0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə71/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

191 
 
3) yüksək ekoloji təhlükəsizliyə malik olmasından ibarətdir. Belə ki, bu reaksi-
yaların radioaktiv tullantısı olmur. 
Təəssüf  ki,  Yerdə  ifrat  yüksək  temperaturlarda  işləyə  bilən  idarəolunan  istilik 
nüvə reaktoru qurmaq və onun vasitəsilə sənaye miqyasında enerji istehsal etmək 
hələ  ki  mümkün  deyildir.  Belə  reaktor  hazırlamaq  mümkün  olsaydı,  Yerdə  enerji 
problemi birdəfəlik həll oluna bilərdi. Lakin idarə edilməyən nüvə sintez reaksiyası 
hidrogen bombasında reallaşdırılmışdır (bax: Fizika 9). 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində “Atom və nüvə 
silahları” mövzusunda 
referat planını hazırlayın. 
 
EV TAPŞIRIĞI
. Həmin plan əsasında 
verilən mövzuda 
referat yazın. 
 
 
 
 
 
 
Məsələ  2.  Deyterium  və  tritiumun  sintez  reaksiyasında  1  kq  kütləli  heliumun  alınması 
zamanı  ayrılan  enerjinin  miqdarını  hesablayın.  Həmin  miqdarda  enerjinin 
alınması üçün nə qədər daş kömür yandırmaq lazım gəldiyini təyin edin (daş 
kömürün xüsusi yanma istiliyi 
3 ∙ 10 / -dır).
 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
Helium nüvəsinın alınma reaksiyasında nə qədər enerji 
ayrılar?
Nəticənin müzakirəsi: 
 1 kq kütləli helium nüvəsinın alınma sintez reaksiyasında nə qədər enerji ayrılar? 
 Həmin qədər enerji əldə etmək üçün neçə kq daş kömür yandırmaq lazım gələr?   
Həyatla əlaqələndirin: 
 Niyə bu vaxta qədər nüvələrin sintez reaksiyasına əsaslanan reaktor yaratmaq mümkün 
olmayıbdır? Bu istiqamətdə alimlər hansı problemin həll yolunu tapa bilmirlər? 
  
İPUCU
 
Deyterium və tritium nüvələrinin 
+

+
+
,
 sintez 
reaksiyasında ayrılan enerjini 1 kq kütləli neytron nüvələri üçün hesablayın.
 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif  orta  yaxşı 

Nüvələrin sintez reaksiyasında külli miqdarda enerji ayrıl-
ması nə ilə izah olunur? 
 
 
 

Niyə nüvələrin sintez reaksiyası ifrat yüksək temperatur-
larda baş tutur? 
 
 
 

Nüvələrin  sintez  və  nüvələrin  bölünmə  reaksiyalarında 
ayrılan enerjinin hər nuklona düşən miqdarlarını müqayi-
sə edin. 
 
 
 

İstilik nüvə reaktorunun AES-dən hansı üstünlükləri var?
Problemi nədir? 
 
 
 
  LAYİHƏ


192 
 
4.13. ELEMENTAR ZƏRRƏCİKLƏR VƏ ONLARIN QEYDƏALINMA ÜSULLARI 
 
Nüvə reaksiyasının  baş  verməsi  üçün  qarşılıqlı  təsirdə  olan 
zərrəciklər  və  ya  nüvələr  bir-birinə  nüvə  qüvvələrinin  təsir 
dairəsinə qədər (≈ 10
m) yaxınlaşmalıdır.  
Bu  məqsədlə  həmin  zərrəciklərə  yüksək  kinetik  enerji  verilməlidir.  Zərrəciklərə  yüksək 
kinetik  enerji  vermək  üçünsə  elementar  zərrəciklərin  sürətləndiricisi  adlanan  xüsusi 
qurğudan istifadə olunur.  
Şəkildə elementar zərrəciklərin onlarca kilometr uzun-
luğunda olan müasir yeraltı sürətləndirici qurğusunun şəkil-
sxemi təsvir edilmişdir 
(a)
. 
Belə sürətləndiricidə zərrəciyə, məsələn, 
-zərrəciyə 
verilən kinetik enerji radioaktiv çevrilmədən yaranan 
-
şüalanmanın enerjisindən 100 000 dəfələrlə böyük olur. 
Sürətləndirilmiş zərrəciklə (protonla) ilk nüvə reaksiyası 
1932-ci ildə aparılmışdır. O, litium nüvəsinin iki helium 
nüvəsinə çevrilmə reaksiyasıdır: 
Li + p → He + He 
 
 

 
Nüvə reaksiyaları ilə tanış olarkən, yəqin ki, belə bir fakta diqqət 
yetirdiniz: demək olar, bütün reaksiyalarda elementar zərrəciklər – 
foton, elektron, neytron, pozitron, neytrino, antineytrino iştirak edir. 
Bu  zərrəciklər  nüvə  reaksiyalarında  ya  nüvələrin  qarşılıqlı 
təsirindən yaranır, ya da digər zərrəciklər yaradıb özləri yox olur.  
 Elementar 
zərrəcik nədir? 
Onlar digər 
zərrəciklərdən 
nə ilə fərqlənir?
 
 
 
 
Elementar zərrəciklər.  
 Elementar zərrəciklər dedikdə – materiyanı təşkil edən ilkin, bölünməz zərrə-
ciklər nəzərdə tutulur. 
Müasir fizikada elementar zərrəciklərə atom və atom nüvəsi olmayan böyük miq-
darda zərrəciklər qrupu aid edilir. Bu qrupa foton, elektron, neytron, proton, habelə 
mezonlar, müonlar, neytrinolar, barionlar, kvarklar və s. zərrəciklər daxildir – onlar 
cəmi 400-ə qədərdir.  
Bütün elementar zərrəciklərin ümumi xarakteristikası kütlə, yaşama müddəti, 
elektrik yükü və spinidir.  
Məsələ 1. Zərrəciklər seli 
1,5 ∙ 10
/
 sürəti ilə induksiyası 
2  olan bircins maqnit 
sahəsinə  onun  induksiya  xətlərinə  perpendikulyar  istiqamətdə  daxil  olur. 
Maqnit sahəsində zərrəciklər selinə təsir edən qüvvə 
1,5 ∙ 10
 olarsa, hər 
bir zərrəciyin yükünü təyin edin. 
Nəticənin müzakirəsi: 
 Bircins maqnit sahəsinə onun induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan 
zərrəciklər seli hansı qüvvənin təsirinə məruz qalır? 
 Hər bir zərrəciyin yükü necə təyin edilir? 
 Zərrəciklər selinin yükünün işarəsini təyin etmək olarmı? Necə?
ARAŞDIRMA 
 
1
Zərrəciyin yükünü təyin edin
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
(a) 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə