1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Xarici ölkələrin dəmiryol nəqliyyatı haqqında məlumat



Yüklə 10,11 Mb.
səhifə2/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   2   3   4   5   6   7   8   9   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

3. Xarici ölkələrin dəmiryol nəqliyyatı haqqında məlumat.




4. Dəmiryol nəqliyyatında idarəetmə strukturu



5. Yük dövriyyəsi və yük gərginliyi
Yük avtomonil nəqliyyatının işi iki əsas göstərici ilə xarakterizə olunur: daşınılan yükün həcmi və yük dövriyyəsi. Yük dövriyyəsi P ton – kilometrlə ölçülür və müəyyən müddət ərzində yükün yerdəyişməsi üzrə yerinə yetirilən və ya yerinə yetiriləcək nəqliyyat işinin həcmini göstərir. Avtonəqliyyat müəssisələrində daşıma həsmi və yük dövriyyəsi qəbul olunmuş adları üzrə qruplara ayrılır. Yük dövriyyəsinin və daşıma həcminin qeyribərabərliyi hərəkət tərkibindən qeyribərabər istifadə etməyə səbəb olur ki, bu da avtonəqliyyat müəssisələrinin işini xeyli çətinləşdirir. Yük axını dedikdə müəyyən vaxt ərzində müəyyən istiqamətdə daşınılan yükün tonlarla miqdarı başa düşülür. Yük dövriyyəsinin və daşıma həcminin mənimsənilmə müddətindən asılı olaraq sutkalıq, aylıq, rüblük və illik olur. Illik yük dövriyyəsi və daşıma həcmi bir qatda olaraq ayrı – ayrı aylar və rüblər üzrə qeyribərabər paylanır.
Dəmir yol nəqliyyatının işini xarakterizə edən əsas göstəricilərdən biri də yük gərginliyidir. Yük gərginliyi və ya yük daşımalarının sıxlığı (Qy, ton·km/km) yük dövriyyəsinin dəmir yolunun istismar uzunluğuna olan nisbəti ilə təyin edilir.


6. Əmək məhsuldarlığı. Daşımaların maya dəyəri
Daşımaların maya dəyəri, nəqliyyat müəssisələrinin iqtisadi fəaliyyətini əks etdirən ən əsas ümumiləşdirici göstəricilərdən biridir. Maya dəyəri ümumiləşdirilmiş yük dövriyyəsinin hər bir ton km düşən istismar xərcləridir. İstismar xərclərinə əmək haqqı ilə birlikdə sosial sığorta ayırmaları, yanacağa, elektrik enerjisinə, materiallara və ehtiyat hissələrinə çəkilən xərclər, amortizasiya ayırmaları və digər xərclər daxildir. Daha doğrusu, daşımanın maya dəyəri hər bir ton km-in və sərnişin km-in istismar xərclərinə görə pulla ifadəsidir və aşagıdakı düsturla hesablanır:

Burada Ix - daşımaların həyata keçirilməsi üçün sərf edilmiş istismar xərcləri adlanır. Daşımaların maya dəyərinə, onların həcmi, məsafəsi, hərəkət tərkibinin yükgötürmə qabiliyyəti, lokomotivin faydalı iş əmsalı, lokomotivlərin yanacaq və elektrik enerji sətfləri, vaqonların boş gedişi və digər amillər təsir göstərir. Daşımaların maya dəyərinin orta ədədi qiyməti, hər bir nəqliyyat növünün texniki iqtisadi xüsusiyyətini özündə əks etdirir. Kommersiya və yük əməliyyatlarının yerinə yetirilməsində daşımaların maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir. Belə ki, mənfəətin əldə edilməsi dəmir yolu nəqliyyatı müəssisələrinin səmərəliliyinin artırılması üçün konkret tədbirlərin həyata keçirilməsini aşkar edir. Bu isə ilk növbədə ayrı-ayrı elementlər və xidmətlər üzrə xərclərin ixtisar olunmasına səbəb olur. Əmək məhsuldarlığının artması, yanacaq və enerjiyə qənaət, texniki vasitələrdən səmərəli istifadə etmək və digər tədbirlər də daşımaların maya dəyərinin azalmasını təmin edir.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə