1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Vaqon arabacıqlarının təyinatı və təsnifatı



Yüklə 10,11 Mb.
səhifə13/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

41.Vaqon arabacıqlarının təyinatı və təsnifatı
Arabacığın əsas vəzifəsi kuzovun ağırlığını qəbul edərək, onu relslərə ötürmək və hərəkət vasitələrinin dəmir yolunun düz və əyri xətli sahələrindən sərbəst keçməsini təmin etməkdir. Hazırda MDB ölkələrinin bütün dəmir yollarında iki, üç və çox oxlu (təkər cütlü müxtəlif konstruksiyalı) arabacığı olan vaqonlardan istifadə olunur. Arabacıq - vaqonun hərəkətli hissəsinin əsasını təşkil edir. Vaqonun hərəkətli hissəsi ekipajın rels yolu üzərində dayaq vəzifəsini görür və hərəkət zamanı onların qarşılıqlı əlaqəsini təmin edir. Vaqonlarda arabacıqlardan istifadə olunması, onun konstruksiyasının və parametrlərinin dəyışməsinə, ilk növbədə isə çox oxlu uzun bazalı hərəkət vasitələrinin yaradılmasına imkan vermişdir. Arabacıqlar vaqonun kuzovuna nəzərən əyrixətli yollarda sərbəst dönə bilir. Dönmə, bir-birilə şkvorenlə (mil ox) birləşdirilmiş və vaqonun çərçivəsindəki daban və arabacıqdakı dabanaltı düyünü vasitəsilə təmin olunur. Buna görə də, arabacıqlı vaqonlar kiçik və orta radiuslu əyrixətli dəmiryol sahələrindən sərbəst keçərək, qismən az hərəkət müqaviməti yaradır. Arabacıq vaqon çərçivəsi ilə elə birləşmə konstruksiyasına malikdir ki, onu təmir zamanı kuzovun altından asanlıqla sərbəst çıxartmaq mümkün olur. Təyinatına görə sərnişin və yük vaqon arabacıqları bir-birlndən fərqlənirlər. Sərnişin vaqon arabacığı aşağıdakı əsas hissələrdən: təkər cütü, buks, çərçivə, resor asmaları (buksvari və mərkəzi resor asmaları), qaytarıcı qurğular, kuzov dayaqları (dabanaltı və sürüşgənlər), resorüstü tir və tormoz ötürmələrindən ibarətdir. Yük vaqon arabacığı aşağıdakı əsas hissələrdən: təkər cütü, buks, yan tirlər, mərkəzi resor asması, kuzov dayaqları (dabanaltı və sürüşgənlər), resorüstü tir və tormoz ötürmələrindən ibarətdir. Yük vaqon arabacıqları sərnişin vaqon arabacıqlarından qaytarıcı qurğular və buksvari asmaların olmaması ilə fərqlənirlər. Hərəkətin səlisliyini və sərnişinlərin rahatlıgını təmin etmək məqsədi ilə sərnişin arabacıqlarında həm də hidravliki rəqs söndürənlər quraşdırılır.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə