1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Vaqon kuzovları və çərçivəsi



Yüklə 10,11 Mb.
səhifə12/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

Vaqon kuzovları və çərçivəsi
K u z o v - vaqonun əsas hissəsi olub, yük və sərnişinlərin yerləşməsinə xidmət edir. Kuzovun quruluşu vaqonun tipini və ya növünü müəyyən edir. Sərnişin, izotermik və örtülü yük vaqonlarında kuzov kənar, ön-arxa divarlardan, döşəmə və tavandan; platformada - döşəmə və bortlardan; yarımvaqonlarda - qapılı ön-arxa və kənar yan divarlardan və döşəmədən ibarətdir. Sistern vaqonlarında kuzov rolunu "qazan" adlanan silindirik çən yerinə yetirir. Vaqonun kuzovu ya çərçivəyə bərkidilir, ya da onunla birlikdə bütöv hazırlanır. Sərnişin, izotermik və örtülü yük vaqonlarının kuzovu çərçivə llə birlikdə hazırlanaraq "bütövmetallik kuzov" adlanır. Belə vaqonlarda kuzov əsas aparıcı konstruksiya hesab olunur.
Vaqonun çərçıvəsi əsas aparıcı element olub, kuzovun bünövrəsini təşkil edir və bir-biri ilə sərt əlaqələndirilmiş uzununa və eninə tirlərdən ibarətdir. Vaqon çərçivəsinə zərbə-dartı aparatları (cihazları) və əyləc avadanlıqları bərkidilir. Kuzovun forması vaqonun təyinatını müəyyən edir. Kuzovun yan divarları çərçivə ilə sərt əlaqələndirilərək metallik karkas əmələ gətirir. Yük vaqonlarında divarların metallik karkası çərçivə ilə bir aparıcı konstruksiya təşkil edərək, dartıcı və sıxıcı qüvvələrin təsiri altında yükləri qəbul edir. Bütövmetallik sərnişin vaqonlarında isə yan divarlar, döşəmə və dam örtüyü əsas aparıcı elementlər hesab olunur. Sərnişin vaqonlarında divarların sərtliyini təmin etmək üçün onları büzülmüş (qofrlu) polad vərəqlərdən hazırlayırlar.
40.Vaqon təkər cütləri. Vaqon buksları
Təkər cütü vaqonun ən məsul və əsas hissələrindən biri olub sadə konstruksiyaya malikdlr. O, vaqonun hərəkətini rels xətləri üzərində istiqamətləndirərək, vaqonun bütün statiki və dinamiki qüvvələrini qəbul etməklə, onu relsə ötürür və əksinə, relsin reaksiya qüvvəsini vaqona qaytarır.
Qatarların təhlükəsiz hərəkəti təkər cütünün materialından, konstruksiyasından, istehsal texnologiyasından, təmirindən və onlara olan texniki xidmətdən asılıdır. Təkər cütünün konstruksiyası və vəziyyəti hərəkətin səlisliyinə, vaqonların bir-birinə olan qarşılıqlı təsir qüvvələrinin qiymətinə və hərəkət müqavimətinə xüsusi təsir göstərir.
Vaqon buksları
Buksların əsas vəzifəsi arabacıqdan və ya vaqon kuzovundan düşən ağırlığı ox boynuna ötürməkdir. Buks həm də vaqonun hərəkəti zamanı təkər cütünün eninə və uzununa istiqamətlərdə olan yerdəyişmələrini məhdudlaşdırır. “Buks” fransız şözü olub mənası qutu, yeşik və ya qab deməkdir. Vaqon buksu gövdədən, yastıqlardan və kipləşdirici elementlərdən ibarətdir. Bir çox buks konstruksiyalarında, yastığın ox boynunda yerləşdirilməsi, sürtünən səthlərə yağların verilməsi üçün əlavə detallardan istifadə olunur.
Müaslr sərnişin vaqonlarında elə bukslar tətbiq edirlər ki, yük buks gövdəsinin aşagı hissəsinə verilsin. Yükün ötürülməsinin belə sxemində buks gövdəsi "aparıcı" element rolunu oynayır. Bukslar, əsasən, tətbiq olunan yastıqların tipinə və konstruksiyasına görə də təsnif olunur: kaset yastıqlı bukslar; diyirlənmə (diyircəkli) yastıqlı bukslar; sürüşmə yastıqlı bukslar.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə