1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə1/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
  1   2   3   4   5   6   7   8   9   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri


1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



2. Ölkənin vahid nəqliyyat sistemində dəmir yolunun yeri
Dəmiryol xətlərinin ümumi uzunluğuna görə ərazicə böyük və əsasən inkişaf etmiş ölkələr fərqlənirlər. Dəmiryol nəqliyyatı quru nəqliyyatının əsas növlərindən biri olaraq, dünyada ümumi yük və sərnişin daşımalarının təxminən 10%-ni təmin edir. Ölkədə dəmiryol nəqliyyatının inkişaf soviyyəsini oks etdirən digər göstəricilərdən biri onların sıxlığıdır. Bu baxımdan aparılan təhlil onu göstərir ki, dəmiryol xətləri daha sıx olan ərazilər sahəcə orta və kiçik ölçülü ölkələr üçün səciyyəvidir. Qloballaşma dövründə dəmiryol xətlərinin salınmasında transkontinental magistral layihələr mühüm əhəmiyyət kəsb edir. Artıq tarixi İpok yolu marşrutu üzrə, uzunluğu 10 min km-ə çatan, dəmiryol şəbəkəsi yaradılır. Bu layihəyə əsasən Qərbi Avropa ölkələri ən qısa yolla Çinə yükbrini daşımaq imkanı əldə edəcəklər. Daha dəqiq desək, İstanbuldan daşınan yüklər, istifadə edilən ənənəvi yollardan fərqli olaraq zaman çərçivəsində Pekinə təxminən 30% daha tez çatdınlacaqdır. Dəmir yol nəqliyyatnıın salmmasında relyef amili böyük rol oynayır. Belə ki dağlıq ərazilərdə dəmir yollarınm salınması və lokomotivlərin istismarı daha baha başa gəlir. Bu səbəbdən dünyada istismarda olan dəmiryol xətlərinin təxminən 85%-i 1000 metr hündürlüyə qədər olan ərazilərdə salınmışdır.
Azərbaycanda dəmiryol nəqliyyatının yaradılması
Azərbaycanda nəqliyyatın bütün növləri inkişaf etmişdir. Yükdaşımalardan dəmiryolu nəqliyyatı mühüm yer tutur. Onların ümumi uzunluğu 2120 km-dir. 1878–79-cu il Bakı – Balaxanı istiqamətində ilk dəmiryolu xətti çəkilib. 1883-cü il Bakı – Batumi, XX əsrin əvvəlləri Bakı – Dərbənd, əsrin 40-cı il Ələt – Culfa dəmiryolu xətti istifadəyə verilib. Bakının ətrafında dairəvi dəmiryolu xətti fəaliyyət göstərir. 1986-cı il Yevlax – Balakən dəmiryolu xətti çəkilib. Dəmiryolu nəqliyyyatı ilə neft, neft məhsulları, metal, maşın və avadanlıq, ərzaq və meşə materialları daşınır. Şəhərdaxili sərnişin daşınmasında metro mühüm rol oynayır.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə