1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Teplovozun ekipaj hissəsi və köməkçi avadanlıqları



Yüklə 10,11 Mb.
səhifə22/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

57.Teplovozun ekipaj hissəsi və köməkçi avadanlıqları
Teplovozun ekipaj hissəsi aşağıdakı düyünlərdən ibarətdir: zərbə-dartı qurğusu ilə birlikdə əsas çərçivə, kuzov, hərəkətli hissə (arabacıq), buksla birlikdə təkər cütü və resor asması, dəstəkli əyləc ötürməsi. Əksər teplovozlarda kuzovun çərçıvəsi iki ədəd üçoxlu arabacığa səkkiz ədəd yan dayaqlar vasitəsilə söykənir. Çərçivənin orta hissəsində dizelgenerator qurğusu yerləşdirilir. Əsas çərçivə sərt və möhkəm qaynaq konstruksiyası olub, teplovozun kabinəsi, kuzovu, güc və köməkci avadanlıqları onun üzərində yerləşdirilir. Teplovozun əsas çərçivəsi arabaçığa söykənir. Arabacıq çərçivə, dayaqlar, bukslar, təkər cütləri, resor asması və tormoz avadanlığından ibarətdir. Arabaçıqlar oxların sayına görə iki və üç oxlu olur. Elektrik ötürməli teplovoz arabacıqları əsasən üç oxlu, hidravliki ötürməli arabacıqlar isə iki oxlu olur. Üç oxlu arabaçıqlar iki yan, iki eninə, iki sonlu və bir şkvoren tirindən ibarət olmaqla profil materiallarından qaynaq üsulu ilə hazırlanır. Hər oxun üzərində bir ədəd dartı elektrik mühərriki (DEM) quraşdırılır. DEM-nin valı bir tərəfdən reduktorla əlaqədar olub, təkər cütlərinin fırlanma hərəkətini təmin edir.

58.Teplovozun elektrik avadanlığı
Teplovozlarda istifadə olunan elektrik avadanliqları istismar şəraitinə və təyinatina görə iki qrupa bölünür: elektrik maşınları və elektrik aparatları. Elektrik maşınları. Teplovozlarda müxtəlif növ elektrik maşınlarından istifadə olunur: dartı generatoru, dartı elektrik mühərriki, təsirləndirici, köməkçi generatorlar və elektrik mühərrikləri, köməkçi aqreqatları qidalandırmaq üçün starter-generatorlar və elektrostaterlər. Elektrik maşınları da öz növbəsində yerinə yetirdiyi funksiyaya görə əsas və köməkçi elektrik maşınlarına bölünür. Əsas elektrik maşinlarina darti generatoru, darti elektrik mühərriki və akkumlyator bateriyası daxildir. Köməkçi elektrik maşınlarına isə müxtəlif mexanizmlərin (nasos, ventilyator və s.) fərdi elektrik mühərrikləri, starter-generator, elektrostarter, köməkçi generatorlar və s. daxildir. Dartı generatoru. Dartı generatorunun əsas vəzifəsi dizelin mexaniki enerjisini elektrik enerjisinə çevirərək dartı elektrik mühərriklərini cərəyanla qidalandırmaqdır. Dartı generatoru dizelin valı ilə birləşərək bir çərçivədə bərkidilir. Bu birləşmə sərt olmaqla, muftanın köməyi ilə yeriinə yetirilir. Teplovozlarda ГП300БУ2 (TEM2, gücü 780 kVt, 4800 kq), ГП311БУ2 (2TE10, 2000 kVt, 8700 kq), ГП300ВУ2 (TEП60, 2000 kVt, 9000 kq), ГП312БУ2 (M62, 1270 kVt, 7400 kq) markalı sabit cərəyan generatorları və ГС501АУ2 (TE116,TEП70, 2800 kVt, 6000kq), ГС515У2 (TEM7, 1400 kVt, 4800kq) markalı dəyişən cərəyan generatorlarından istifadə olunur. Dartı generatorunun əsas hissələrinə gövdə, əsas və əlavə qütblər, lövbər dolağı, kollektor, fırça, fırçasaxlayan, yastıq şitləri, val, ventilyasiya təkəri və s. daxildir. Əsas və əlavə qütblər, sarğac arası birləşmələr və sarğı çıxışları generatorun gövdəsi ilə birlikdə generatorun maqnit sistemini təşkil edir. Dəyişən sinxron generatorlar isə rotor, stator, fırça, fırçasaxlayan, kollektor əvəzinə kontakt halqalar, yastıq şiti, ventilyasiya təkəri və s. ibarətdir. Stator generatorun gövdəsində qaynaq konstruksiyada yığılır. O, içlik formasında daxili diametri üzrə çoxlu sayda paz yuvaları olan seqmentvari elektrotexniki polad vərəqlərdən hazırlanır. Dartı generatorlarının soyudulması öz-özünə ventilyasiya sistemlidir. Dartı elektrik mühərriki. Dartı elektrik mühərrikinin əsas vəzifəsi elektrik enerjisini mexaniki enerjiyə çevirərək onu dişli çarx ötürməsi vasitəsilə təkər cütlərinə ötürməkdir. Bütün teplovoz dartı elektrik mühərriklərinin konstruksiyası eyni olub, yalnız arabacıqlarda asma sxemlərinə görə müxtəlif olur. Konstruksiyasına görə teplovoz dartı mühərrikləri eletrovoz dartı mühərrikləri ilə anoloji olaraq eynidir. Lakin teplovoz dartı mühərrikinin valı bir tərəfə çıxışlıdır. Dartı elektrik mühərrikləri aşağıdakı əsas hissələrdən ibarətdir: lövbər, maqnit sistemi (gövdəyə həm də fırçasaxlayan və fırça da bərkidilir), lövbər yastıqlı yastıq şitləri, quraşdırmabaxıcı (kollektor) və ventilyasiya lüklərinin çıxarılabilən qapaq və şitləri, sarğı sonluqlarının çıxış naqilləri, motor-ox yastığı.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə