1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Vaqonların əyləc avadanlığı



Yüklə 10,11 Mb.
səhifə17/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

47.Vaqonların əyləc avadanlığı
Y ük vaqonlarının pnevmatik əyləc avadanlığı (şəkil 10.3) 270 və ya 483 N-li havapaylayıcıdan ibarət olub, hava xətti üç boğazlı bənd (5) və genişləndirici kran (8) vasitəsilə magistral əyləc xətti ilə (4) (d=32 mm) əlaqədardır. Belə havapaylayıcılar diafraqmalı-klapan tipli konstruksiyalarda olub, üç əsas düyündən ibarətdir: buraxıcı klapanlı əsas hissə, dəyişdirici acarlı (düzənlik və təpə rejimli) magistral hissə və yük rejimlərinin dəyişdirici açarı olan ikikameralı çən. Havapaylayıcılar istismar zamanı aşağıdakı əyləc parametrlərini təmin etməlidirlər: düzənlik rejimində dolma təzyiqi 0,53-0,55 MPa, təpə rejimində 0,63-0,65 MPa, təcili əyləcləmədə əyləc dalğasının sürəti 230 m/san, tam xidməti əyləcləmədə 210 m/san-dir. Əyləc silindrlərində təzyiq yüklü rejimdə 0,39-0,43 MPa, orta rejimdə 0,24-0,30 MPa və yüksüz rejimdə isə 0,14-0,80 MPa hədlərində olmalıdır. Hava-paylayıcının iki kameralı cəni (7) dörd ədəd boltun köməyi ilə vaqonun çərçivəsinə bərkidilir. İki kameralı cən 19 mm-lik borularla həcmi 78 l olan ehtiyat çənlə (11), magistral xəttin üc boğazlı bəndi (5) və avtorejim (12) vasitəsilə diametri 14" (d=356 mm) olan əyləc silindri ilə birləşdirilir. Vaqonun magistral hava xəttində iki ədəd 190 №-li sonlu kran (2) və PI7 №-li birləşdirici dəstək (1) yerləşdirilir. Sonlu kranlar horizontal oxa nəzərən 600 -li bucaq altında yerləşir. Əyləc meydançası olan bəzi yük vaqonlarında dəstəyi çıxarılabilən stop-krandan (3) istifadə olunur. Əyləcin dolması və buraxılması zamanı sıxılmış hava əyləc magistralından (4) iki kameralı cənə (7) daxil olur və havapaylayıcının zalatnik və işçi kameralarını, həm də ehtiyat çəni doldurur. Əyləc silindri (13) avtorejim (12) və havapaylayıcının baş hissəsi (6) vasitəsilə atmosferlə ələqələndirilir. Magistral hava xəttində təzyiq aşağı düşən zaman havapaylayıcı ehtiyat cəni (11) əyləc silindiri (13) ilə əlaqələndirir. Avtorejimsiz vaqonların silindrində tam təzyiq vaqonun yüklənməsindən və əyləc qəlibinin növundən asılı olaraq hava paylayıcının əyləc rejimlərinin əl dəstəyinin dəyişdirilməsi ilə müəyyən olunur. Avtorejimli vaqonlarda hava paylayıcının əyləcləmə rejimlərinin dəstəyi kompozisiyalı qəliblər üçün - orta əyləcləmə rejimində, çuqun qəliblər üçün isə - yükləmə əyləcləmə rejimində bərkidilir. Yükləmə əyləcləmə rejimində dəstək havapaylayıcıdan çıxarılır. Refrijerator (izotermik) hərəkət tərkiblərində avtorejim olmur. Əyləcləmə rejimlərinin avtomatik tənzimləyicisinin (avtorejim) əsas vəzifəsi - vaqonun yük rejimindən asılı olaraq əyləc silindrində təzyiqi avtomatik tənzimləməkdir

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə