0f11aztitul(1-7)


ATOM NÜVƏSİ. ATOM NÜVƏSİNİN QURULUŞU



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

167 
 
4.6. ATOM NÜVƏSİ. ATOM NÜVƏSİNİN QURULUŞU 
 
1932-ci ildə rus alimi Dmitri İvanenko və alman alimi Verner 
Heyzenberq  nüvənin  proton-neytron  modelini  təklif  etdilər. 
Bu modelə görə: 
 Atomun nüvəsi – proton və neytronlardan ibarət dayanıqlı əlaqəli sistemdir. 
Proton (yun. “protos” – ilkin)   hərfi ilə işarə edilir, müsbət elektrik yükünə malik olub 
modulu elektronun yükünün moduluna bərabərdir. Protonun kütləsi 
 
m = 1,6726 ∙ 10
kq olub elektronun kütləsindən 1836 dəfə böyükdür.  
Neytron (elektrik cəhətdən neytral mənasını daşıyır)   hərfi ilə işarə olunur, kütləsi təq-
ribən protonun kütləsinə bərabərdir: 
m =  1,6749 • 10
kq. 
Nüvədəki  proton  və  neytronlar  birlikdə  nuklonlar  (lat.  “nuklus”–  nüvəyə  məxsus 
hissəciklər) adlanır. 
Nüvənin dayanıqlığı nuklonlar arasında qeyri-elektrik təbiətli güclü nüvə qüvvələrinin 
mövcud olması ilə izah olunur. 
 Nüvə qüvvələri – zərrəcikləri (proton və neytronları) nüvədə saxlayan qüvvələrə deyilir. 
Nüvə qüvvələri yaxınatəsir xarakterlidir. Belə ki, nüvə qüvvələrinin təsir radiusu nüvənin 
ölçüsü qədərdir: 
≈ 10
m. Nüvə qüvvələri bu məsafədə qiymətcə eyni işarəli yükə malik 
protonlar arasındakı itələmə xarakterli Kulon qüvvələrindən onlarla dəfə böyükdür. 
 Nüvənin kütlə ədədi – nüvədəki nuklonların ümumi sayına bərabərdir. O, A hərfi ilə 
işarə edilir: 
Kütlə ədədi (A) = protonların sayı (Z) + neytronların sayı (N): A = Z + N. 
Bu  ifadədən  ixtiyari  elementin  nüvəsindəki  neytronların  sayı  asanlıqla  müəyyən  edilə 
bilər: N = A – Z. 
Kütlə ədədi kimyəvi elementin yuxarı indeksində yazılır. 
 Nüvənin yük ədədi – nüvədə olan protonların sayıdır. O, Z  hərfi ilə işarə edilir və ele-
mentin aşağı indeksində yazılır. 
Beləliklə, ixtiyari kimyəvi element 
X
A
Z
 şəklində ifadə edilə bilər. Burada X – kimyəvi 
elementin simvoludur. Məsələn, oksigen nüvəsi üçün kütlə ədədi A = 16, yük ədədi isə   
Z = 8 olduğuna görə belə yazılır: 
.
16
8
O
 
 

 
Rezerford atomun planetar modelini kəşf etdikdən, Bor isə onun 
kvant  nəzəriyyəsini  verdikdən  sonra  qarşıya  belə  bir  sual  çıxdı: 
görəsən, atom nüvəsi bölünməz zərrəcikdir? Ola bilərmi ki, atom 
nüvəsi də hansısa zərrəciklərdən təşkil olunsun? 
Rezerford eksperimental araşdırmalarını atom nüvəsi üzərinə yönəl-
dir.  O,  artıq  sizə  məlum  olan  metodu  –  obyektin  -zərrəciklərlə 
bobardman edilməsi metodunu tətbiq edir. Rezerford azot atomlarını 
-zərrəciklərlə  bobardman  etdikdə  ondan  hidrogen  nüvəsinə  bən-
zəyən (eyni yükə və kütləyə malik) zərrəciklər sıçradığını aşkar etdi. 
Bu metod 1919-cu ildə Rezerforda daha bir kəşfə – nüvənin də tər-
kibcə zərrəciklərdən ibarət olduğunu təsdiqləyən kəşfə imza atmağa 
imkan verdi
.
 
 Rezerford 
nüvənin hansı 
zərrəciyini kəşf 
etdi?
  
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –6, 8 və 9
  LAYİHƏ


168 
 
 
 
Atom nüvəsinin quruluşu. Atom nüvəsi nuklonlar adlanan iki növ zərrəciklərdən 
– müsbət yüklü protonlardan və elektrik cəhətdən neytral olan neytronlardan təşkil 
olunmuşdur 
(a)
.  
 
 
Adətən, hidrogen atomunun nüvəsi proton adlanır. O,   və yaxud 
 simvolu 
ilə işarə edilir. Protonun xarakteristikaları belədir: 
= 1,6726 ∙ 10
;  
= 1,6 ∙ 10
= ; 
nüvədən kənar sərbəst yaşama dövrü
 
> 10   dir.
 
 
Neytron 
 simvolu ilə işarə olunur və məlum xarakteristikaları belədir: 
=  1,6749 • 10

= 0; nüvədən kənar sərbəst yaşama dövrü  ≈ 886 
-dir.  
 
Proton elementar zərrəcik modelinə görə iki u və bir d kvar-
kından  ibarətdir 
(b)
.  Kvarklar  kəsrli  elektrik  yükünə  malik 
zərrəciklərdir: 
u = +
2
3
e;  d = −
1
3
e. 
Beləliklə, protonun yükü:  
p = u + u + d = e, yaxud 
p(uud) → +
2
3
e +
2
3
e −
1
3
e = e. 
Neytronun daxili quruluşu isə bir u və iki d kvarkından ibarət-
dir 
(c)
. Ona görə də neytron elektrik cəhətdən neytraldır (yükü 
sıfıra bərabərdir):  
n = u + d + d = 0, yaxud 
n(udd) → +
2
3
e −
1
3
e −
1
3
e = 0. 
 
Atom nüvəsi hansı zərrəciklərdən 
təşkil olunmuşdur? 
Məsələ 1. Şəkildə üç izotopun nüvə 
modelinin  sxemi  təsvir  edilmişdir. 
Sxemləri  iş  vərəqinə  köçürün  və 
nöqtələrin  yerinə  uyğun  izotopda 
proton, neytron və elektronların sa-
yını  qeyd  edin.  Onun  kütlə  və  yük 
ədədini  təyin  edin,  Mendeleyev 
cədvəlindən istifadə edərək izotopun 
simvolunu yazın.
– . .. 
 – . .. 
 – . .. 
 – . .. 
– …  
– . .. 
 – . .. 
 – . .. 
 – . .. 
– …  
 – . .. 
 – . .. 
 – . .. 
 – . .. 
 – …   
ARAŞDIRMA 
 
1
 
(a)
 
Atom
Nüvə 
Elektron
Proton
Neytron 
(b)
(c)
  LAYİHƏ


169 
 
Nüvə qüvvələri. Nüvələrin dayanıqlığı onu təşkil edən proton və neytronlar ara-
sında nüvə qüvvələri (və ya güclü qarşılıqlı təsir qüvvələri) adlanan xüsusi cazibə 
xarakterli qüvvələrin mövcud olmasındadır.  
 Nüvə qüvvələri – nuklonları nüvədə saxlayan və onun dayanıqlığını təmin edən 
qüvvələrdir
Bu qüvvələrdə aşağıdakı xüsusiyyətlər aşkar edilmişdir:   
1) cazibə xarakterli qüvvələrdir
2) nüvə ölçüləri dairəsində protonlar arasında mövcud olan itələmə xarakterli Ku-
lon qüvvələrindən 100 dəfə böyükdür; 
3) yaxınatəsir xarakterlidir – nüvə ölçüləri dairəsində (
10

10
) meydana 
çıxır; 
4) qarşılıqlı təsirdə olan nuklonların elektrik yükündən asılı deyildir: protonla-
proton, protonla-neytron və neytronla-neytron arasındakı nüvə qüvvələri eynidir
5) doyma xassəsinə malikdir: bu o deməkdir ki, nüvə daxilindəki nuklonlar yalnız 
yaxın “qonşuluqdakı” zərrəciklərlə qarşılıqlı təsirdə ola bilir;  
6)  mərkəzi  təsir  xarakterli  deyildir,  yəni  nüvə  qüvvələri  qarşılıqlı  təsirdə  olan 
nuklonların mərkəzlərini birləşdirən xətt boyunca yönəlmir.
    
İzotoplar.  
  Nüvələrində protonlarının sayı eyni, lakin neytronlarının sayı müxtəlif olan 
atomlar verilən kimyəvi elementin izotopları (yun. “izos” – eyni və “topos” – yer
adlanır. Tərifi belə də söyləmək olar: 
 Protonlarının sayı eyni, kütlə ədədləri müxtəlif olan atomlar izotoplar adlanır. 
Məsələn, hidrogenin üç izotopu məlumdur: 
 (protium) izotopu yalnız 1 protondan 
ibarətdir, 
 (deyterium) və 
 (tritium) izotopları isə bir protondan və uyğun olaraq 
bir  və  iki  neytrondan  ibarətdir 
(d)
.  Qeyd  edək  ki,  neytronlar  elementin  kimyəvi 
xassəsinə heç bir təsir göstərmədiyindən eyni elementin bütün izotoplarının kimyəvi 
xassələri də eyni olur. Lakin neytronlarının sayı müxtəlif olan izotoplar fiziki xas-
sələrinə görə (məs.: atomun enerji səviyyələrinə görə) bir-birindən fərqlənir. 
 
 
(d)
 
H
H

  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə