0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə63/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

173 
 
kimyəvi elementlərə xasdır. Ağır elementlərin xüsusi rabitə enerjisi 

 -dan azdır, 
məsələn, təbii uran nüvəsinin xüsusi rabitə 
enerjisi 
≈ 7,6 
-dur.  
Xüsusi rabitə enerjisi böyük olan nüvə-
lər daha dayanıqlı, yüngül və ağır nüvələr 
isə orta kütlə ədədinə malik nüvələrə nisbə-
tən az dayanıqlı nüvələrdir. Bunu xüsusi ra-
bitə enerjisinin kütlə ədədindən asılılıq qra-
fikindən də görmək olur 
(a)
Deməli, xüsusi 
rabitə enerjisi – nüvələrin dayanıqlığını 
xarakterizə edən fiziki kəmiyyətdir.  
 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
İş vərəqində “Nüvələrin rabitə enerjisi və enerjinin saxlanması qanunu” 
mövzusunda esse yazın. 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
Hansı izotopun  xüsusi rabitə enerjisi ən böyükdür? 
Məsələ  2.  Xüsusi  rabitə  enerjisinin  kütlə  ədədindən  asılılıq  qrafikinə  əsasən 
,

,  

,
  izotoplarını  xüsusi  rabitə  enerjisinin 
artma ardıcıllığı ilə sıralayın (bax: 
a
).  
Nəticənin müzakirəsi:  
 Hansı izotopun  xüsusi rabitə enerjisi ən böyük, hansı – ən kiçikdir?  
 Xüsusi rabitə enerjisi ən kiçik və ən böyük olan izotopların rabitə enerjilərinin qiy-
mətləri  arasında hansı münasibət var?   
Həyatla əlaqələndirin: 
Arif və Nəzrin dərsdə müəllimin verdiyi belə bir məsələni müzakirə edirdilər: 
Niyə ağır 
kimyəvi elementlərin nüvələrində neytronların sayının protonların sayına nisbəti, yüngül element-
lərin nüvələrindəki uyğun nisbətdən böyükdür?” 
Arif  –  Mənim fikrimcə  ağır nüvələrdə protonlarla neytronların sayı çox olduğundan onlar 
arasındakı nüvə qüvvələri də yüngül nüvələrlə müqayisədə çox böyük olur. Enerjinin saxlanması 
qanununa görə, ağır nüvələrdə uyğun nisbət də yüngül nüvələrə nəzərən daha böyük olmalıdır
Nəzrin – Düşünürəm ki, nüvədə proton çox olduqda onlar arasında Kulon itələmə qüvvələri daha 
güclü olur. Bu qüvvələri neytrallaşdırmaq üçün daha çox neytron lazımdır ki, protonlar nüvəni 
tərk etməsin.  
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
bilirəm 
Zəif 
Orta 
Yaxşı 

  ə  
 izotoplarının kütlə defektini təyin edin. 
 
 
 

  ə  
  izotoplarının  rabitə  enerjilərini  xüsusi  rabitə 
enerjisinin kütlə ədədindən asılılıq qrafikinə əsasən təyin edə 
bilərsinizmi? 
 
 
 

Kütlə defekti niyə yaranır? Fikrinizi əsaslandırın. 
 
 
 

Nüvədəki nuklonların xüsusi rabitə enerjisinin fiziki mənası nədir? 
 
 
 

Xüsusi rabitə enerjisinin kütlə ədədindən asılılıq qrafikini izah edin 
 
 
 
(a)
  LAYİHƏ


174 
 
4.8. RADİOAKTİVLİK. NÜVƏLƏRİN RADİOAKTİV ÇEVRİLMƏSİ  
 
Atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsi tə-
bii radioaktivlik hadisəsi, baş verən şüalanma isə radioaktiv şüa-
lanma adlanır. 
Aparılan çoxsaylı təcrübələr göstərdi ki, təbii radioaktivlik xassəsi yalnız elementin atom 
nüvəsinin tərkibi və quruluşu ilə əlaqədardır. Xarici amillər (mexaniki təzyiq, temperatur,  
elektrik və maqnit sahələri və s.) bu xassəyə təsir göstərmir. 
1899-cu ildə ingilis fiziki Ernest Rezerfordun rəhbərliyi ilə radioaktiv şüalanmanın fiziki 
təbiəti  tədqiq  edilmişdir.  Müəyyən  olunmuşdur  ki,  radioaktiv  şüalanma  müxtəlif  zər-
rəciklər selindən ibarətdir. Belə ki, bu zərrəciklər seli maqnit sahəsindən keçdikdə onların 
bir qismi Lorens qüvvəsinin təsirinə məruz qalır:  
–  şüaların bir qismi  yüksüz zərrəciklər  selindən  ibarətdir,  onlar  maqnit  sahəsində  meyil 
etmir – bunlar γ-şüalanma adlandırıldı
– şüaların digər qismi müsbət yüklü zərrəciklər selindən ibarət olduğundan onlar öz əvvəlki 
istiqamətindən sol əlin baş barmağı istiqamətinə meyil edir (sol əl qaydasına görə) – bu 
şüalanma α-şüalanma adlandırıldı; 
– β-şüalanma adlandırılan üçünсü qisim şüalar isə mənfi yüklü zərrəciklər seli olduğundan 
onlar α-şüalanmanın əksi istiqamətində meyil edir. Sonralar radioaktiv maddələrdə radio-
aktiv çevrilmə xassəsi aşkar edildi.  
 Bir radioaktiv nüvənin özbaşına digər nüvəyə çevrilməsi radioaktiv çevrilmə adlanır. İki 
növ radioaktiv çevrilmə mövcuddur: radioaktiv 
-çevrilmə və radioaktiv -çevrilmə. 
 -çevrilmədə nüvənin yük ədədi 2 vahid, kütlə ədədi isə 4 vahid azalır. Nəticədə element 
öz yerini dövri sistemin əvvəlinə doğru iki xana dəyişir: 

+

 -çevrilmədə nüvənin yük ədədi 1 vahid artır, kütlə ədədi isə dəyişmir. Nəticədə element 
öz yerini dövri sistemin sonuna doğru bir xana dəyişir:

+

 

 
E.Rezerford  təcrübi  olaraq  müəyyən  etdi  ki, 
radioaktiv  şüaların  nüfuzetmə  qabiliyyətiləri  də 
fərqlidir. Belə ki, bu şüaların bir növü (1) hətta kağız 
vərəqindən də keçə bilmədiyi halda, digəri üçün (2) 
qalınlığı 3 mm olan alüminium lövhə keçilməz sədd 
oldu.  Üçüncü növ  şüaların (3)  yayılmasına  isə qa-
lınlığı  bir  neçə  santimetr  olan  qurğuşun  divar  da 
müqavimət göstərə bilmir 
(
a
)
.    
 
 Radioaktiv şüaların 
növlərini nüfuzetmə 
qabiliyyətinə görə 
fərqləndirə bilərsinizmi?  
 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  9
(a)
 
1
2
3
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə