı və yaylı tipli müxtəlif konstruksiyalarından da istifadə olunmuşdur. İlk pnevmatik əyləcin patenti rus mühəndisi O. Martin tərəfindən 1859-cu ildə alınsa da, onun praktikada tətbiqinə nail olunmamışdır. Lakin 1869-cu ildə amerikan sahibkarı C. Vestenqauz birbaşa hərəkətli pnevmatik əyləcin patentini alaraq onun istehsalını təşkil edərək, 1872-ci ildən belə əyləclərin hərəkət vasitələtində tətbiqinə nail olmuşdur. Rusiyada XX əsrin 30-cu illərindən başlayaraq əyləc sistemləri konstruksiyalarında mühəndis F.P. Kazantsev və ixtiraçı İ.K. Motrosov tərəfindən yeni yaradılmış hava paylayıcıları tətbiq olundu. Hərəkət vasitələrində elektropnevmatik əyləclər 1949-cu ildən, kompozisyon qəlibli əyləclər isə 1966-cı ildən tətbiq olunmağa başlanmışdır. Qatarın hərəkəti prosesində ona öz xarakteri və istiqamətinə görə müxtəlif qüvvələr təsir göstərir. Hərəkət zamanı qatarda daxili və xarici qüvvələr yaranır. Daxili qüvvələr hərəkət zamanı bir-biri ilə müvazinətləşir və qatarın hərəkətinə təsir göstərmir. Qatarın hərəkətinə təkcə xarici qüvvələr təsir göstərir və onlar da öz aralarında idarə olunan (dartı və əyləc qüvvələri) və idarə olunmayan (hərəkətin müqavimət qüvvəsi) olmaqla iki qrupa bölünürlər. Qatarların əyləclənməsi əyləc quvvəsinin yaranma xarakterinə və idarə olunma prinsipinə gorə təsnif olunur. Əyləc quvvəsinin yaranma usuluna gorə funksiyon (mexaniki) və dinamiki (elektrik) əyləclər bir-birindən fərqlənir. Hərəkət vasitələrində mexaniki və elektrik əyləcləmə sistemlərindən istifadə olunur. Mexaniki əyləcləmədə qatarın kinetik enerjisi sürtünmə qüvvəsinin işinə keçir ki, bu da sürtünən səthlərin qızmasına və yeyilməsinə sərf olunur. Elektrik əyləcləmədə isə qatarın kinetik enerjisi elektrik enerjisinə çevrilərək ya hərəkət vasitəsinin rezistorlarında udulur və istilik şəklində ətraf mühitə yayılır, ya da təmas şəbəkəsinə qaytarılır. Birinci halda yaranan elekrik əyləclənməsi reostat, ikinci halda yaranan əyləcləmə isə rekuperativ əyləcləmə adlanır.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə