0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə64/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

175 
 
 
 
1896-cı ildə fransız fiziki Anri Bekkerel (1852–1908) təbii uran duzunda lümi-
nessensiya  hadisəsini  araşdırarkən  onun  tərkibi  məlum  olmayan  spontan  şüalan-
masını aşkar edir. Maddələrin spontan şüalanması radioaktivlik (lat. “radium” –şüa 
buraxıram  +  “action”  –  fəaliyyət),  belə  şüalanmanın  özü  radioaktiv  şüalanma
radioaktiv şüalanma xassəsinə malik maddələr isə radioaktiv maddələr adlandırıldı. 
1898-ci  ildə fransız  alimləri  Pyer  Küri  (1859–1906)  və  Mariya  Skladovskaya-
Küri (1867–1934) yeni radioaktiv elementlər – radium 
 və polonium 
 
(Mariya Skladovskaya-Kürinin vətəni Polşanın şərəfinə adlandırılmışdır) kəşf etdi-
lər. 
1903-cü  ildə  ingilis  alimləri  Ernest  Rezerford  və  Frederik  Soddi  (1877–1956) 
təcrübi olaraq müəyyən  etdilər ki, radioaktiv şüaların tərkibi müxtəlif xassəyə malik 
üç şüalanmadan ibarətdir. Bunlar yunan əlifbasının üç ardıcıl hərfi ilə adlandırıldı: 

-şüalanma

-şüalanma və 

-şüalanma

 

-şüalanma – helium 
 nüvələri selindən ibarətdir. O, elektrik və maqnit 
sahələrinin təsirinə məruz qalır, yüksək ionlaşdırma qabiliyyətinə malikdir. Belə ki, 
o, sərbəst uçuş yolunda 
10  cüt ion əmələ gətirə bilir. Bu şüalanma kiçik nüfuzetmə 
qabiliyyətinə malikdir: bərk cisimlər üçün 0,1 mm, qazlar üçünsə bir neçə sm-dir.  
Radioaktiv nüvələrin 

-şüalanması nüvələrin 

-çevrilməsi adlanır. 

-çevrilmə-
sinə məruz qalan nüvənin yükü 2e, kütləsi 4 vahid azalır və kimyəvi element Mende-
leyev cədvəlinin başlanğıcına doğru yerini iki xana dəyişir: 

+
+

.                            (1) 
Radioaktiv  nüvənin 

-çevrilməsinə  nümunə  olaraq  uranın  radioaktiv  toriuma 
çevrilməsi reaksiyasını göstərmək olar: 

ℎ +
+

.                     (2) 
Radioaktiv şüalanmanın hansı növüdür? 
Məsələ 1. Şəkillərdə radioaktiv şüaların bircins maqnit (
b
) və elektrik sahəsində (
c
) yolları 
təsvir edilmişdir. Verilən rəqəmlərlə radioaktiv şüalanmanın hansı növü işarə 
edilmişdir?
 
Nəticənin müzakirəsi: 
 Radioaktiv şüalanmanın hansı növləri var? 
 Bu şüalar hansı xassəsinə görə bir-birindən fərqlənir?
 
(b)
 
7
8
(c)
 
9
 
               
              
 
              
 
              
 
              
4
5
6
ARAŞDIRMA 
 
1
 
  LAYİHƏ


176 
 

 

-şüalanma – enerjisi (5÷10)Mev-ə çatan  elektron 
 ( ə   
), yaxud 
pozitron 
 ( ə   
) selindən ibarətdir. O, elektrik və maqnit sahələrində güclü 
meyil edir, vakuumda işıq sürətinə yaxın sürətlə yayıla bilir və qalınlığı bir neçə mm 
olan alüminium lövhə tərəfindən tamamilə tutulur.  
Radioaktiv nüvələrin 

-şüalanması nüvələrin 

-çevrilməsi adlanır.  
- çevrilməsinə məruz qalan nüvənin yükü e qədər artır, kütlə ədədi dəyişmir 
və kimyəvi element Mendeleyev cədvəlinin sonuna doğru yerini bir xana dəyişir: 

+
.                            (3) 
- çevrilməsinə məruz qalan nüvənin yükü e qədər azalır, kütlə ədədi dəyişmir 
və kimyəvi element Mendeleyev cədvəlinin başlanğıcına doğru yerini bir xana dəyi-
şir: 

+
.                            (4) 
Radioaktiv nüvənin 

çevrilməsinə nümunə olaraq aşağıdakı reaksiyaları gös-
tərmək olar: 

+
+

.                     (5) 

+
+

.                 (6) 
 
Radioaktiv  nüvənin 
-çevrilməsinin (5) və (6) reaksiyalarındakı   və   simvolları nəyi 
bildirir? 
1934-cü ildə İtaliya əsilli ABŞ fiziki Enriko Fermi (1901–1954) 
-çevrilmənin kvant nə-
zəriyyəsini işlədi. Bu nəzəriyyə görə nüvənin 

 
- çevrilməsində nüvə daxilində bir ney-
tronun protona çevrilmə prosesi baş verir. Həmin proses elektrik yükünün və enerjinin 
saxlanması qanununa görə iki zərrəciyin – elektron və yük ədədi ilə kütlə ədədi sıfıra bə-
rabər olan zərrəciyin yaranması ilə müşayiət olunur. Fermi həmin zərrəciyi neytrino (ital. 
“neytrino” – neytral) adlandırdı: 
n → p + e + .                             (7) 
Analoji olaraq nüvənin 

 
 çevrilməsində nüvə daxilində bir protonun neytrona çevrilməsi 
prosesi baş verir və pozitronla yanaşı, yük ədədi ilə kütlə  ədədi sıfıra bərabər olan 
zərrəciyin – antineytrinonun yaranması ilə müşayiət olunur
p → n + e + .
(8) 
 

 

 -şüalanma – çox böyük tezlikli (
10

10
foton selindən ibarət elektro-
maqnit şüalanmasıdır. O çox böyük nüfuzetmə qabiliyyətinə də malikdir – qalınlığı 
bir 
neçə santimetr olan qurğuşun divardan keçə bilir
Bu şüalar elektrik yükünə malik olma-
dığından elektrik və maqnit sahəsinin təsirinə məruz qalmır. 

-şüalanması,  adətən, nü-
vələrin 

- və 

 - çevrilmələrini müşayiət edir. Belə ki, nüvənin çevrilməyə məruz qalması 
– atomu həyəcanlanmış halda olan yeni nüvələrin yaranması deməkdir. Həyəcanlanmış 
atom isə 

-şüalanmaya malik olan kvant buraxmaqla yenidən  əsas halına qayıdır. 
Beləliklə: 

 

-şüalanmada nüvənin kütlə və yük ədədləri dəyişməz qalır – radioaktiv yer-
dəyişmə baş vermir. 
 Bütün nüvə çevrilmələri və nüvə reaksiyaları üçün mütləq şəkildə kütlə və yük 
ədədlərinin saxlanması qanunu ödənilir
  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə