1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Elektrik qatarı vaqonları



Yüklə 10,11 Mb.
səhifə10/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

34.Elektrik qatarı vaqonları
Elektrik qatarı təmas şəbəkəsindən (qeyri-avtonom) və ya özünün akkumlyator batareyasından enerjini qəbul edərək qidalanan sərnişin hərəkət vasitəsidir. Sərnişin axınından asılı olaraq elektrik qatarları 4,5,6,8,10,12 və 14 vaqondan ibarət olur. Qatarda ön və arxa vaqonlar (baş vaqon) idarəetmə pultu olan maşinist kabinəsinə malikdir.
MDB ölkələrində istismar olunan sabit və dəyişən cərəyanlı elektrik qatarı vaqonları mexaniki hissədən, elektrik və pnevmatik avadanlıqlardan ibarətdir. Vaqonların mexaniki hissəsinə - kuzov hərəkətli hissə, dişli ötürmə və dartı qoşqu cihazları daxildir. Elektrik avadanlıqlarına – cərəyan qəbuledicisi, işəsalma tənzimləmə aparatları, dartı elektrik mühərriki, dartı transformatoru və düzləndirici qurğular (təkcə dəyişən cərəyanlı elektrik qatarlarında), sərnişinlərin həyat təminatı sistemləri (işıqlanma, ventilyasiya),akkumlyator batareyası, köməkçi elektrik maşınları, nəzarət ölçü cihazları və s. daxildir.
Pnevmatik avadanlıqlar isə tormoz sisteminin pnevmatik aparatları və cihazları, maşinist kranları, hava çənləri, çüçə təmizləyən və s. daxildir.
Elektrik qatarlarının vaqonlarında həmçinin elektrik tormozlanması zamanı dartı mühərriklərinin təsirləndirici sarğılarının qidalanması, tormoz sistemlərinin sıxılmış hava ilə təmin olunması, işıqlanma, qapıların avtomatik idarə olunması, təhlükəsizlik texnikası və s. üçün köməkçi avadanlıqlar quraşdırılır.
35.Metropoliten vaqonları
Metropoliten, fransızca “metropole” – paytaxt sözündən yaranmışdır. Əslində metropoliten dəmiryol nəqliyyatının küçədən kənar, yeraltı variantı olub, sərnişin daşımalarına xidmət edir. Şəhər nəqliyyatının digər yerüstü növləri ilə müqayisədə metro daha çox sürətə malik olub, qısa bir müddətdə sərnişinlərin rahat daşınmasını təmin edir. Metropoliten xətlərinin yeraltı stansiyaları, şəhərin ərazisindən çox səmərəli istifadə edilməsinə şərait yaradır. Iri şəhərlər üçün bu böyük əhəmiyyət kəsb edir. Ona görə də metro tikilişinə adətən əhalisi 1 mln-dan artıq olan şəhərlərdə başlayırlar. İlk 3,6 km uzunluğunda yeraltı dəmiryolu 1863-cü ildə Londonda istifadəyə verilmişdir. Buxar dartı qüvvəsi ilə hərəkətə gətirilən bu qatarlar, şəhərin yeraltı hissəsində böyük səs-küyə və havanın çirklənməsinə səbəb olurdu.
Azərbaycan Respublikasının Bakı şəhərində metropoliten xətləri 1967-ci ilin noyabr ayında istismara verilmişdir. Xətlərin uzunluğu 28 km, stansiyaların sayı isə 18 idi. Sərnişin daşımalarının orta sutkalıq həcmi saatda 18-20 min nəfərdir (hər iki istiqamətdə). Bu isə şəhər nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin təxminən 26-27 %-ni təşkil edir. 2000 ci ildə Bakı metropoliteni ilə daşınan sərnişinlərin sayı milyon nəfər təşkil etmişdir. Daşınan sərnişinlərin sayına görə metropoliten avtobus daşımalarından sonra ikinci yeri tutur.
Metropoliten müasir texnika ilə təchiz olunmuşdur. Proqramlaşdırılmış idarəetmə vasitəsilə dispetçer mərkəzləşməsindən, lokomotiv briqadaları ilə qatar radiorabitə əlaqəsindən, dartı-endirmə yarımstansiyaları ilə uzaq məsafədən idarəetmə sistemlərindən geniş istifadə olunur. Metropoliten kompleks tikililərinin, qurğularının və avadanlıqlarının tərkibinə aşağıdakılar daxildir: yol və yol təsərrüfatı, tunellər, hərəkət tərkibi, avtomatika, telemexanika və rabitə qurğuları, elektrik təchizatı qurğuları, eskalator təsərrüfatı, su təchizatı, qızdırma sstemi, bərpaetmə qurğuları və yanğından mühafizə vasitələri.
Şəhər nəqliyyatının digər növləri ilə müqayisədə metropoliten daha yüksək sürətə malikdir. Burada qatarların orta sürəti 35-45 km/saat təşkil edir.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə