1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə11/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

36.Tramvay vaqonları
1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkimlişdir. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir.
SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.

37.Dizel qatarı vaqonları
Dizel qatarları elektrikləşdirilməmiş dəmir yolu sahələrində şəhərətrafı və yerli əlaqəli sərnişin daşınmasında istifadə olunurlar. Dizel qatarı avtonom özü hərəkətli sərnişin hərəkət tərkibi qatarı olub, motorlu və qoşqulu sərnişin vaqonlarından ibarət tərtib olunur. Dizel qatarları güc qurğusu və idarəetmə kabinəsi olan iki motorlu və iki-dörd qoşqulu vaqondan ibarət M+2÷4Q+M sxemi üzrə tərtib olunur. Bu qatarlarda energetik mənbədən (dizel) təkər cütlərinə hərəkətin ötürülməsi mexaniki, hidravliki, hidromexaniki və elektrik üsullarla yerinə yetirilir.
Dizel qatarları aşağıdakı xüsusiyyətlərə görə təsnif olunurlar:

Dizel qatarlarının əsas üstünlüyü az kütləyə, xüsusi gücə və əlverişli manevr etmə qabiliyyətinə malik olmasıdır.MDB ölkələrinin dəmir yollarında Riqa vaqonqayırma zavodunda istehsal olunmuş DP-1 (M+2Q+M), DP-1A və DP-1П (M+2Q+M) seriyalı dizel qatarları geniş istismar olunurlar.


39.Sənaye nəqliyyatı vaqonları. Vaqon kuzovları və çərçivəsi
Vaqonlar magistral dəmir yolundan başqa həm də sənaye dəmir yollarında istismar olunur. Bu cür hərəkət vasitələri sənaye nəqliyyatı vaqonları adlanır. Belə vaqonlar qara və əlvan metallurgiya zavodlarında məhsulların istehsalında, şaxtalarda, filiz mədənlərində, daş karxanalarında, torf emalı və digər müəssisələrdə istifadə olunur. Sənaye nəqliyyatı vaqonlarına dumpkarlar (özüboşaldan vaqon), vaqon xopperlər və s. daxildir.
Sənaye nəqliyyatı vaqonları sənaye müəssisələrində istehsalat prosesi ilə əlaqədar olan daxili daşımalarda (metalurgiya xammalının, yarımfabrikatların, hazır məhsulların, tikinti materiallarının və s. daşınmasında), həm də, sex və zavod daxili nəqliyyat əməliyyatlarının yerinə yetirilməsində nəqliyyat vasitəsi kimi texnoloji əməliyyatların tamamlanmasında bilavasitə istifadə olunur. Bundan başqa, belə vaqonlar daşımalarda sənaye nəqliyyatı yolları ilə magistral dəmir yollarının qovuşma zonalarında istismar olunur.
Sənaye nəqliyyatı vaqonlarının bəzi tipləri təkər cütündən relsə düşən qüvvənin müəyyən olunmuş qiymətləri ilə həm magistral, həm də sənaye nəqliyyatı yollarında, magistral dəmir yollarının universal və xüsusi vaqonları kimi istismar olunur. Belə vaqonlardan ən çox dəmir yolunun tikilməsi və təmiri zamanı ballastın bərabər tökülməsi və paylanması üşün istifadə olunan xopper-dozator yarımvaqonları geniş yayılıb.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə