1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Əyləc avadanlığı cihazlarının təsnifatı



Yüklə 10,11 Mb.
səhifə16/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

45.Əyləc avadanlığı cihazlarının təsnifatı.
Əyləc avadanlığının sxemi və onda tətbiq olunan cihazların tipi hərəkət vasitəsinin təyinatından asılı olaraq seçilir. Son zamanlar lokomotivlərdə və elektirik qatarlarında unifikasiya olunmuş əyləc avadanlığı sxemindən istifadə olunur ki, bununla da əyləcləmə sxemlərində öz-özunə açılma zamanı avtomatik əyləcləmənin və əyləc silindirinə havanın dolma vaxtının azalması yolu ilə pnevmatik əyləcləmənin işi yaxşılaşır. Lokomotivlərdə, elektrik qatarlarında və vaqonlarda unifikasiya olunmuş əyləc cihazlarından istifadə olunur.Hərəkət vasitələrinin tormoz avadanlığına sıxılmış havanın təzyiqi ilə işləyən pnevmatik avadanlıqlar və dəstəkli-əyləc öturməsinin mexaniki avadanlıqları daxildir. Pnevmatik əyləc avadanlıqları öz təyinatına görə aşağıdakı qruplara bölunur: - sıxılmış havanı almaq və saxlamaq uçun cihazlar - kompressorlar və əsas çənlər; - əyləcləmənin idarə olunma cihazları - qatar kran maşinisti, lokomotiv əyləclənməsinin köməkçi kranı, genişləndirici və kombinə olunmuş kranlar, əyləclərin bloklama qurğusu və təzyiq tənzimləyicisi; - əyləcləmə cihazları - havapaylayıcılar, ehtiyat hava çənləri, avtorejimlər, əyləc silindirləri, təzyiq nizamlayıcısı; - hava kəməri və ya hava öturmə xətləri və armatura - magistral xətlər, hava suzgəcləri, genişləndirici, sonlu və üçgedişli kranlar, stop-kranlar, əks çevirıcı, qoruyucu və buraxıcı klapanlar, tozboğucular və yağayırıcılar və birləşdirici dəstək; - nəzarət cihazları -manometrlər, avtostopun EPK, lokomotiv sürətölçəni, əyləc magistralının bütövlüyünü yoxlayan pnevmoelektrik datcık, əyləcin buraxılma siqnalizatorunun və təzyiq nizamlayıcısının datçikləri. Dəstəkli əyləc öturməsinin mexaniki avadanlıqlarına isə aşağıdakı element və düyünlər daxildir: eninə tir və ya triangel, üfüqi və ya horizontal dəstəklər, əyləc başmağı və qəlibi, asqılar və qoruyucu bəndlər, dartıcı

46.Lokomotivlərin əyləc avadanlığı
Lokomotiv və vaqon arasında əyləc avadanlıqlarının yerləşdirilməsinə görə prinsipial fərq ondan ibarətdir ki, lokomotivlərdə bütün əyləc avadanlıqları yerləşir, vaqonlarda isə əyləcləməni aparan cihaz və aparatlar yerləşir. Əyləcləmə cihazları. Bu cihazlara havapaylayıcılar (30), əyləc silindrləri(24; 38) və ehtiyat çənlər (23, 37,) avtorejimlər, əyləc silindrləri və təzyiq relesi daxildir. Havapaylayıcının əsas vəzifəsi əyləclənmə zamanı əyləc silindrlərini sıxılmış hava ilə doldurmaq; əyləcin buraxılması zamanı əyləc silindrindən havanı atmosferə vermək, həm də tormoz magistralından ehtiyat çənləri doldurmaqdır. Təyinatına görə havapaylayıcılar yük, sərnişin, sürət qatarları üçün xüsusi növlərdə olur. Onlar bir-birindən əyləc silindrlərinin dolması və boşalmasına görə fərqlənir. Hərəkət xarakterinə görə isə havapaylayıcılar templi və vaxtlı (cabit) olur. Templi havapaylayıcılarda əyləc silindrlərinin dolma vaxtı əyləc magistralının boşalma tempindən asılıdır. Sabit havapaylayıcılarda əyləc silindrlərinin dolma vaxtı sabitdir. Sərnişin tipli havapaylayıcılarında əyləc silindrinin tam təzyiqi 0,38-0,40 MPa olmalıdır. Yükləmədən asılı olaraq yük havapaylayıcıları üç əyləcləmə rejiminə malik olur: yüklü rejimdə əyləc silindrindəki təzyiq 0,39-0,42 MPa, orta rejimdə 0,28-0,33 MPa, yüksüz rejimdə 0,14-0,18 MPa. Hərəkət vasitələrində belə tip havapaylayıcılardan istifadə olunur: - pilləsiz buraxılmalı birbaşa təsir etməyən havapaylayıcılar (218, 219, 292-1 №-li) sərnişin vaqonlarında, lokomotivlərdə və motorlu hərəkət tərkiblərində istifadə olunur; - pilləli buraxılmalı birbaşa təsirli havapaylayıcılar (KEs) RİC əndazəli beynəlxalq əlaqəli sərnişin qatarlarında istifadə olunur; - pilləsiz buraxılmalı birbaşa təsir edən havapaylayıcılar sürətli qatarlarda istifadə olunur; pilləsiz (düz) buraxılma və pilləli (dağlıq) buraxılma əyləc rejimlı birbaşa təsir edən havapaylayıcılar (320, 483, 483M 270-1 №-li) yük vaqonlarında, və lokomotivlərdə istifadə olunur.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə